Qədim Misir Plan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix30.12.2021
ölçüsü0,8 Mb.
#49471
  1   2   3   4   5   6   7   8   9   ...   22
qədim dünya tarixi
ayaz 7


Qədim Misir
      Plan:
1. Misir Erkən səltənət mərhələsində - e.ə. 3100-2800
2. Misir Qədim səltənət mərhələsində e.ə. 2800-2250
3. Misir orta səltənət mərhələsində - e.ə. 2050-1750
4. Misir yeni səltənət mərhələsində - e.ə. 1554-1075
5. Misir son səltənət mərhələsində-e.ə.1075-332   
             
Afrika qitəsinin şimal-şərq hissəsində  yerləşir. Ölkənin şimalı
Aralıq   dənizinin   suları   ilə   əhatə   olunur.   Orada   Sina   yarımadası
vasitəsi   ilə   ölkənin   Yaxın   Şərqə   çıxışı   vardır.   Burada   Qədim
zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Nil
çayının   və   oradakı   ərazilərin   Aralıq   dənizinə   yaxınlaşan   hissəsi
üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə
oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox
məcralarla   axdığına   görə,   həmdə   xarici   basqınlardan   qorunmaq   üçün
istifadə   edirdilər.   Misirin   şimal   və   cənubu   birləşəndən   sonra,
birləşmiş   ölkə   fironlar   tərəfindən   idarə   olunurdu.   Onlar   çox   vaxt
tanrılaşdırılmış   və   Horus   tanrısının   təcəssümü   kimi   təsəvvür
edilirdilər.   Fironların   ölkənin   hər   iki   hissəsini   simvolizə   edən   ağ   və
qırmızı   rəngli   iki   tacı   olmuşdur.   Etimala   görə,   vahid   Misirin   birinci
hökmdarı  Menes  olmuşdur.   O   cənublu   idi,   şimal   çarlığa   qalib   gəlib,
ölkəni   birləşdirə   bilmişdir.   Etimal   ki,   o   1-ci   sülalənin   yaradıcısı
olmuşdur.   Menes   birləşmiş   Misirin   baş   şəhəri   olmuş   Memfisi   inşa
etmişdir.   II   sülalənin   fironları   özlərini   Horusun   deyil,   Set   tanrısının
təcəssümü   kimi  ifadə  edirdilər.  III  sülalədən  olan   firon  Zoserin  (e.ə.
2635—2611)   dövrundə   Misir   çox   güclənmişdir.   O   mis   və   filizi   ilə
zəngin olan Sinay yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu
savaşlar   apararaq   o   əraziləri   öz   ölkəsinə   qatmış   və   oranı   idarə   etmək
üçün   canişinini   təyin   etmişdir.   Cənubda   isə   o   həbəşləri   məğlub   edə
bilmişdir.   Zoserin   yardımçısı   məşhur   vəziri   İmhotep  olmuşdur.   O
həmdə   Misirin
 baş   kahini 
olaraq,   ölümündən   sonra
tanrılaşdırılmışdır.   Məhz   İmhotep   fironların   dəfn   olunan   yeri   kimi
məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və
onların   layihəsini   təklif   etmişdir.   İlk   piramida   firon   Coser   üçün   inşa
edilmiş   və   bu   gün   də   Qahirənin   yaxınlığında   yerləşən   Saqqara
kəndində   tarixi   abidə   kimi   qalmaqdadır.   Bir   çox   dillərdə   işlənən
"Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-
Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür.
Yunan   dilinə   bu   söz   "Ayqyuptos"   kimi   daxil   olmuş,   oradan   isə   digər
Avropa   dillərinə   keçmişdir.   Misirlilər   özləri   ölkələrini   "Ta   Kemet"   –
"Qara torpaq" adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir".
Çünki   Nilsiz   Misiri   təsəvvür   etmək   qeyri-mümkündür.   Nil   vadisini
əhatə   edən   dağlar   da   müxtəlif   daş   növləri   ilə   zəngin   idi.   Misirin
özündə   metal   yox   idi.   Metal   qonşu   vilayətlərdən   gətirilirdi;   Sinay
yarımadasından   mis,   Nillə   Qırmızı   dəniz   arasındakı   səhradan   qızıl,


Qırmızı   dənizin   sahillərindən  sink  və   qurğuşun   əldə   edilirdi.  Gümüş

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə