Əminliklə deyə bilərəm ki, günümüzdə bir çox gəncin arzusu xaricdə təhsil almaq və təhsilini bitirdikdən sonra qalıb həmin ölkədə yaşamaqdır. Çünki istər təhsilin keyfiyyəti ilə, istərsədə yaşam və həyat keyfiyyəti , iş imkanları ilə Avropa və Amerika ölkələri xaricdə təhsil və yaşam üçün ən çox seçilən ölkələrdəndir. Xüsusilədə son illərdə xaricdə təhsilə olan maraq və statistika bu mövzuda öz sözünü deyir.
Ən vacib amil olan təhsilin yüksək keyfiyyətidir. Burada bunuda qeyd etməliyik ki, Azərbaycanda da keyfiyyətli təhsil verən universitetlər az deyil. Bunlara misal olaraq ADA , Xəzər və s. kimi özəl universitetlərdə təhsil son dərəcə yüksək keyfiyyətli və müasir texnologiyalar ilə tədris olunur. Lakin bəzi universitetlərdə texniki cəhətdən qane edici deyil. İşləməyən avadanlıqlar, tədrisin müasir texnologiya ilə təşkil olunmaması və s. səbəblərdən dolayı gənclər Azərbaycan universitetlərini deyildə, xarici universitetləri seçirlər. Yerli universitetlərdən ən çox edilən şikayətlərdən biridə yaşlı nəsil nümayəndəsi olan qiymət verməyən və yeniliyə açıq olmayan müəllimlərdir. Xarici universitetlərdə müəllim tələbə münasibətlərində bu cür şikayətlərə rast gəlinmir. Bakalavr təhsilini bitirib yerli universitetlərdəki vəziyyətlə tanış olduqdan sonra istər müasir texnologiyası və yüksək keyfiyyətli təhsili ilə, istərsədə yeniliyə açıq və savadlı pedaqoqları ilə tələbələrimiz xarici universitetləri magistr təhsillərini davam etdirmək üçün daha çox seçirlər.