İnsan alveri yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər



Yüklə 17,39 Kb.
tarix17.11.2022
ölçüsü17,39 Kb.
#69587
Sənəd (6)


İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini təmin edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır. Qanunvericiliyə əsasən məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa son vaxtlar bu işlə məşğul olan çirkin insanlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları kimi qeyd edilir.
###########
İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-ın "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Türkiyə DİN--nin Xaricilərlə işlər sərhəd və miqrasiya məsələləri departamentindən verilən məlumata görə Türkiyədə olan Azərbaycan qadınlarının 43% insan alverinin qurbanıdır. Həmin qadınlar buraya turist vizası saxta sənədlər və ya Naxçıvan şəhərindən qeyri qanuni keçirilməklə Trabzon, İstanbul, Antaliya, Ankara, Bodurum vilayəti və digər şəhərlərə gətirilir və burada insan ticarətinin qurbanına çevrilir.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə "İnsan alverinə qarşı mübarizə haqqında"Qanun qəbul olunmuşdur.
Milli Məclisdə daxili işlər nazirinin müavini insan alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov çıxış edərək Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə 342 cinayət faktının aşkarlandığını deyib. Onun sözlə rinə görə bu ildə 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 68-i Cinayət Məcəlləsinin insan alvei maddəsi üzrə olub.Törətdilkləri hüquqa zidd əməllərə 315 şəxs cinayət məsulliyətinə cəlb edilib.
Görundüyü kimi insan alveri elə bir qlobal problemdir ki burada dövlət təkbaşına mübarizə apara bilmir və digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində hansısa müsbət dəyişikliyə nail olmaq mümkün olmur.
#########
Qurban hansı təzyiqlərlə üzləşir ?
Qurban azad hərəkət edə bilmir, onu adətən, borc tələsinə
salır və işləyərək, onun üçün ödənilən pulların əvəzini çıxmağa
məcbur edirlər. Nəticədə, pulun miqdarı getdikcə artır, üstünə
faizlər, qurbanın saxlanılması üçün xərclənən pullar, müxtəlif
cərimələr gəlir. Qurbanın sənədləri alınır, sərbəst hərəkət
etməsinə və yaxınları ilə ünsiyyət qurmasına qadağalar qoyulur.
İnsan alveri ilə məşğul olanlar öz əməllərinə nail olmaq
üçün qurbanları döyür və hətta zorlayırlar. Onları fahişəlik və
ya pornoqrafiya ilə məşğul olmağa məcbur edərək, yaxınlarınıza
bu haqda məlumat verəcəyik deyib, şantaj edir, istədiklərini
etmədikləri halda isə ailə üzvlərinin və yaxınlarının həyatında
yaranacaq problemlərlə hədələyirlər.
işə düzəlmə agentliklərinə müraciət
etməmişdən öncə nələri bilmək lazımdır?
Çox cazibədar, xaricdə yüksək maaş vəd edən iş təkliflərinə
inanmayın!
Xaricə getmədən əvvəl, əmin olmalısınız ki, sizə təklif olunan
iş qanunidir! Həm agentliyin, həm də vasitəçi şirkətin Azərbaycan
Respublikasının vətəndaşlarını xaricdə işə düzəltmək üçün
icazəsi (lisenziya) olmalıdır. Həmçinin, bu agentliyin sizi
işləməyə göndərdiyi ölkədəki şirkətlərlə də sazişləri olmalıdır.
Müqavilə bağladığınız zaman ehtiyatlı olun!
Agentliyə əvvəlcədən sizə, xaricdə hansı ixtisas və şərtlərlə
iş axtaracağınızı bildirin. Bu şərtlər sizin müqavilədə mütləq
yazılmalıdır. Müqavilə işə düzəldən şirkətin möhürü, hər
ikinizin - sizin və müdirin imzası ilə təsdiq edilməlidir.
Müqavilədə, sizin agentliyə verdiyiniz pulun miqdarı və
agentliyin öz vəzifələrini yerinə yetirmədiyi halda pulları sizə
necə qaytaracağı da qeyd edilməlidir.
Bu müqavilənin bir nüsxəsi sizdə qalmalıdır.
Agentlik sizi işə götürəcək xarici şirkəti tapdıqdan sonra, siz
və həmin şirkət arasında müqavilə bağlanılmalıdır.

Pasportunuz hər zaman sizinlə olmalıdır!


Yaxınlarınıza, qohumlarınıza pasportun, müqavilənin,
vizanın və başqa sənədlərinizin sürətini verin və özünüzdə də
bunlardan bir nüsxə saxlayın.
Gedəcəyiniz ölkədə Azərbaycan səfirliyinin ünvanını və
telefon nömrəsini əvvəlcədən öyrənin.
Getmədən əvvəl gələcək iş yerinizin ünvanını və telefon
nömrəsini öyrənin və yaxınlarınıza bu haqda məlumat verin.
İnsan alveri ilə mübarizə aparan təşkilatların nömrələrini
həmişə özünüzdə saxlayın!
Qurbana çevrilənlər kimlərə müraciət edə bilər?
Bu alverin qurbanlarına çevrilənlər ilk öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, Beynəlxalq təşkilatlara, Dini qurumlara, Tibb müəssisələrinə də vaxtında xəbər verə bilərlər.
Xüsusi müəssisələr
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, İnsan alveri qurbanlarına yardım mərkəzləri onların müdafiəsi üçün olan xüsusi müəssisələrdir. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnsan alveri qurbanlarının müdafiəsi üçün hansı xüsusi müəssisələr vardır?İnsan alveri qurbanlarının müdafiəsi üçün olan xüsusi müəssisələr aşağıdakılardır: İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar; İnsan alveri qurbanlarına yardım mərkəzləri. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xaricdə insan alverinin qurbanına çevrilən vətəndaşlarımızın müdafiəsi təmin edilir
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
İnsan alverinin qurbanı əgər Azərbaycan ərazisində yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Onlar daha çox qanunsuz İşədüzəltmə firmaları, Moda agentlikləri, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sairə vasitələrdən məharətlə istifadə edirlər. Eyni zamanda, tanışlar, qonşular, qohumlar tərəfindən gələcək qurbanlarına təkliflər göndərirlər. Bundan başqa, xarici agentliklər tərəfindən təkliflərlə də insanları aldatmağa nail ola bilirlər.



İnsan alveri qurbanının normal həyat tərzinə qaytarılması necə baş verir?İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması – reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.
Yüklə 17,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin