Konstitusiya hüquq normaları və onların təsnifatı



Yüklə 14,5 Kb.
tarix02.01.2022
ölçüsü14,5 Kb.
#39472
Hüseynli Nərgiz. 1146 Qrup .


Konstitusiya hüquq normaları və onların təsnifatı

Konstitusiya hüquq normaları təsisedici normadır-təsisedici normalar xalq və dövlət arasındakı münasibətlərin əsaslarını tənzimləyir, şəxsiyyətin əsas hüquqlarını müəyyən edir. Ən yüksək hüquqi qüvvəyə malik normalar konstitusiyada əks olunur.

Hər bir dövlətin konstitusiya hüququ sistemi çoxsaylı normalardan ibarətdir. Onları aşağıdakı əsaslara görə təsnifləşdirmək olar:

Funksional istiqamətinə görə tənzimləyiciqoruyucu normalar ayırd edilir. Konstitusiya hüququ normalarının əksər hissəsi tənzimləyici normalara aid edilir. Onlar əsasən ictimai münasibətlərin tənzimlənməsinə yönəldilir. Qoruyucu normalar əksər hallarda qadağalardan ibarət olur. Məs: AR Konstitusiyasının 4 – cü maddəsində deyilir: “Xalqın seçdiyi saəlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”.

Hüquq səlahiyyətlərinə təsir üsuluna görə normalar səlahiyyətverici (məs: “AR – da qanunvericilik hakimiyyətini AR – nın Milli Məclisi həyata keçirir” – AR Konstitusiyasının 76 – cı maddəsi), qadağanedici (məs: “AR Milli Məclisinin deputatları AR Milli Məclisindəki fəaliyyətinə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarda əlaqədar izahat, ifadə tələb edilə bilməz”. AR Konstitusiyasının 91 – ci maddəsi) olur.

Tənzimlənən ictimai münasibətlərin xarakterinə görə normalar maddi (məs: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur” – AR Konstitusiyasının 73 – cü maddəsi) və prosessual ola bilər (məs: “Qanunla qəbul edildiyi gündən 14 gün müddətində AR – nın AR – nın Prezidentinə imzalanmaq üçün təqdim edilir” – AR Konstitusiyasının 97 – cimaddəsinin I hissəsi).



Zaman baxımından qüvvəsinə görə normalar daimi, müvəqqəti müstəsna ola bilər. Normaların əksəriyyəti daimidir, onların konkret müəyyən qüvvədə olma müddəti yoxdur. Müvəqqəti normalar adətən keçid müddəalarında ola bilər. Onlar həmin normativ aktın qüvvəyə minmə vəziyyətindən həmin aktla nəzərdə tutulmuş vəziyyətə keçidi tənzim edirlər. Müstəsna normalar fövqəladə hallar baş verdikdə tətbiq olunması üçün müəyyənləşdirilir. Belə normalar qeyri – müəyyən vaxt qüvvədə olan normaların qüvvəsini dayandırır və müvəqqəti hüquqi tənzimləmə imkanını nəzərdə tuturlar. Məs: AR Konstitusiyasının 71 – ci maddəsinin III hissəsində deyilir : “Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi AR – nın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
Yüklə 14,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin