Ixtisas: Kimya müəllimliyi



Yüklə 257,78 Kb.
tarix20.06.2022
ölçüsü257,78 Kb.
#61912
Afət Ə







Ad,soyad: Afət Əşrəfova
Fakültə: Kimya və biologiya
Ixtisas: Kimya müəllimliyi
Qrup: 1803b
Fənn: Aşqarlar kimyası
Müəllim: İsa Cəfərov

Bakı-2021

Alkilfenol tipli aşqarların oksidləşmə inhibitorlarının təsir mexanizmi


Oksidləşmə əleyhinə aşqar kimi alkilfenollar, alkilnaftollar və bisalkilfenollar, eləcə də onların müvafiq törəmələri daha çox tətbiq olunur. Bu tip aşqarlar əsasən energetik və digər özlülüyü aşağı olan yağlarda oksidləşmə əleyhinə aşqarlar kimi istifadə olunur. Eyni zamanda bu tip aşqarlardan yüksək temperatur və təyziqdə işləyən mühərrik yağlarında oksidləşmə əleyhinə istifadə edilməsi əlverişli deyil.
Müəyyən olunmuşdur ki, alkil qrupları saxlamayan bir- və çoxatomlu fenollar və naftollar antioksidləşdiricilər kimi aşağı effektə malikdir. Bu cür birləşmələrdən oksidləşmə əleyhinə təsirə malik yalnız β-naftol, pirokatexin və pirohalloldur:

β-naftol pirokatexin pirohallol
Alkil qruplarının daxil edilməsi ilə fenol birləşmələrinin oksidləşmə əleyhinə aktivliyi nəzərə çarpacaq dərəcədə artır. Bu baxımdan dialkil fenollar monoalkil fenollara nisbətən daha aktivdir.
Hidroksil qrupuna nəzərən əvəzləyicilərin molekulda vəziyyəti və quruluşu alkilfenolların oksidləşmə əleyhinə aktivliyinə təsir edir. Alkilfenolların antioksidləşdirici effektliyi əsasən oksidləşmə prosesində əmələ gələn fenoksil radikallarının stabilliyindən və hidroksil qrupunun polyarlıq dərəcəsindən asılıdır. Fenoksil radikallarının stabilliyi öz növbəsində fenol molekulunda 2, 6- vəziyyətlərindəki alkil radikalları ilə fəza ekranlaşması dərəcəsinin artması ilə yüksəlir. Alkil qruplarının həcmi böyüdükcə ekranlaşma dərəcəsi də artır (metildən üçlü butil qrupu istiqamətində). Alkilfenollarda hidroksil qrupunun polyarlığı para- vəziyyətdə olan əvəzləyicinin təbiətindən asılıdır. Belə ki, elektrodonor əvəzləyicilər polyarlığı azaldır, elektronoakseptor əvəzləyicilər isə polyarlığı artırır. Para- vəziyyətdəki alkil qrupları zəncirinin uzunluğu artdıqca elektronodonor aktivliyinin artmasına (metildən üçlü butil istiqamətində) baxmayaraq eksperimental tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hidroksil qrupuna nəzərən, para- vəziyyətdə alkil qrupu olan alkil-fenollar daha çox stabilləşdirici aktivliyə malik olurlar. Buradan belə nəticəyə gəlmək olar ki, alkilfenol birləşmələrinin aktivliyi digər amillərdən də asılıdır. Qeyd olunanlardan aydın olur ki, üçəvəzli fenollardan 4- vəziyyətində metil qrupu, 2 və 6- vəziyyətlərdə isə üçlübutil radikalları saxlayan alkilfenol (ionol) ən yaxşı antioksidləşdirici xassəyə malik olmalıdır.

Müxtəlif alkilfenolların nisbi effektliyi oksidləşmənin induksiya dövrünə və turbin yağında turşu əmələ gəlməsi sürətinə görə müqayisə edilir. İnduksiya dövrünə görə 2,4-dimetil-6-üçlübutilfenol daha üstünlüyə malikdir. Lakin turbin yağında turşu əmələ gəlmə sürətinin azalmasına görə qeyd olunan birləşmə ionoldan iki dəfə geri qalır. İonol böyük miqdarda ρ-krezola izobutilenin təsirindən alınır və 0,2-0,3% miqdarında yağlara əlavə edilir. lakin özlülüyü az olan yağlara həmin miqdarda ionol yalnız aşağı temperaturda (150ºC-yə qədər) effektli təsirə malik olur, 175-180ºC temperaturda isə o, az effektli təsirə malik olur, ona görə də həmin temperaturda ionol daha yüksək qatılıqda istifadə olunmalıdır.


Antioksidləşdirici kimi tədqiq olunan digər alkilfenollardan 4-xlor-2,6-diüçlübutilfenol və alkilfenolları qeyd etmək olar ki, onlar da ionola nisbətən daha çox effektliyə malikdir. Eləcə də alkilenbisalkilfenollar tipli antioksidləşdiricilər praktiki maraq kəsb edir.
Məsələn: 4,41-metilenbis(2,6-diüçlübutilfenol) hansı ki, Etil-702 adı ilə məlumdur.

Bu aşqar fenolun izobutilenlə alkilləşmə məhsulunun qələvi mühitində formaldehidlə kondesləşməsindən alınır.






Mineral və sintetik yağlara antioksidləşdirici aşqar kimi 2,21-metilenbis(4,6-dimetilfenol) tövsiyə olunur.



Eləcə də onun kalsium və barium duzları 0,0001-1% miqdarında tətbiq olunur. Bununla yanaşı metil-, üçlübutil- və üçlüoktiləvəzli 4,4ı-izopropilidenbisalkilfenollardan istifadə olunur:



Eyni zamanda digər alkilfenol tipli birləşmələr təsvir olunur:

Burada, R = alkil C1-C8;
Alkilfenolların α- və β- vəziyyətlərdə ikiqat rabitəsi olan doymamış aldehidlərə kondensləşməsindən (əsasən akroleinlə, darçın və kroton aldehidi ilə) alınan trishidroksifenilpropan da yağlarda işlədilən oksidləşmə əleyhinə aşqar kimi tövsiyə olunur.
Digər alkilenbisalkilfenollar da sintez və tədqiq edilmişdir.
Bunlardan 2,21-metilenbis(4-metil-6-üçlübutilfenol)-NQ-2246 aşqar anti-oksidləşdirici kimi daha geniş tətbiq olunur:

Həmin birləşmənin sintezi iki mərhələdən ibarətdir: КU-2 kationiti üzərində p-krezolun izobutilenlə alkilləşməsindən alınan alkilfenola qatı xlorid turşusu iştirakı ilə formaldehidlə təsir edilir. Həmin müəlliflər tərəfindən eyni zamanda 2,21-metilenbis (3-metil-4,6-diüçlübutilfenol) sintez edilmişdir.

Bu birləşmə meta-krezolun KU-2 kationiti üzərində izobutilenlə alkilləşməsindən alınan 3-metil-4,6-diüçlübutilfenolun qatı xlorid turşusu iştirakı ilə formaldehidlə kondensləşməsindən alınır.




Oksidləşmə əleyhinə işlədilən aşqarlar kimi karbon körpüsündə ikiqat rabitəsi olan doymamış bisfenollar təklif olunmuşdur.

R və Rı = H, CH3, C2H5.
Motor yanacaqları və yağları üçün yüksək efektli antioksidləşdirici aşqar kimi 2-(1,5-dimetil-4-tsiklooktenil)-p-krezol istifadə olunur.

2-R-6-R1C6H3OH formullu fenollarla formaldehidin qarşılıqlı təsirindən alınan bisfenollar oksidləşmə əleyhinə işlədilən aşqarlar kimi tədqiq olunmuşdur.
Yüklə 257,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin