İran-Azərbaycan sərhəddində, Araz çayı üzərində yerləşən XI–XII əsrlərə aid körpünün qalıqlarıdır. On beş aşırımlı körpüdən 750 m qərbdə olan onbir aşırımlı körpü başdan-başa daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Araşdırmaçılar bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqlar üzərində yenidən tikilməsi fikrindədirlər.Onun uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 m-dir. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX yüzilin 30-cu illərndə Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılmışdır.
Möminə xatun
Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Türbə 1186–1187-ci illərdə Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Türbənin yerüstü qülləsinin plan biçimi bayırda onbucaqlı, içəridə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onbucaqlı plan seçilməsi təsadüfi deyildir. Mömünə xatun türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.
Şəki xan sarayı
Şəki şəhərinin qədim tarixi mərkəzini əhatə edən tarix-memarlıq qoruğudur.Qoruğun sahəsi 283 hektardır. 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmış qoruq ərazisinə Şəki qalası, Şəki xan sarayı, Şəkixanovların evi, məscidlər, minarələr, karvansaralar, hamamlar, sənətkarların tarixi dükanları, Şəki şəhərinin Gileyli, Qırçı, Qullar, Duluzlar, Əfqanlar və sair tarixi yaşayış məhəllələri daxildir. Şəki qalası daxilində yerləşən və qala divarları ilə əhatə olunmuş Şəki xan sarayı Şəki xanlarının yay iqamətgahı olmuşdur. Saray 1790–1797-ci illərdə Məhəmmədhəsən xanın sifarişi ilə memar Hacı Zeynalabdin Şirazi tərəfindən inşa edilmişdir.
Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.