“Adamın adamı” pyesində bu problemə komik planda yanaşmışdır. “Adamın adamı”



Yüklə 17,13 Kb.
tarix04.04.2023
ölçüsü17,13 Kb.
#92972
növüYazı
anar


Cəmiyyətimizdə olan naqisliklər, bəzi insanların rüşvətə, yerlibazlığa, qohumpərəstliyə qurşanıb zərərli əməlləri ilə namuslu insanların həyatında problemlər törətməsinə qarşı etiraz Anar yaradıcılığının əhəmiyyətli hissəsini təşkil edir. Yazıçı “Şəhərin yay günləri”ində cəmiyyətimizdə olan yarıtmazlıqları dramatik səpkidə göstərsə də, “Adamın adamı” pyesində bu problemə komik planda yanaşmışdır.
Adamın adamı” pyesinin əsas mövzusunu da elə naqisliklərin ifşası təşkil edir. Əsərin qəhrəmanları iki ayrı qütbdə birləşir. Düzgünlük, ədalətin tərafdarı olan Bağır, Balaxanım, Tahir, Süsən və qanunsuz işlərlə məşğul olan, özlərindən vəzifəcə üstün tanışlarına arxalanan, onların rəğbətini qazanmaq üçün alçalan İbişli, Fərəc, Nazlı və s. Əsərin əsas qayəsini ədalətsizliyin, ikiüzlülüyün, saxtakarlığın ifşası kimi mənəvi-əxlaqi problemlər təşkil edir. Bütün canfəşanlıqlarına baxmayaraq ədalətsizliyin tərəfdarı olan qüvvələr məğlub olurlar. Onlar sadəcə düzgünlüyün yoluna çıxmağa qadirdirlər, onun yolunu kəsməyə yox. Bu ideya əsərin əsasını təşkil edir.
"Adamın adamı" pyesində göstərildiyi kimi, cəmiyyətin həyatında elə bir vəziyyət əmələ gəlir ki, "Pul cırım səninçün" - deyən harınlar zümrəsi yetişir, "Pulun gücünə vurma cədvəlini də dəyişmək olar", "Pulun açdığı qapını avtogen də deşə bilməz" - "məntiqi" doğulur, adamlar az qala rüşvətsiz yaşamağın mümkün olduğuna da inanmırlar, düzlükdən, doğruluqdan danışanısa, sadəcə olaraq, ciddi adam hesab eləmir, hətta ona, üzdə olmasa da, rişxənd eləyirlər... Getdikcə sürəklənən bu mənəvi iflas ictimai dağıntılardan tutmuş dövlət ölgünləşməsinə, hakimiyyət bayağılaşmasınadək bütün proseslərdə görünəcəkdi. Roma aristokratları da quş dilindən təamlar bişirtdirib, səhərədək yeyibiçərmişlər, - qüvvələri tükənincəyədək... Onların fənalığı isə tarixdə başqalarına görk olmadı... Elə bu səbəbdən də Anar cəmiyyətdə baş verən böhranları cücərtilərində bəyan etməyə, onların sosial-psixoloji aqibətini izləməyə - özü də son dərəcə fərdi araşdırmalarla izləməyə çalışıb.
Anarın “Adamın adamı” satirik komediyasında isə Sabit Rəh­ma­nın sadə, şirin süjetlərinin təsiri hiss olunur. Bu əsərində ya­zı­çı antipodlara, zəhmətsiz gəlir dalınca qaçanlara sərt müna­si­bə­ti­ni bildirir. Belələri mehmanxanalarda, kolxoz bazarlarında yuva salır, insanların sadəlövhlüyündən istifadə edib varlanırlar. Bu pyes Anarın bazar mühitini də yaxşı öyrəndiyini, buradakı mənfi tiplərin canlı obrazlarını yaratmağı bacardığını sübut edir.
Yazıçı göstərir ki, tamahkar və rüşvətxor bazar adamları əliəyriliyi başqalarına da öyrədir, öz yaramaz ənənələri ilə maneəsiz məşğul olmaq üçün hamıya rüşvət və pay təklif edirlər. Nəticədə aşağıdan yuxarı ələbaxımlıq və rüşvətxorluq toru əmələ gəlir. Əsərdə hadisələr “Az. Yaz. Poz.” adlı idarədə baş verir. Prototipi Yazıçılar Birliyi olan bu idarədə sonralar Anar özü də iyirmi il sədr oldu. Müəllif cəmiyyətdə qanunları yazan adamların onları ilk pozanlar olduğunu demək istəyir.
Yüklə 17,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin