Azərbaycanın qədim memarlıq abidələri İnsanı dünəni ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün abu-havası ilə qovuşduran tarixidir. hər bir xalq mədəni irsinin qorunmasına, tarixi abidələrinə xüsusi həssaslıqla yanaşmalıdır.
Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Azərbaycan da tarixi abidələrlə zəngin ölkələrdən biridir və onların qorunması qanunla 6000-dən çox tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir.
Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuz və ya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır.
XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi.
XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır.
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur.
İşğaldan azad olunmuş ərazilərdə isə 706 tarix-mədəniyyət abidəsindən 6-sı memarlıq, 5-i arxeoloji olmaqla ümumilikdə 11 abidə dünya əhəmiyyətli mədəni irs nümunəsidir. Bunlar Ağdam rayonundakı Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonundakı "Xudafərin" körpüləri, Niftalı kurqanları, Xocavənd rayonundakı Azıx və Tağlarmağara düşərgələri, Kəlbəcər rayonundakı Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərindəki Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonundakı Xocalı kurqanlarıdır.
İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində 2645 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 1884-ü memarlıq abidəsi, 749-u arxeoloji abidə, 67-si isə monumental park və heykəltəraşlıq nümunələridir.
Azərbaycanın qədim memarlıq abidələrindən 12-si Unesconun Ümumdünya irslər siyahısına salınmışdır. Ən qədim Memarlıq abidələrindən bir neçəsi haqqında məlumat verəcəyəm.