|
İnsulta səBƏb olan risk amiLLƏRİNİN Əhali VƏ İnsultlu xəSTƏLƏr arasinda yayilmasinin müqayiSƏSİ
1
İNSULTA SƏBƏB OLAN RİSK AMİLLƏRİNİN ƏHALİ VƏ İNSULTLU
XƏSTƏLƏR ARASINDA YAYILMASININ MÜQAYİSƏSİ
Şirə
liyeva R.K., Əliyev R.R., Məmmədbəyli A.K., Sadıxova Z.M.,
Quliyeva A.İ.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir
xəstəlikləri kafedrası, Azərbaycan, Bakı
Açar sözlər: insult, risk amili, yayılma, insult registri.
İnsult bütün dünyada ölümün səbəbləri arasında ikinci, yaşlılarin əlilliyinə
görə isə birinci yeri tutur [1,2]. İnkişaf etmiş ölkələrdə son 40 ildə insultla
xəstələnmənin səviyyəsinin 42% azalmasına baxmayaraq, inkişaf etməkdə olan
ölkələrdə insultla xəstələnmənin səviyyəsi artır [3]. İnkişaf etmiş ölkələrdə bu
göstəricilərin azalmasının səbəbi effektiv birincili profilaktika və baş beyni
insultları zamanı kəskin dövrdə daha intensiv müalicənin aparılmasıdır [4,5].
Profilaktika serebrovaskulyar xəstəliklərin modifikasiya edilən risk amillərinin
təsirinin aradan qaldırılması və ya zəiflədilməsinə əsaslanır [6]. Azərbaycanda
insultun və onun risk amillərinin yayılmasına dair bir sıra tədqiqatlar aparılmışdır
[7-15]. Bizim tədqiqat işinin məqsədi insulta səbəb olan risk amillərinin insultlu
xəstələrdə və əhali arasında yayılmasının müqayisəli təhlilidir.
Tədqiqatın material və metodları. Tədqiqat Azərbaycanın şimal-şərqini
əhatə etmişdir. Regionda Quba-Xaçmaz iqtisadi rayonu yerləşir.
Region əhalisinin xarakteristikası. Quba-Xaçmaz iqtisadi rayonu Siyəzən,
Şabran, Quba, Qusar və Xaçmaz inzibati rayonlarını əhatə edir. İqtisadi rayonun
ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8%-ni təşkil edir. İqtisadi
rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən
kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına – düzənliklər,
dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də
bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim
xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir [16].
Relyef xüsusiyyətləri və iqlim şəraiti sanki respublikanın kiçildilmiş modelini
xatırladır.
2
Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıya alınmasının
yekunlarına əsasən region əhalisinin ümumi sayı 488,741 min nəfər olmaqla ölkə
əhalisinin 5,48%-ni, təşkil edir. Əhalinin 33,99%-i (166,105 min nəfər) şəhərlərdə,
66,01%-i (322,636 min nəfər) kəndlərdə yaşayır. Ən çox şəhər əhalisi Siyəzən
rayonunda (65,6%), kənd əhalisi isə Quba rayonunda (75,11%) cəmlənmişdir.
Əhalinin 49,84%-ni (243,575 min nəfər) kişilər, 50,16%-ni (245,166 min nəfər)
qadınlır təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km.-də 63,8 nəfər
təşkil edir, bu da Respublikamızda eyni adlı göstəricidən aşağıdır. Azərbaycanda
hər kv.km.-ə düşən əhalinin sayı – 103,0 [17]. Rayonun relyef-iqlim
xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən
düzənlik
ərazilərdə məskunlaşmışdır [16]. Region əhalisinin 62,6%-ni
azərbaycanlılar, 22,4%-ni ləzgilər, 2,1%-ni tatlar, 1,9%-ni türklər, 0,7%-ni
yəhudilər, 0,5%-ni ruslar, 9,8%-ni digər millətlər (tatarlar, ukraynalılar, kürdlər,
talışlar, gürcülər, saxurlar, avarlar və s.) təşkil edir. Ləzgilər əsasən Qusar
rayonunda, türklər və tatlar isə Xaçmaz rayonunda daha çox məskunlaşıblar.
Epidemioloji metod. 2007-ci ildən etibarən Azərbaycanda insultun
epidemioloji xarakteristikasının və klinik xüsusiyyətlərinin öyrənilməsi, təşkilati-
metodik problemlərin qiymətləndirilməsi məqsədilə Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir Xəstəlikləri kafedrasının
rəhbərliyi altında bir neçə rayonda populyasion-epidemioloji İnsult registri
keçirilməyə başlanmışdır. 2007-2009-cu illər ərzində İnsult registri proqramı ilə
Siyəzən rayonunda baş beyni insultunun əsas epidemioloji göstəriciləri və risk
amilləri öyrənilmişdir [12,13]. Tədqiqat aparılan illər ərzində 173 insultlu xəstə
qeydə alınmışdır. Siyəzən Rayon Statistika İdarəsinin 01.01.2008-ci il məlumatına
əsasən rayon əhalisinin sayı 37201 nəfər olmuş və Azərbaycan Respublikası
əhalisinin 2009-cu il siyahıya alınmasının yekunlarına əsasən bu say 37654 nəfərə
çatmışdır. Rayon əhalisinin 49,16%-ni kişilər, 50,84%-ni qadınlar təşkil edir.
Rayon əhalisinin 65,6%-i şəhərdə, 34,4%-i kəndlərdə yaşayır [17].
Tədqiqat zamanı Amerika Nevrologiya Akademiyasının (American
Academy of Neurology) [18] və Amerika Ürək Assosiasiyası/Amerika İnsult
3
Assosiasiyasının (American Heart Association/American Stroke Association
) [19]
nəşrlərində göstərilən insultunun risk amillərinin insultlu xəstələrdə yayılması
öyrənilmişdir. Bu məqsədlə bütün xəstələr maksimal dərəcədə mümkün olan
kompleks şəkildə kliniki-nevroloji müayinədən keçirilmişdir. Xəstələrin şikayətləri,
anamnestik məlumatlar, laborator (qanın, sidiyin və likvorun ümumi və biokimyəvi
müayinələri), instrumental və neyrovizualizasion müayinələrin nəticələri diqqətlə
araşdırılmışdır.
İqtisadi rayonun əhalisi arasında baş beyni insultuna səbəb olan risk
amillərinin yayılması öyrənilmişdir. 55 yaşdan yuxarı hər 10 ildən bir həm ilkin,
həm də təkrar insultun rastgəlmə tezliyi iki dəfə artdığından [18], tədqiqatın
obyekti 40-49 yaşlı əhali olmuşdur. Tədqiqat 2008-2010-cu illər ərzində
aparılmışdır. Tədqiqat zamanı kafedra tərəfindən tərtib edilən xüsusi müayinə
formasından istifadə edilərək Quba-Xaçmaz iqtisadi rayonunda məqsədyönlü
seçimlə (reprezentativliyi təmin etməklə) 40-49 yaşlı əhalinin 3%-ni əhatə etməklə
(əhalinin sayı 488,741 min nəfər, 40-49 yaşlı əhali orta hesabla 60 min) müayinə
aparılmışdır. 1821 nəfər müayinədə iştirak etmişdir. Müayinə formasına fiziki
aktivliyi qiymətləndirmək üçün tərtib edilmiş beynalxalq sorğu anketi (International
Physical Activity Questionnaire) də əlavə edilmişdir [20,21].
Göstəriş olduqda laborator, instrumental metodlardan və tibbi sənədlərdəki
qeydlərdən istifadə edilərək risk amillərinin dürüstlüyü yoxlanılmışdır.
İnsultlu xəstələr və region əhalisi arasında insultun risk amillərinin müqayisəli
təhlili aparılmışdır.
Tədqiqatın nəticələri. Siyəzən rayonunda 3 il ərzində qeydə alınmış 173
insultlu xəstədə risk amillərinin xüsusi çəkisi Cədvəl 1-də göstərilmişdir.
Cədvəl 1.
Baş beyni insultu ilə xəstələnənlərdə aşkar edilən risk amillərinin rast gəlinmə
tezliyi (2007-2009-cu illər)
Risk amilləri
Xəstələrin sayı
Xüsusi çəki (p±m;%)
ü.s.
k
q
ü.s.
k
q
Arterial hipertenziya
153
69
84
88,4±2,4
81,2±4,2
95,5±4,9
Ürəyin işemik xəstəliyi
64
34
30
37,0±3,7
40±5,3
34,1±5,1
4
Siqaret çəkmə
32
32
0
18,5±3,0
37,7±5,3
0
Hiperxolestrerinemiya
22
18
4
12,7±2,5
21,2±4,4
4,6±2,2
Şəkərli diabet
33
13
20
19,1±3,0
15,3±3,9
22,7±4,5
Anamnezdə tranzitor
işemik həmlə
21
8
13
12,1±2,5
9,4±3,2
14,8±3,8
Anamnezdə insult
33
19
14
19,1±3,0
22,4±4,5
8,1±2,9
Psixoemosional gərginlik
17
6
11
9,8±2,3
7,1±2,8
12,5±3,5
Səyirici aritmiya
12
3
9
6,9±1,9
3,5±1,99
10,2±3,2
Alkoholdan sui istifadə
13
13
0
7,5±2,0
15,3±3,9
0
Qeyd: ü.s. – ümumi say, k – kişi, q – qadın (burada və sonrakı cədvəllərdə)
Cədvəl 1-dən göründüyü kimi insultlu xəstələr arasında ən çox rast gəlinən
risk amilləri arterial hipertenziya (AH), ürəyin işemik xəstəliyi (ÜİX), şəkərli
diabet (ŞD), anamnezdə insult və siqaret çəkmə olmuşdur. Kişilər arasında daha
çox AH, ÜİX, siqaret çəkmə, anamnezdə insult, hiperxolesterinemiya olmuşdur,
qadınlarda isə daha çox AH, ÜİX, ŞD, anamnezdə tranzitorişemik həmlə (TİH)
rast gəlinmişdir. Siqaret çəkmə və alkoholdan sui istifadə ancaq kişilərdə qeydə
alınmışdır.
Cədvəl 2-də əhali arasında insultun risk amillərinin payı göstərilmişdir.
Cədvəl 2.
Baş beyni insultunun risk amillərinin əhali arasında yayılması
(2008-2010-cu illər)
Risk amilləri
Əhali
Xüsusi çəki (p±m; %)
ü.s.
k
q
ü.s.
k
q
Fiziki inaktivlik
679
287
392
37,3±1,1
32,0±1,6
42,5±1,6
Psixoemosional gərginlik
337
143
194
18,5±0,9
15,9±1,2
21,0±1,3
Valideynlərdən birinin
anamnezinda insult
333
162
171
18,3±0,9
18,0±1,3
18,5±1,3
Hər iki valideynin
anamnezində insult
102
49
53
5,6±0,5
5,5±0,8
5,7±0,8
Arterial hipertenziya
296
154
142
16,3±0,9
17,2±1,3
15,4±1,2
Siqaret çəkmə
286
282
4
15,7±0,9
31,4±1,6
0,43±0,2
ÜİX
190
103
87
10,4±0,7
11,5±1,1
9,4±0,96
Piylənmə
181
74
107
9,9±0,7
8,2±0,9
11,59±1,1
Şəkərli diabet
98
56
42
5,4±0,5
6,2±0,8
4,6±0,7
Alkoholdan sui istifadə
42
42
0
2,3±0,4
4,7±0,7
0
Anamnezdə insult
19
12
7
1,04±0,2
1,34±0,38
0,76±0,29
Anamnezdə TİH
8
4
4
0,4±0,15
0,45±0,2
0,4±0,2
Səyirici aritmiya
3
2
1
0,2±0,1
0,2±0,15
0,1±0,1
5
Əhali arasında insultun ən çox rast gəlinən risk amilləri fiziki inaktivlik,
psixoemosional gərginlik, valideynlərin anamnezində insult, AH, siqaret çəkmə və
s. olmuşdur. Kişilər arasında daha çox rast gəlinən risk amili fiziki inaktivlik,
siqaret çəkmə, valideynlərin anamnezində insult, AH, psixoemosional gərginlik,
ÜİX, qadınlarda isə fiziki inaktivlik, psixoemosional gərginlik, valideynlərin
anamnezində insult, AH, piylənmə və s. olmuşdur.
Cədvəl 3-də insultlu xəstələr və əhali arasında aşkarlanan əsas risk
amillərinin müqayisəsi verilmişdir.
Cədvəl 3.
İnsultun risk amillərinin əhali və insultlu xəstələr arasında yayılması fərqi
Risk amilləri
m
Xüsusi çəki (p±m; %)
ü.s.
k
q
ü.s.
k
q
AH
ə
296
154
142
16,3±0,9
17,2±1,3
15,4±1,2
x
153
69
84
88,4±2,4*** 81,2±4,2*** 95,5±4,9***
ÜİX
ə
190
103
87
10,4±0,7
11,5±1,1
9,4±0,96
x
64
34
30
37,0±3,7*** 40,0±5,3*** 34,1±5,1***
Siqaret çəkmə
ə
286
282
4
15,7±0,9
31,4±1,6
0,43±0,2
x
32
32
0
18,5±3,0*
37,7±5,3*
0
ŞD
ə
98
56
42
5,4±0,5
6,2±0,8
4,6±0,7
x
33
13
20
19,1±3,0***
15,3±3,9** 22,7±4,5***
Anamnezdə TİH
ə
8
4
4
0,4±0,15
0,45±0,2
0,4±0,2
x
21
8
13
12,1±2,5***
9,4±3,2*** 14,8±3,8***
Anamnezdə insult
ə
19
12
7
1,04±0,2
1,34±0,38
0,76±0,29
x
33
19
14
19,1±3,0*** 22,4±4,5***
8,1±2,9***
Psixoemosional gərginlik ə
337
143
194
18,5±0,9
15,9±1,2
21,0±1,3
x
17
6
11
9,8±2,3***
7,1±2,8**
12,5±3,5**
Səyirici aritmiya
ə
3
2
1
0,2±0,1
0,2±0,15
0,1±0,1
x
12
3
9
6,9±1,9***
3,5±1,99*
10,2±3,2**
Alkoholdan sui istifadə
ə
42
42
0
2,3±0,4
4,7±0,7
0
x
13
13
0
7,5±2,0**
15,3±3,9**
0
Qeyd: *p>0,05, **p<0,05, ***p<0,001; * - əhali arasında risk amillərinin yayılmasına
görə fərqi, x – xəstələr, ə - əhali.
6
Müqayisə aparılarkən aydın olmuşdur ki, risk amillərinin çoxu (AH, ÜİX,
ŞD, anamnezdə TİH, insult, səyirici aritmiya və alkoholdan sui istifadə)
gözlənildiyi kimi insultlu xəstələrdə əhali ilə müqayisədə üstünlük təşkil etmişdir.
Bu risk amillərinin əhali və insultlu xəstələr arasında yayılmasının cinsə görə də
bir birindən statistik dürüst fərqləndiyi aşkar edilmişdir. Maraqlı olsa da,
psixoemosional gərginliyin əhali arasında insultlu xəstələrlə müqayisədə daha çox
yayılması aşkarlanmışdır. Kişi və qadın xəstələrdə də əhali ilə müqayisədə
psixoemosional gərginliyin az rast gəlindiyi qeyd edilmişdir. Siqaret çəkmə
müqayisə edilərkən insultlu xəstələr və əhali arasında onun yayılması bir-birindən
statistik dürüst fərqlənməmişdir. Səyirici aritmiyanın xüsusi çəkisi kişi xəstələr
arasında əhali ilə müqayisədə statistik dürüst fərqlənməmişdir, qadın xəstələr
arasında isə əhali ilə müqayisədə statistik dürüst fərq aşkar edilmişdir. Tədqiqat
zamanı bəzi risk amillərinin müqayisə edilməməsi, onların bu və ya digər səbəbdən
tədqiqat qruplarından birində öyrənilməməsi olmuşdur.
Müzakirə. Əldə edilmiş nəticələr əsasında demək olar ki, siqaretdən istifadə
əhali arasında (kişilər arasında) çox yayılmışdır. Bu baxımdan insultlu xəstələrdə
siqaret çəkmənin yayılması ilə müqayisə statistik dürüst fərq verməmişdir.
Beləliklə, əldə edilən nəticələr bir daha profilaktik tədbirlərin əhatə dairəsinin
genişləndirilməsinin, əhali arasında serebrovaskulyar xəstəliklərə səbəb olan zərərli
vərdişlər və onların korreksiyası haqqında biliklərin artırılması üçün maarifləndirmə
işlərinin aparılmasının vacibliyini göstərir.
Ə
DƏBİYYAT
1.
Johnston SC, Mendis S, Mathers CD. Global variation in stroke burden and mortality:
estimates from monitoring, surveillance, and modelling. Lancet Neurol 2009; 8:345–54.
2.
Rothwell PM. The high cost of not funding stroke research: a comparison with heart
disease and cancer. Lancet 2001; 357:1612–6.
3.
Feigin VL, Lawes CM, Bennett DA, Barker-Collo SL, Parag V. Worldwide stroke
incidence and early case fatality reported in 56 population-based studies: a systematic
review. Lancet Neurol 2009; 8:355–69.
4.
Котова Е.Ю. Клинико-эпидемиологическая характеристика, ведущие факторы
риска, характер течения инсульта в г. Ульяновске (по данным Регистра инсульта):
Автореферат дис. … канд. мед. наук. Москва, 2009, 26 с.
7
5.
Хачински В. Роль невролога в решении проблемы инсульта: прошлое, настоящее и
будущее // Журнал Неврологии и психиатрии им. С.С.Корсакова, 2003, №9, с. 30-
35.
6.
Шевченко О.П., Праскурничий Е.А., Яхно Н.Н., Парфенов В.А. Артериальная
гипертония и церебральный инсульт. Москва: Реафарм, 2001, 200 с.
7.
Варакин Ю.Я., Кипиани М.И., Мола-заде Н.З. Распространенность и структура
цереброваскулярных заболеваний в различных регионах СССР по данным
одномоментного эпидемиологического исследования // Журнал невропатологии и
психиатрии, 1990, №1, с. 7-10.
8.
Алекперова С.П. Анализ течения, факторы риска и прогноз ишемического
инсульта: Дис. … канд. мед. наук. Баку, 2008. 145 с.
9.
Бадалова У.Т., Магалов Ш.И., Алекперова С.П. Состояние липидного обмена у
больных ишемическим инсультом с сопутствующим сахарным диабетом и без него
/ Материалы научной конференции посвященной 80-летию со дня рождения
профессора З.М.Салаевой, 2003. с. 61-62.
10.
Магалов Ш.И., Алекперова С.П. Летальность и повторные нарушения мозгового
кровообращения у больных ишемическим инсультом // Сагламлыг, 2006, №10. сящ.
75-78.
11.
Султанова Ф.А., Халилова Д.М., Алекперова С.П. К вопросу этиологии
ишемических инсультов в молодом возрасте / Материалы научной конференции
посвященной 80-летию со дня рождения профессора З.М.Салаевой, 2003. с. 151-
154.
12.
Алиев Р.Р., Ширалиева Р.К. Анализ факторов риска у больных с мозговым
инсультом // Медицинский Журнал, 2010, №1 (2), с. 6-9.
13.
Алиев Р.Р., Ширалиева Р.К. Эпидемиология и факторы риска инсульта в
Сиязаньском районе Азербайджанской Республики // Вестник проблем биологии и
медицины, 2011, вып. 3, т. 3(89), c. 34-37.
14.
Əliyev R.R. Quba-Xaçmaz iqtisadi rayonunun əhalisi arasında baş beyni insultuna səbəb
olan risk amillərinin yayılması // Azərbaycan təbabətinin müasir nəaliyyətləri, 2012,№2,
s.127-131.
15.
Əliyev R.R., Şirəliyeva R.K. İnsult və onun risk amillərinin yayılmasının cinsə görə
fərqləri // Azərbaycan təbabətinin müasir nəaliyyətləri, 2013,№3, s.121-125.
16.
Quba-Xaçmaz
iqtisadi
rayonu.
Vikipediya.
Açıq
ensiklopediya.
http://az.wikipedia.org/wiki/Quba-Xaçmaz_iqtisadi_rayonu.
17.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikası əhalisinin
siyahıya alınması 2009-cu il, I hissə. Bakı: 2010, 566 s.
18.
American Academy of Neurology. Continuum. Acute stroke management. April 2003,
v.9, №2, p.53-68.
19.
Goldstein L., Adams R., Alberts M., Appel L., et al. Primary prevention of ischemic
stroke: A guideline from the American Heart Association/American Stroke Association
Stroke Council // Stroke, 2006, v.37, p.1583-1633.
20.
Booth M: Assessment of physical activity: An International perspective. Research
Quarterly for Exercise and Sport, 2000, v. 71(2), p.114-120.
21.
Craig C., Marshall A., Sjöström M., Bauman A, et al. International Physical Activity
Questionnaire: 12-country reliability and validity // Medicine & Science in Sports &
Exercise 2003, v. 35(8), p.1381-1395.
8
РЕЗЮМЕ
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ РАСПРОСТРАНЕННОСТИ ФАКТОРОВ
РИСКА, ВЫЗЫВАЮЩИХ ИНСУЛЬТ СРЕДИ НАСЕЛЕНИЯ И
ПАЦИЕНТОВ, СТРАДАЮЩИХ ОТ ИНСУЛЬТА
Ширалиева Р.К.,
Алиев Р.Р, Мамедбейли А.К., Садыхова З.М., Гулиева
А.И.
Кафедра нервных болезней Азербайджанского Государственного Института
Усовершенствования Врачей имени А.Алиева, Баку, Азербайджан
Инсульт занимает второе место в мире среди причин смертности и первое место по
инвалидности
в
пожилом
возрасте.
Был
проведен
ряд
исследований
по
распространенности инсульта и его факторов риска в Азербайджане. Целью нашего
исследования является сравнительный анализ распространенности факторов риска,
ведущих к инсульту, среди пациентов, страдающих от инсульта, и населения.
Материалы и методы исследования.
Исследование проводилось в северозападном
регионе Азербайджана. Это регион Губа-Хачмазского экономического района. В рамках
программы
регистра
инсульта,
в
2007-2009
гг
были
изучены
основные
эпидемиологические показатели и факторы риска в Сиязанском районе.
В годы проведения исследования были зарегистрированы 173 пациентов, страдающих от
инсульта. Среди населения этой зоны были изучены факторы риска, приводящие к инсульту
головного мозга. Исследование, проведенное в 2008-2010 гг, охватило возрастную группу
от 40 до 49 лет. Исследование, проводимое с использованием специальной анкеты, охватило
3% населения в возрасте 40-49 лет (население района составляет 488,741 человек, в то время
как число людей в возрасте 40-49 лет составило 60,000 человек), выбранных специально для
этой цели (путем обеспечения репрезентативности). В исследовании приняли участие 1821
человек. В дополнении к анкете была добавлена международная анкета по оценке
физической активности.
По показаниям была оценена достоверность факторов риска с использованием
лабораторных и инструментальных методов, а также заметок в медицинских документах.
Был проведен сравнительный анализ факторов риска среди пациентов, страдающих от
инсульта, и населения региона.
Результаты
. Сравнительный анализ показал, что большинство факторов риска
(артериальная гипертензия, ишемическая болезнь сердца, сахарный диабет, транзиторная
ишемическая атака и инсульт в анамнезе, мерцательная аритмия и злоупотребление
алкоголем) были распространены среди пациентов, страдающих от инсульта, по
сравнению с населением.
Интересно то, что эмоциональное напряжение распространено больше среди населения,
чем среди пациентов, страдающих от инсульта. Была выявлена разница в статистической
достоверности по количеству курильщиков среди населения и пациентов, страдающих от
инсульта. Что касается мерцательной аритмии, статистическая достоверность доли
мужчин среди пациентов, по сравнению с населением, не была отмечена, в то время как
была выявлена разница в статистической достоверности доли женщин среди пациентов,
относительно к населению. Так как некоторые факторы риска были изучены в одной из
групп исследования, их сравнительный анализ не был проведен.
Обсуждение
. На основе полученных данных можно отметить, что количество
курильщиков наиболее распространено среди населения (мужчин). С этой точки зрения,
9
сравнение распространенности курения среди пациентов, страдающих от инсульта, не
дало никакой статистической достоверности. Таким образом, полученные результаты еще
раз доказали важность расширения зоны охвата профилактических мероприятий, а также
проведения осведомительных работ для повышения знаний об устранении вредных
привычек, приводящих к цереброваскулярным заболеваниям.
Ключевые слова
: инсульт, фактор риска, распространенность, регистр инсульта.
SUMMARY
COMPARATIVE ANALYSIS OF STROKE-RELATED RISK FACTORS
PREVALENCE AMONG POPULATION AND STROKE-AFFECTED
PATIENTS
Shiraliyeva R.K., Aliyev R.R., Mammadbayli A.K., Sadikhova Z.M.,
Guliyeva A.İ.
Department of neurological diseases of the Azerbaijan State Advanced
Traning Institute for Doctors named after A.Aliyev, Baku, Azerbaijan
Stroke is the second in the world among causes of death and first as a factor of disability among
elderly people. A number of studies were carried out for the prevalence of the stroke and its risk
factors in Azerbaijan. The purpose of our study is the comparative analysis of stroke-related risk
factors prevalence among stroke-affected patients and the population.
Materials and methods of study. The study was held in the northwestern region of Azerbaijan,
the region of the Guba-Khachmaz economic region. The main epidemiological indicators and
risk factors were studied in the Siyazan region in 2007-2009 as part of the stroke register
program. 173 stroke-affected patients were registered in the years of the study. Risk factors that
lead to stroke were studied among the population of this economic region. The study held in
2008-2010 covered an age group of 40-49. The study, carried out with the use of a special
questionnaire, covered 3% of the population at the age of 40-49 (the population of the region is
488,741 people, while the number of people at the age of 40-49 made 60,000 people), selected
specially for the purpose (by ensuring representation). The study involved 1821 people. An
international physical activity questionnaire was attached to the special form.
The reliability of the risk factors was assessed when necessary with the use of laboratory and
instrumental methods, as well as based on medical documents.
The comparative analysis of risk factors among stroke-affected patients and the population of the
region was held.
Results. Comparative analysis showed that the majority of risk factors (hypertension, coronary
heart disease, diabetes, transient ischemic attack and stroke in the history, atrial fibrillation and
alcohol abuse) were common among patients suffering from stroke, compared to the population.
The interesting fact is that emotional stress is more prevalent in the population than among
patients suffering from stroke. The difference of statistical significance was found in the number
of smokers in the population and in patients suffering from stroke. With regard to atrial
10
fibrillation, the statistical reliability of the proportion of men among the patients compared with
the population was not marked, while the difference was found in the statistical reliability of the
proportion of women among patients with respect to the population. Since some of the risk
factors were studied in one of the groups of the study, their comparative analysis was not
conducted.
Discussion. Based on these results it can be noted that the number of smokers is most common
among the population (men). From this point of view, the comparison of the prevalence of
smoking among patients suffering from stroke did not give any statistical difference. Thus, the
results proved once again the importance of expanding coverage of preventive measures, as well
as holding information works to raise awareness on elimination of bad habits that lead to
cerebrovascular diseases.
Keywords: stroke, risk factor, prevalence, stroke register
Dostları ilə paylaş: |
|
|