Şüur -psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır



Yüklə 14,16 Kb.
tarix02.01.2022
ölçüsü14,16 Kb.
#38564
24 sual


24

Şüur —psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir.

İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.

Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsələsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İnsanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s. elmlərin tədqi­qat pred­­­metinə çev­­­rilmişdir. Bu elmlər çərçivəsində şüurun ayrı-ay­rı aspekt­lərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi dün­ya­­gö­rüşü mövqe­yi­nə əsaslanır. Qədim materialistlərin (Demokrit, Epikir, Lukretsi Kar və b.) nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan ol­ması ilə şüur da meydana gəlir və insan öldükdən sonra o da yoxa çı­xır. Bədənsiz şüur (ruh) heç nədir. Obyektiv və subyektiv idealiz­min nümayəndələri (Platon, Berkli, Hegel, Fixte, Şellinq və b.) isə şüuru (ruhu) maddi gerçəkliyin əsasına qoymuş, onu mate­ri­ya­ya nisbətən müəyyən edici və ilkin substansiya hesab etmişlər.

Fəlsəfi fikir ta­rixində şüurun mahiy­yəti, onun varlığa, materiyaya müna­sibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mü­ba­hisə­lərdə həlli bö­yük çətinlik törədən məsələ şüurun mənşəyi mə­sələsi olmuşdur. Ru­hun, şüurun birinciliyini qəbul edən idea­lizm, maddi və mə­nə­vinin paralel mövcudluğunu fərz edən dua­lizm, sözsüz ki, belə bir çətinliklə qarşı­laş­mırdı. Hər bir materia­list isə materiya məsələsinə yaxınlaşarkən "öz-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiya­nın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.

:

· Şüur mövcuddur;



· O, xüsusi, ideal təbiətə(mahiyyətə) malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.

Fəlsəfədə əsas müzakirə olunan məsələlərdən biri də şüurun mənşəyi problemidir. Şüurun mənşəyi haqqında fikirləri üç qrupa bölmək olar:

· Şüur kosmik (və yaxud ilahi) mənşəlidir;

· Şüur bütün canlı orqanizmlərə xasdır (“bioloji” nöqteyi-nəzər);

· Şüur istisnasız olaraq insani xassədir (“insani” nöqteyi-nəzər).

“Dünya şüurunun” hissəcikləri canlı orqanizmlər və insan şüru şəklində təbiətə səpələnmişdir. “Bioloji” nöqteyi-nəzərə görə şüur bütün canlı orqanizmlərə xasdır. Bu nöqteyi-nəzər tərəfdarları öz mövqelərini aşağıdakı müddəalarla əsaslandırırlar:

· Heyvanların həyatı spontan(özbaşına) baş vermir, onların şüuruna tabedir və mənaya malikdir;

· İnstinktlər təkcə anadangəlmə deyil, sonradan da qazanıla bilər;

· Canlılar həyatları boyu təcrübə toplayır və onlardan bacarıqla istifadə edirlər;

· Heyvanların (xüsusilə aliləri) bəzi hərəkətləri mürəkkəbdir (məs, ov etmə) və şüurun “işləməsini” tələb edir.

“İnsani” nöqteyi-nəzərə görə şüur – istisnasız olaraq insan beyninin məhsuludur və yalnız insana məxsusdur, heyvanlar isə yalnız instinktə malikdir.

Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar:

1. Solipsizm;

2. Obyektiv idealizm;

3. Mötədil materializm;

4. Fizikalizm.

Burada 1 və 2 - idealist yanaşma, 3 və 4 - materialist yanaşmadır.

Solipsizm: Şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.).

Obyektiv idealizm: Həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüur “dünya şüurunun” bir hissəsidir.

Mötədil materializm: şüur materyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.

Fizikalizm: şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiət elmlərinin köməyi ilə izah edilə bilər.

Şüur probleminə fizikalist yanaşma çoxsaylı təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır:

· İnsanın baş beyni gerçəkdən təbiətin mürəkkəb “mexanizmi”, materiyanın ali təşkil səviyyəsidir;

· Konkret insan şüuru beynsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir;

· Bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) – maddi obyektdir;

· İnsan orqnizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu);

Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur:

· “Eyniyyət nəzəriyyəsi” (D.Armstronq, C.Smart) – ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir – qan dövranı, tənəffüs, beyin prosesləri;



· “Eliminasiya” nəzəriyyəsi (F.Feyerbend) – “ruh”, “mənəvi” anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır
Yüklə 14,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin