İnformasiya texnologiyası



Yüklə 19,6 Kb.
səhifə1/3
tarix24.05.2022
ölçüsü19,6 Kb.
#59229
  1   2   3
1-4 SUAL-CAVAB


1) İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və predmeti
“İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın – informasiyanın emalı üçün müasir elek­tron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə tex­ni­ka­sını, qismən məişət elektronikasını, televiziya və radio veriliş­lə­rini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır. İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təş­kili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir. İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insan-maşın sistemləri modellərinin təşkilindən və çevril­mə­sindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.
XX əsrin sonlarında inkişaf etmiş ölkələrin ictimai həyatında müəyyənedici rol oynamağa başlayan iqtisadi hadisə aşkar şəkildə təyin olundu. Bu hadisə rifah (nemət) istehsalında yaradıcı əməyin dominant rolundan ibarətdir. Yaradıcılıq adı altında insanın heyvan və ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali fəaliyyəti başa düşülür. Yaradıcı fəaliyyətin məhsulu sənaye əsri üçün xarakterik olan maddi məhsul deyil, informasiya məhsuludur. Beləliklə, müasir cəmiyyətdə yeni iqtisadi dominant köhnəni əvəz edir. İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub,yayılma və realizasiya üçün təyin olunmuş sənədlər,informasiya massivləri,verilənlər bazası və xidmətləridir.İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanan və mal formasında təqdim edilən,sənədləşdirilən informasiyadır. İnformasiya məhsullarına proqram məhsulları,verilənlər bazası və digər informasiyalar aiddir. İnformasiya məhsulları çox vacib ,lakin unikal olmayan xüsusiyyətə malikdir.Belə ki,informasiya məhsulunun ilkin nüxsələrinin qiyməti sonrakı nüxsələrə görə cox yüksəkdir. Bu xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması ,ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması prosesində özünü göstərir. Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi "informasiyalaşdırma" sözü əvəzinə "kompüterləşdirmə" sozündən istifadə olunurdu. Lakin "kompüterləşdirmə" sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır. Beləki, bu gun texniki vasitlər deyil,sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.

Yüklə 19,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin