Azərbaycanın qədim memarlıq abidələri



Yüklə 20,89 Kb.
səhifə3/4
tarix14.12.2022
ölçüsü20,89 Kb.
#74622
1   2   3   4
Azerbaycanin qedim memarlıq abideleri

Qız qalası


Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində оlan tağlı qapı yeridir.



Şirvanşah



Şirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdır.Sarayın tikintisi Şirvanşah I Axsitanın ailə üzvlərini itirdiyi Şamaxı zəlzələsindən sonra paytaxtın Şamaxıdan Bakıya köçürülməsi ilə əlaqələndirilir. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.




Gəncəsər Monastırı


Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian erməni monastırı.Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə yüksək və böyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir".




Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin