Islamın gözəllikləri



Yüklə 3,26 Mb.
səhifə1/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
  1   2   3   4   5   6   7   8   9   ...   19



Islamın gözəllikləri......



بسم الله الرحمن الرحيم

Ön söz


Həqiqətən, həmd-sənalar Allaha məxsusdur. Biz Ona həmd-səna edir, Ona sığınır, Ondan bağışlanma və hidayət diləyirik. Nəfsimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Allahın hidayət verdiyi şəxsi heç kim doğru yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni də heç kim hidayət yoluna yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir və Onun heç bir şəriki yoxdur və şəhadət verirəm ki, Məhəmməd  Onun qulu və Elçisidir.

Həqiqətən Allah, insanları gözəl məqsəd üçün yaratmışdır. Bu məqsəd, yalnız Ona, heç bir şəriki olmayana ibadət etməkdən ibarətdir. Allah taala buyurur:

 ا                  (الذاريات: 56-57)

Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! (əz-Zəriyat: 56-57).

Insan yer üzündə, boş yerə deyil, müəyyən bir məsuliyyəti yerinə yetirmək üçün yaradılmışdır. Allah taala buyurur:

            (المؤمنون: 115)



(Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qayta­rılma­yacağınızı güman edirdiniz?) (əl-Muminun:115).

Allah taala buyurur:

و         (القيامة: 36)

(Məgər insan elə güman edir ki, o başlı-başına (cəzasız, yaxud əmr və qadağa olunmamış) buraxı­la­caq?!) (əl-Qiyamə:36).

Bu məqsədi həyata keçirməkdən ötrü Allah taala elçilər göndərmiş və kitablar nazil etmişdir.

Allah taala buyurur:

             (النحل: 36)



(Biz hər ümmətə: ”Allaha ibadət edin və tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik.) (ən-Nəhl: 36).

Allah taala Peyğəmbərimiz Məhəmmədi  peyğəmbərlərin sonuncusu etmişdir, həmçinin bəşər övladına nazil etdiyi şəriətlərinin sonuncusunu peyğəmbərimiz Məhəmmədə  vermiş və onu İslam adlandırmışdır. Allahın bütün şəriətləri xeyirxah işlər görməyə və pis-münkər işləri tərk etməyə çağırmaqla seçilmişdir. Bu haqda Allah taala buyurur:

                (الأنبياء: 73)

(Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.) (əl-Ənbiya: 73).

Bu din Məhəmməd peyğəmbərin  göndərildiyi vaxtdan ta qiyamətə qə­dər sonuncu və bütün bəşəriyyətin dinidir. Allah bu dini gözəl əməllər, yüksək əxlaq, hər bir zaman və mə­kan­da insanın sağlam fitrətinə uyğun olan asan şəriət hökmləri üzərində qurmuşdur. Allah bu dində hər bir xeyirə rəğbətləndirmiş, bütün yaxşı şeyləri halal (mübah) etmiş və şərdən çəkindirmiş, hər bir pis işi və insanın dünyasına, dininə zərər verən hər bir şeyi haram etmişdir. Bütün bunlar müsəlmanın bu dünyadakı həyatında xoşbəxt olması, yaxşı yaşaması, bundan sonra əbədi səadətə, tam zəfərə və ən böyük kəramətə, izzət və cəlal sahibi Allahın axirətdə razılığına və cənnətinə qovuşması üçündür.

Hikmətli və hər şeyi layiqincə bilən Allahın dərgahından nazil olan bu əzəmətli dinə diqqətlə nəzər salan hər bir kəs, bu dinin, yüksək mənalar və gözəl hədəflər üzərində qurulduğunu dərk edər. İzzət və cəlalət sahibi Allah bu dini insanın dünya və axirət həyatında xoşbəxt olmasından ötrü bir qanun etmişdir: Necə də belə olmasın?! Allah Öz peyğəmbəri  haqda buyurmuşdur:

                                                (الأعراف: 157)



(O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula -ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). O peyğəmbərə iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər - məhz onlar nicat tapanlardır!) (əl-Əraf:157).

Həmçinin buyurmuşdur:

          (طه 123)

(Hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!) (Taha:123).

          (البقرة 185)



(Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər.) (əl-Bəqərə:185).

Həmçinin buyurmuşdur:

:           (الحج 78)

"Dində sizin üçün heç bir çətinlik yeri qoymadı ..." (əl-Həcc: 78).

Peyğəmbər  buyurmuşdur:

«إنما بعثت لأتمم مكارم الأخلاق» أخرجه البيهقي في سننه وابن عبد البر في التمهيد، وصححه الألباني في السلسلة الصحيحة.

"Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm"1.

Həmçinin Peyğəmbər  buyurmuşdur:

«إنه لم يكن نبي قبلي إلا كان حقا عليه أن يدل أمته على خير ما يعلمه لهم وينذرهم من شر ما يعلمه لهم» أخرجه مسلم.

"Məndən öncə olmuş hər bir peyğəmbərin boynuna düşən borc, öz ümmətini onlar üçün xeyirli bildiyinə yönəltmək və şər bildiyindən də çəkindirmək idi."2.

Necə də belə olmasın?! Artıq Peyğəmbər  ən gözəl əxlaq, namus, təmizlik, bağışlama, Allaha olan tam mütilik, zillət və təvazükarlıq kimi keyfiyyətlərin son kamillik dərəcəsinə nail olmuşdur. Rəbbi ona bu sözü ilə şahidlik edərək buyurmuşdur:

       (القلم:4)

(Doğrudan da, sən böyük bir əxlaq sahibisən!) (əl-Qələm: 4).

Sonra isə Allah, bizə, onu özümüzə örnək qötürərək ardınca getməyi əmr etmişdir. Allah taala buyurur:

                (الأحزاب: 21)

(Həqiqətən, Allahın Rəsulu Allaha və qiyamət gününə ümid bəsləyənlər üçün gözəl nümunədir!) (əl-Əhzab: 21).

İslam əhli üçün minnət və hər cür nemət kimi əmr olunan itaət və xeyirli işlər, qadağa olunan asilik və pisliklər, kamil özəllik və sifətləri örnək götürmək və s. buna bənzər nemətlər tamamlanmışdır. Bununla dinimiz hər bir cəhətdən kamil din olmuşdur. O, etdiyi hər bir əmrdə, qoyduğu qadağada, buyurduğu əməldə və həvəsləndirdiyi işlərdə bütün gözəllikləri cəm etmişdir.

İslamın gözəllikləri haqqında bilmək müsəlmanın öz dinindən daha bərk yapışmasını, ona olan məhəbbətini və bağlılığını artırır. Həmçinin bu gözəlliklər haqqında bilmək İslamdan uzaqlaşan hər kəsdə ona yenidən qayıtmağa rəğbət oyadır, onun üzünə təminat qapılarının ən əzəmətlisini açır ki, bəlkə hidayət tapıb təslim ola və bununla da, həm bu dünyada və həm də axirətdə salamat və qalib çıxar.

İbn əs-Səkən öz isnadı ilə rəvayət etmişdir ki, Əksəm ibn Seyfi Peyğəmbərin  çıxmasını eşidərkən onun yanına gəlmək istədi, amma qəbilə adamları ona imkan verməyərək dedilər: “Sən bizim böyüyümüzsən və səni tanıyacaqdır”. İbni Seyfi dedi: “Məndən ona, ondan da mənə xəbər çatdıran gəlsin!”. İki nəfər onun dediyini yerinə yetirmək üçün qarşıya çıxıb Peyğəmbərin yanına gəlib dedilər: “Biz Əksəm ibn Seyfinin elçiləriyik. O sənin kim olduğunu və nə gətirdiyini soruşur”. Peyğəmbər  buyurdu:

فقال النبي r: «إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر» فأتيا أكثم فقالا: أبى أن يرفع نسبه، فسألنا عن نسبه فوجدناه زاكي النسب واسطاً في مضر، وقد رمى إلينا بكلمات قد حفظناهن فلما سمعهن أكثم قال: أي قوم أراه يأمر بمكارم الأخلاق وينهى عن ملائمها فكونوا في هذا الأمر رؤساً ولا تكونوا فيه أذناباً، كونوا فيه أوَّلاً ولا تكونوا فيه آخراً، فلم يلبث أن حضرته الوفاة فقال: أوصيكم بتقوى الله وصلة الرحم فإنه لا يبلى عليهما أصل. انظر: الاستيعاب (1/146) الإصابة (1/211)

"Allah adilliyi, yaxşılığı və yaxınlara əl tutmağı əmr edir, pis və münkər işlərdən çəkindirir." Elçilər Əksəmin yanına gəldilər və dedilər: O, öz nəslini ucaltmaqdan boyun qaçırtdı, mənsubiyyətini soruşduqda təmiz nəsəbli və Mudar tayfasında orta olduğunu gördük. O bizə bəzi sözlər dedi və biz onları əzbərlədik. Əksəm bu sözləri eşitdikdə dedi: “Ey qövmüm! Mən onun gözəl əxlaqa çağırdığını və pis əxlaqdan çəkindirdiyini görürəm. Siz bu işdə baş olun, quyruq olmayın! Bu işdə birinci olun, axırıncı olmayın!”. Bir müddət sonra Əksəmin vəfatı yetişdi və o dedi: “Sizə Allahdan təqvalı olmanızı, qohumluq əlaqələrini birləşdirməyi vəsiyyət edirəm, çünki bu iki şeyin üzərindəki bünövrə nəmlənməz”1.

Allah Əksəm ibn Seyfini İslamın gözəlliklərindən bir parça bildiyi zaman onu küfrün alçaqlıqlarından ima­nın yüksəkliklərinə qaldırdı. Əgər o, İslamın sonralar nazil olmuş mənalarını və qanunlarını görsəydi, görəsən necə olardı?!

Heç şübhəsiz bu belədir. Bəzi alimlər demişlər: Bu gün müsəlmanların, hətta bütün dünyanın, Allahın dininin bəyan edilməsinə, gözəlliklərinin izhar və həqiqətinin aşkar edilməsinə böyük ehtiyacları vardır. Allaha and olsun ki, əgər bu gün insanlar və bütün aləm bu dinin həqiqətini bilsəydilər, ona dəstə-dəstə daxil olardılar.

Bu yerdə qeyd edilməsi vacib olan odur ki, İslamın gözəlliklərini heç kəs sayıb qurtara bilməz. Ona görə ki, gözəllik və kamillik onun hər bir əmri və qadağasında, kiçik yaxud böyük mənası və əsasında vardır. Əgər kimsə tövhidin və ya namazın gözəlliklərindən danışmaq istəsə bu haqda çoxlu kitablar yazmalı olar.

Bu kitabın yazılmasında məqsəd İslamın gözəlliklərini tam əhatə etmək deyil, sadəcə olaraq işarəli sözlərə və özündən sonrakı mənalara aydınlıq gətirən kəlamları xatırlatmaqdır. Yaxşı başa düşən az sözlə də başa düşər. Hidayət olunan kəs Allahın hidayət verdiyi şəxsdir. Zəlalətə düşən isə haqdan köksü daralandır. Əgər ona mələklər nazil olsaydı və onu ölülər danışdırsaydı belə, Allahın istəyi olmadan yenə də hidayət olunmazdı. Bizi Öz dininə hidayət etdiyinə görə, Allaha həmd olsun. Əgər Allah bizə doğru yol göstərməsəydi biz onu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin rəsulları haqqı gətirmişlər. Allahın salat və salamı Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə olsun.

***


İslam dininin xüsusiyyətləri və digər özəllikləri haqda anlayış:

Şəriət: Allahın, Peyğəmbəri Məhəmmədə  nazil etdiyi əqidə və gündəlik həyatda zərüri olan hökmlərin adıdır.

Bu hökmlər doğruluğu və düzgünlüyünə görə saf su mənbəyinə bənzədilərək şəriət adlandırılmışdır. Həqiqətən, insan həyatı susuz mövcud ola bilməyəcəyi kimi, nəfslərin islah olunması və yaşayışı, ağılların qidası və sağlamlığı da bu şəriət qanunlarıdır.

İslam şəriətinin xüsusiyyətləri çox və müxtəlifdir. Bu, onun şərəfinin, mövqeyinin ucalığına və şəninin yüksəkliyinə dəlalət edir.

Bu xüsusiyyətləri çoxluğuna görə əhatə etmək mümkün deyil, amma bunların daha əhəmiyyətlilərini göstərmək olar və onlar aşağıdakılardan ibarətdir:


  1. Rəbbaniyyə:

İslam şəriətinin ilk özəlliyi onun Rəbbani olmasıdır.

Burada Rəbbaniyyə dedikdə iki şey nəzərdə tutulur:



Birincisi: Həqiqətən, bu şəriət Rəbb (Allah) sübhənəhu və taala tərəfindən nazil edilmişdir. O, Allahın peyğəmbər­lə­rinin sonuncusu Məhəmmədə  vəhy etdiyi şəriətdir. Bu şəriət heç bir məxluqun uydurması deyildir. Allah taala bunu təsdiqləyərək buyurur:

{    (هود: 1)

(Əlif, Lam, Ra! Bu, ayələr hikmət sahibi və hər şeydən agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır.) (Hud: 1).

        (يونس: 57)



(Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!) (Yunus: 57).

Peyğəmbərin bu şəriətdəki rolu sadəcə olaraq onu əyrilikdən qorumaq, sonra isə onu təbliğ etmək və aydınlaşdırmaqdır. Bu haqda Allah taala buyurmuşdur:



      (المائدة: 67)

(Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!) (əl-Maidə: 57)

Başqa bir ayədə isə belə buyurmuşdur:



      (النحل: 44)

(Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!) (ən-Nəhl: 44).
İslam şəriəti dünyada yeganə din və şəriətdir ki, onun mənbəyi yalnız Allahın vəhyidir. Bu din artırıb-əksiltmədən mühafizə edilən, tam və kamil olan, Allah kəlamıdır. Bu haqda Allah taala buyurmuşdur:

{       } (الحجر:9)



(Şübhəsiz ki, Quranı Biz nazil etdik və, sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayacağıq!) (əl-Hicr: 9).

Buna görə də İslam şəriəti ən yüksək kamillik, şamillik, rəhmət və ədalət kimi vəsf olunur. Çünki bu şəriəti nazil edən, məxluqatı yaradan və onların işlərinin sahibi, cəlal və kamal sifətləri ilə vəsf olunan Allahdır. O, hər bir naqislik, eyib, cahillik və nəfsinə uymaqdan pakdır. O, bəşər övladını tərbiyələndirən, onlar üçün əmin-amanlıq, rahatlıq və xoşbəxtlik yaradan nə varsa onu biləndir. Həqiqətən, Allah insanı müəyyən bir məqsəd üçün yaratmış, onlara şəriət göndərmiş, sayğı göstərmiş və yaratdıqlarının çoxundan üstün etmişdir. O, verdiyi əmrlərində mərhəmətli, Öz hökmündə hakim, yaratdıqları üzərində qadir, işində alim olan və bəndələrinə rəhm edəndir.

İnsanlardan ancaq bu şəriəti qəbul etmək və ona əməl etmək tələb olunur. Bununla onlar üçün bu dünyada xeyir, axirətdə səadət və dəhşətli qiyamət günündə aman hasil olar.

Bu şəriətin möminlər yanında müqəddəsliyi, nəfsləri üzərində hakimliyi və qəlblərində qorxusu vardır. Heç bir süni nizam və ya quruluş bu şəriətə bərabər ola bilməz.



İkincisi: Bu şəriətin yüksək məqsədi və gözəl hədəfi Allahın rəhməti və razılığını qazanmaqdır. Onun qayəsi və məqsədi Rəbbanidir. Bu haqda Allah taala buyurmuşdur:

                    } (الأنعام:162-163)



"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”" (əl-Ənam: 162-163).

Heç şübhə yoxdur ki, İslam şəriətinin qayə və hədəfləri bu dünyada bəndələr üçün gözəl həyat şəraiti yaratmaqdır. Amma diqqətlə fikir verdikdə görürük ki, həqiqətdə həmin bu qayə və hədəflər əzəmətli hədəfə və böyük məqsədə xidmət edir. Bu, Allahın razılığına və Onunla möhkəm bağlılığa nail olmaqdır. Hədəflərin hədəfi və qayələrin qayəsi elə budur.

İnsanın bu Rəbbani şəriətə əməl etməsi onun mənəvi, ruhi xoşbəxtliyinin mənbəyidir. Çünki o, göylərin və yerin Rəbbinin yolu ilə gedir və Onun razılığını qazanmağa can atır, bu dində olan hər bir şeyin Allahdan və hər şeyin Allah üçün olmasına iman gətirir.


  1. Kamillik və şamillik:

İslam şəriətinin dayağı möhkəm, binası isə kamildir. Həqiqətən bu şəriət, dünyada insanı bəşəriyyətin kamillik dərəcələrinə yüksəldən və axirətdə onu nicata yetişdirən şəriət qaydaları gətirmişdir.

Həmçinin İslam şəriəti cin və insanlar üçün nazil edilmiş ümumi bir dindir. O, bir tayfaya və nəslə xas olub digərlərinə aid olmayan şəriətlərdən deyil, əksinə bütün insanlar üçün nəzərdə tutulmuşdur.

Eləcə də İslam şəriəti, həyatın bütün sahələrini və cəmiyyətin hər bir təbəqəsini əhatə edir. Bu din hər təfərrüat haqqında məlumat vermədən, yaxud ona bir hökm aid etmədən və ya onu bir qaydanın daxilində qeyd etmədən onu tərk etməyib. Islam şəriəti insanların işi qarşısında aciz olmaz, bir cəmiyyətin yetişdiyi yüksək mərtəbədən geri qalmaz. Əksinə hər zaman və hər məkanda insanların mənfəətlərini həyata keçirər, hər bir anda və hər bir vəziyyətdə onların ehtiyaclarını ödəyər.

Quran və Sünnədə İslam şəriətinin ümumi və şamil olması haqda bir çox dəlillər mövcuddur. Bunlardan birində Allah taala buyurur:

{       } (الأعراف:158)

"(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm...." (əl-Əraf: 158).

Allah taala buyurur:

{            } (سـبأ:28)

"(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!" (Səba: 28).

Allah taala buyurur:

{          } (النحل:89)

"Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" (ən-Nəhl: 89).

Bir hədisdə isə Peyğəmbər  buyurmuşdur:

«أعطيت خمساً لم يعطهن أحد قبلي..» «وكان النبي يبعث إلى قومه خاصّة، وبعثتُ إلى الناس عامّة» رواه البخاري في صحيحه.

"Mənə, öncəkilərə verilməyən beş şey verildi...." sonra dedi: "Hər bir peyğəmbər ancaq öz tayfasına göndərilirdi, mən isə bütün insanlara göndərilmişəm"1.

Başqa bir rəvayətdə deyilir ki:

«كان كلّ نبي يبعث إلى قومه خاصة وبعثت إلى كل أحمر وأسود» رواه مسلم.

"Hər bir peyğəmbər ancaq öz tayfasına məxsus göndərilirdi, mən isə hər bir qırmızı və qaraya (bütün insanlara) göndərilmişəm"2.

Bəzi qeyri müsəlman tarixçilərin: "İslam dəvəti yerli camaat olan ərəblər üçün gəlmiş və onların arasında yayılmışdır və fəthlərdən, İslam aləminin genişlənməsindən sonra bu dinin ümumdünya din olması qərara alınmışdır" – deməsi batil bir iddiadır. Quran və Sünnədən gətirdiyimiz əsaslar Məhəmməd  şəriətinin ümumbəşəriliyinə və bütün dünyaya aid olmasına dəlalət edir. İslam dini ümumbəşəri dindir və bu din dilindən, irqindən və cinsindən asılı olmayaraq hər zaman və hər məkanda bütün insanlara yönəldilmiş dindir.

Qurani-Kərim keçmiş peyğəmbərlərin şəriətindən bəhs edərkən həmin şəriətlərin öz tayfalarına aid olduğunu qeyd edir. Bu haqda Allah taala buyurmuşdur:

{             } (الأعراف:59)



"Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur..." (əl-Əraf: 59).

{   }(هود:50)



"Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik)..." (Hud: 50).

{   } (الأعراف:73)



"Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik)..." (əl-Əraf: 73).

Allah taala Peyğəmbərimizin  şəriəti haqda danışarkən onun ümumi və ümumbəşəri olmasını açıq-aşkar qeyd edərək buyurur:

{         }(الفرقان:1)

"Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)" (əl-Furqan: 1).

{     } (الأنبياء:107)



"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik..." (əl-Ənbiya: 107).

Bəzi alimlər bu məsələni təsdiqləyərək demişlər: "İslam dininin zəruriliyindən bəlli olmuşdur ki, Məhəmməd­in  şəriəti hər bir ərəb-əcəm, varlı-kasıb, alim-cahil insan­lar və hətta cinlər üçündür. O qiyamətə qədər davam edəcəkdir. Məxluqatdan heç kəsin bu dindən çıxmağa və ona əməl etməməyə haqqı yoxdur. Ümməti üçün qoyduğu dini qaydalara, sünnələrə, əmr və qadağalara, əməl etmək vacibdir. Əgər Məhəmməd peyğəmbərdən  öncəki peyğəmbərlər sağ olsaydılar ona itaət edər və onun ardınca gedərdilər".

Həqiqətən, bu sonuncu şəriətdir. O, özündən əvvəlki şəriətlər kimi, heç bir ayrıca götürülmüş tayfaya, cinsə və heç bir ayrıca götürülmüş zamana məxsus deyil. İnsanların əvvəlki şəriətlərə riayət etmələri bu dinə hazırlıq idi. Bu şəriət əvvəlki şəriətlərdən fərqli olaraq bünövrəsində kamil və prinsipial müddəaları ilə hər şeyi əhatə edir. O, bütün bəşəriyyət üçün nazil edilmiş din qanunvericiliyinin əsasıdır.

Bəli, İslam şəriəti öz hökmləri və əsasları ilə həyatın bütün sahələrini və insanın ehtiyaclarını tam əhatə etmişdir. Bu şəriət insanın məqsədlərini nəzərə almış və onun yaradılış qayəsini açıqlamışdır. Rəbbi ilə onun bağlılığını, qohum-qardaşla və yaşadığı cəmiyyətlə əlaqəsini qaydaya salmış, hüquqlarını və vacib əməllərini müəyyən etmiş, münaqişələri həll etmək və hər kəsin haqqını özünə qaytarmaq üçün əsaslar qoymuş, insanlar arasında onların həyatını və işlərini hər cəhətdən qoruyan ədalət qaydalarını sabitləşdir­miş­dir.

Həqiqətən, bu şəriət dini, dünyanı, zahiri və batini özündə cəm etdiyinə görə həyatın kamil yoludur. Bununla o, insan üçün dünya və axirət xeyrini bir araya toplamışdır.

Belə kamil və əhatəli şəriətin müsəlmanın yolunu işıqlandırması onun üçün müjdədir. Həmçinin bu şəriət hər böyük-kiçik, gizli-aşkar, zahir-batin işdə müsəlmana yol göstərir.

Peyğəmbər  şəriəti vəsf edərək buyurmuşdur:

«قد تركتكم على البيضاء ليلها كنهارها، لا يزيغ عنها بعدي إلا هالك» رواه ابن ماجة والإمام أحمد في مسنده، وصححه الألباني في ظلال الجنة.



"Sizi ağ (işıqlı) yolun üzərində tərk etdim, onun gecəsi gündüz kimidir. Məndən sonra ondan yalnız məhv olmağı seçən kimsə azar"1.

  1. Yüklə 3,26 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin