İnformasiyanin əsas xassəLƏRİ



Yüklə 14,73 Kb.
tarix02.01.2022
ölçüsü14,73 Kb.
#36007
send


1.2. İnformasiyanın qəbulu.İnformasiyanın əsas xassələri.

Bizi əhatə edən aləm müxtəlif obrazlarla, səslərlə, iylərlə doludur və onların hər biri informasiya mənbəyidir. Bütün bu informasiyaları insana onun duyğu üzvləri çatdırır. İnsanın beş duyğu üzvü var: görmə, eşitmə, iybilmə, dadbilmə və toxunma. İnsanın nə haqqında hansı informasiyanı aldığına gəldikdə, ilk növbədə, həmin informasiyanın nə dərəcədə faydalı olduğunu aydınlaşdırmaq lazım-dır. İnformasiya bizi əhatə edən aləmin bir hissəsidir, yəni onun obyektidir. Buna görə də, hər bir obyekt kimi, informasiya da, onu başqa obyektlərdən fərqləndirən müəyyən xassələrə malik olmalıdır.

                                              İNFORMASİYANIN ƏSAS XASSƏLƏRİ


1) Obyektivlik

2) Tamlıq

3) Dəqiqlik

4) Adekvatlıq

5) Aktuallıq

6) Anlaşıqlıq


İnformasiyanın obyektivliyi onun obyektiv gercəkliyə uyğun olmasıdır. Obyektivlik çox az hallarda mütləq olur. Bu onunla bağlıdır ki, verilənlər öz təbiəti etibarilə həmişə obyektiv olsa da, informasiya metodları, adətən, subyektiv olur. Məsələn, “Hava istidir” subyektiv informasiyadır. “Havanın temperaturu Selsi ilə 25°-dir” – isə obyektiv informasiyadır. İnformasiyanın tamlığı obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur.

İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır. İnformasiya bilərək-dən, yaxud bilməyərəkdən təhrif oluna bilər. Birinci halda deyirlər ki, “informasiya yalandır”, ikinci halda isə deyirlər ki, “informasiya tam dəqiq deyil”. İnformasiyanın adekvatlığı obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir. Hər hansı obyektin modeli qurularkən dəqiqlik və obyektivlik deyil, modelin obyektə adekvatlığı tələb olunur. İnformasiyanın aktuallığı onun mövcud zaman anına uyğunluq dərəcəsini ifadə edir. İnformasiya köhnələ bilir. Bunu, xüsusilə, idarəetmədə nəzərə almaq vacibdir. Dünən aktual olan informasiya bu gün aktual olmaya bilər. İnformasiyanın anlaşıqlığı dedikdə, onu qəbul edənin bu informasiyanı anladığı dildə ifadə olun-ması başa düşülür.




Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin