Xəmsə Mövzu: Musiqi və Müharibə



Yüklə 10,76 Kb.
tarix02.01.2022
ölçüsü10,76 Kb.
#42279
Qəzəlxan-Eşqin
ihgvj-kkhhv, ihgvj-kkhhv, Qəzəlxan-Eşqin, Qəzəlxan-Eşqin, Qəzəlxan-Eşqin-6.

Xəmsə

1.Mövzu: Musiqi və Müharibə

1.Bəzi mənbələrə görə “Soyuq Müharibə” bu ansamblın Kennedi Şərəf Ordenini alaraq Amerika əsgəri orkestri ilə “Tanrı Amerikayı qorusun” marşının oxuması ilə bitib. Qeyd edək ki, ansamblın adı Sovet Rusiyasının himnini bəstəkarının soyadını təşkil edir



Cavab: Aleksandrov ansamblı və ya Qızıl Ordu orkestri

2."Əsgər marşı", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər”,"Cənab Leytenant” kimi əsgər mahnılarının müəllifi məhz bu şəxsdir.



Cavab: Şəmistan Əlizamanlı

3. II Dünya müharibəsində Moden dağlarında müqavimət göstərən İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısı məhz belə adlanır



Cavab: Bella ciao (Əlvida,Gözəl)

4.Bu Amerikan metal-rok qrupunun hələ SSRİ-i dağılmamış yəni 1991-ci ildə Moskvada konsert verməsi Amerikanın hər tərəfli qalib gəlməsinə ən böyük nümunə idi. Söhbət hansı metal-rok qrupundan gedir?



Cavab: Metallica

5. ”Hasta siempre, Comandante” yəni "Əbədiyyətədək, Komandir!” musiqisi bu şəxsin Konqo Demokratik Respublikasına  yola düşməmişdən öncə öz silahdaşı olan Fidel Kastroya yazdığı vida məktubuna cavab olaraq yazılmışdır

Cavab: Ernesto Çe Gevara

2.Mövzu: Gülməli mövzu

1. Böyük Britaniyada “Səfehlər günü” , Fransada “Aprel balığı günü” kimi tanınan bu günü biz məhz belə adlandırırıq



Cavab: Gülüş günü

2.Bəşir Səfəroğlunun canlandırdığı bu obraz çay ilə limon arasındakı əlaqəni inkişaf etdirməkdə qərarlı idi.Söhbətin hansı obrazdan gütdiyini deyin



Cavab: Gülümsərov Gülümsər

3.Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüş növü məhz belə adlanır



Cavab: Yumor

4.Anar Məmmədxanlının kapitanlığı ilə qurulmuş bu klub. 2000-ci ildə XX əsr çempionu olmuşdur. Hal-hazırda isə onlar TV-ə çıxış qadağandır.Söhbət nədən gedir?



Cavab: Parni iz Baku (Bakılı oğlanlar) klub

5.”Sevil” teatr tamaşasında Gülüş obrazını canlandıran bu xanım aktyor Pərviz Bağırovun həyat yoldaşıdır.



Cavab: Məhbubə Məlikov

3.Mövzu: Oskarlı filmlərin posterləri

1.İkinci Dünya Müharibəsində yəhudi düşərgəsində baş verən hadisələrdən bəhs edən bu filmin posterində kiçik bir uşaq əlindən tutan adam əlinin görmək olar.Söhbət hansı filmdən gedir?

Cavab: Şlinderin siyahısı

2.Bu filmin posterində “Ən böyük mükafat nədir?” sualına 4 variant (pul, şöhrət, sevgi və müvəfəqiyyət) verilmişdir. Söhbət hansı filmdən gedir?

Cavab: Xarabalıqdan çıxan milyoner

3.Bu filmin posterində Çinin kiçik hökümdarı Pu İni görmək olar

Cavab: Sonuncu imperator

4. 1975-ci ildə ekranlaşdırılmış bu filmin posterində Cek Nikolson üzünü səmaya tutmuşdur

Cavab: Ququ quşu yuvasının üzərindən uçarkən

5.Bu filmin posterində Jesika Tendi və Morqan Frimanın simaları Avtomobil güzgüsundən əks olunmuşdur

Cavab: Miss Deyzinin sürücüsü



Mövzu: Əsərin məzmunu

1.Nizami Gəncəvinin yaşadığı dövrdən bəhs edən bu əsər xalqın mübarizəsini özündə əks etdirir

Cavab: Qılınc və Qələm

2.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun ölümü ilə cərəyan edir və baş obraz Erkül Puaro isə bu qətlin səbəbini araşdırmaqda qərarlıdır.

Cavab: Mavi qatarın sirri

3.Pol Eskominin qəyyumları içərisində Con adlı nəhəng , səfqəlbli zənci var idi. O, 2 uşağın öldürülməsində günahlandırılırdı və edam oluncaqdı.Söhbətin hansı əsərdən getdiyini deyin.

Cavab: Yaşıl mil

4.Bir qadının hər şeyi olmasına baxmayaraq, hamısını atıb eşqi seçməsi ilə həyatını çətinləşdirməsindən bəhs edən bu əsərin ilk cümləsini Cəfər Cabbarlı “Bir gəncin manifesti” əsərində istifədə etmişdir.Söhbət hansı əsərdən gedir?

Cavab: Anna Karenina

5.“Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gələr gedər... gedər gələrdi” frazasına bu əsərdə tez-tez rast gəlirik. Əsərdə insanların daimi yaşayış yeri Sarı-Özək düzüdür.Söhbət hansı əsərdən gedir?



Cavab: Gün var əsrə bərabər
Yüklə 10,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə