Azərbaycanın qədim memarlıq abidələri



Yüklə 20,89 Kb.
səhifə2/4
tarix14.12.2022
ölçüsü20,89 Kb.
#74622
1   2   3   4
Azerbaycanin qedim memarlıq abideleri

1.Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir.
Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir.
Komplekin inşa tarixi 1713-cü ilə aid edilir.Burada ən erkən tikili tövlədir.Mərkəzi məbəd isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfinin açıq forması da burdan qaynaqlanır.


İçərişəhər


İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. Bu qoruğun tərkibimdə bir neçə qədimi memarlıq abidələri yerləşir.



Məhəmməd məscidi




Bakının dövrümüzə çatmış ən qədim məscidi. İki: yeraltı və yerüstü mərtəbələrdən ibarət olan məscid binası X–XI əsrlərdə inşa edilmişdir. Məscidə Sınıqqala məscidi adı 1723-cü ildə rusların Bakını top atəşinə tutmasından sonra verilib. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin 26 iyununda Bakını atəşə tutanda şəhərin ən qocaman məscidinin minarəsi də zədələnmişdir. Top mərmisinə qala bürcü kimi davam gətirən minarəyə xalq "Sınıq qala" adını vermişdir.




Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin