Altıncı əsas: Qəza və Qədərə iman:
Qədər – Allahın, bütün kainatın taleyini, əzəli elmi, hikməti ilə yazmasıdır. Qəza isə Allahın yazdığı bu hökmün Qədərdə olduğu kimi baş verməsidir.
Qədərə iman dörd məsələni əhatə edir:
Birinci: Allahın hər şeyi, həm Öz əməllərini həm də bəndələrinin əməllərini əzəldən, mücməl və müfəssəl şəkildə hər zaman bilməsinə iman gətirmək:
Ikinci: Allahın qəza və qədəri Lövhi Məhfuzda yazmasına iman gətirmək: Bu iki məsələ haqda Allah taala buyurur:
) óOs9r& öNn=÷ès? cr& ©!$# ãNn=÷èt $tB Îû Ïä!$yJ¡¡9$# ÇÚöF{$#ur 3 ¨bÎ) Ï9ºs Îû A=»tFÏ. 4 ¨bÎ) y7Ï9ºs n?tã «!$# ×Å¡o ÇÐÉÈ ( (الحج:70)
"(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!" (əl-Həcc: 70).
Müslimin səhih kitabında Abdullah Ibn Amr Ibn əl-Asdan belə rəvayət edilir:
«كتب الله مقادير الخلائق قبل أن يخلق السماوات والأرض بخمسين ألف سنة» رواه مسلم.
"Allah göyləri və yeri yaratmadan əlli min il öncə məxluqatın qədərini yazmışdır"1.
Üçüncü: Allahın və ya Onun bəndələrinin hərəkətlərinin yalnız Allahın istəyi ilə olduğuna iman gətirmək: Allah taala Öz hərəkətləri, əməlləri haqda buyurur:
) /uur ß,è=øs $tB âä!$t±o â$tFøsur ( (القصص:68)
"Rəbbin istədiyini yaradar və istədiyini də seçər." (əl-Qəsəs: 68).
Bəndələrinin hərəkətləri haqqında isə buyurur:
) öqs9ur uä!$x© ª!$# öNßgsܯ=|¡s9 ö/ä3øn=tæ öNä.qè=tG»s)n=sù ((النساء:90)
"Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar..." (ən-Nisa: 90).
Həmçinin digər ayədə buyurur:
) öqs9ur uä!$x© ª!$# $tB çnqè=yèsù ( öNèdöxsù $tBur crçtIøÿt ÇÊÌÐÈ ( (الأنعام:137)
"Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!" (əl-Ənam: 137).
Dördüncü: Bütün baş verənlərə öz vəsfi, hərəkəti və mahiyyətinə görə Allahın yaratdıqları olduğuna iman gətirmək. Allah taala buyurur:
) ª!$# ß,Î=»yz Èe@à2 &äóÓx« ( uqèdur 4n?tã Èe@ä. &äóÓx« ×@Ï.ur ÇÏËÈ ( (الزمر:62)
"Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!" (əz-Zümər: 62).
Digər ayədə Allah taala buyurur:
) t,n=yzur ¨@à2 &äóÓx« ¼çnu£s)sù #/Ïø)s? ÇËÈ ( (الفرقان:2)
"O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir." (əl-Furqan: 2).
Qədərə deyilən formada iman gətirmək bəndənin öz ixtiyarı ilə etdiyi əməllərində istəyi və gücünün olmasına zidd deyildir. Çünki həm şəriət həm də reallıq bunu sübut edir.
Bunu isbat edən şəriət dəlillərindən. Məsələn, Allah taala əməlləri bəndələrə nisbət edərək buyurur:
(النساء: 69)
"Allaha və Peyğəmbərə itaət edənlər ..." (ən-Nisa: 69).
(النساء:110)
"Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər." (ən-Nisa: 110). Və s. belə dəlillər çoxdur.
Reallıqdan olan dəlillər isə bunlardır: Hər bir insan özünün istəyi, gücü olduğunu bilir və onlarla bir işi görür və ya tərk edir. O, öz istəyi ilə olanları: gəzmək və s. həmçinin öz istəyi ilə olmayanları: əsmə, titrəmə və s. – də bilir. Lakin bəndənin istəyi və hərəkəti Allah taalanın istəyi və qüdrəti ilə həyata keçirilir. Çünki Allah taala buyurur:
(التكوير:28-29)
"Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!" (ət-Təkvir: 28-29).
Bütün kainat Allah taalanın mülkü olduğu üçün Onun mülkündə Onun istəyi və xəbəri olmadan heç nə ola bilməz.
Qəza və qədər haqda qısa məlumatdan sonra bu əsasa aid imanın gözəlliklərindən bəzilərini sadalamaq olar:
-
Qədər, insanın yalnız Allaha arxalandığı zaman səmərə verir. Çünki insana fayda və ya zərər verən Odur. Allahdan qeyrisi insana, Allahın onun qədərinə yazdığından başqa bir şeyi fayda və ya zərər olaraq verə bilməz. Ağıllı insan, ona həm dünya, həm də axirətdə fayda verən və zərərini dəf etmək iqtidarında olanı tərk edib, ona fayda və zərər verə bilməyənə ibadət etməz. Peyğəmbər İbn Abbasa nəsihət edərkən buyurur:
«واعلم أن الأمة لو اجتمعوا على أن ينفعوك بشيء لم ينفعوك إلا بشيء قد كتبه الله لك، ولو اجتمعوا على أن يضروك لم يضروك إلا بشيء قد كتبه الله عليك، رفعت الأقلام وجفَّت الصحف» رواه الترمذي في سننه وأحمد في مسنده، وهو حديث صحيح.
"Bil ki, əgər bütün ümmət toplanıb sənə bir fayda vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir fayda verə bilməzlər. Əksinə, əgər bütün insanlar toplanıb sənə zərər vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələm qaldırılmış və səhifələr qurumuşdur"1.
-
Qədərə iman, muradına yetişən müsəlmanın özünü öyməsinin qarşısını alır. Çünki o, Allah taalanın təqdiri və lütfü ilə muradına çatmışdır. İnsanın özünü öyməsi, ona həqiqi nemət verənə: Allaha, - şükür etməsini unutdurur.
-
Başına gələn təqdir edilmiş işlərə görə nəfsi rahatlıq və arxayınlıq əldə edən insan istədiyini itirdikdə və ya xoşlamadığı iş baş verdikdə təlaşa düşməz. Çünki o bunun, yer və göyün sahibi olan Allahın təqdiri ilə baş verdiyini və onun qaçılmaz olduğunu başa düşür. Bu haqda Allah taala belə buyurur:
(الحديد:22-23)
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!" (əl-Hədid: 22-23).
Digər ayədə isə Allah taala buyurur:
(التغابن:11)
"Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!" (ət-Təğabun: 11).
Alimlərdən biri deyir: Ayədə deyilən kimsə, başına müsibət gəldikdə onun Allah taala tərəfindən olduğunu bilib onunla razılaşan adamdır. İbn Abbas ayədəki: "(Allah) onun qəlbini haqqa doğru yönəldər" – sözünün mənası haqda deyir:
(يهدي قلبه لليقين فيعلم أن ما أصابه لم يكن ليخطئه وما أخطأه لم يكن ليصيبه) رواه الطبري في تفسيره.
"Onun qəlbini yəqinliyə yönəldər. Bununla o, başına gələnin mütləq ona yetişəcəyini, başına gəlməyəcək bir işin ona yetişməyəcəyini bilər"1.
Peyğəmbər buyurur:
ويقول النبي r: «عجبا لأمر المؤمن إن أمره كله خير وليس ذلك لأحد إلا للمؤمن، إن أصابته سراء شكر فكان خيرا له، وإن أصابته ضراء صبر فكان خيرا له» رواه مسلم.
"Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar"2.
Qədərə iman gətirməyən kimsə təkəbbürlü olar. Allahın ona verdiyi var-dövlətin, şan-şöhrətin və sairənin öz elmi və zəhməti ilə qazandığını iddia edər. Ona verilən nemətlərə hansınasa müsibət toxunduqda təlaşa düşər və həyatını vəl-vələ içərisində keçirər. Baş verən müsibətə görə səbirsizlik etdiyindən və peşmançılıq çəkdiyindən bu, özünə qəsd (intihar) etmək dərəcəsinə gəlib çata bilər. Bu gün biz bunun şahidiyik. Xüsusən də maddi durumları ən yüksək məqama yetişən ölkələrdə belə hallar daha çox müşahidə olunur.
Qədərə iman gətirmək, qüvvəsini və vaxtını sərf etməklə faydalı işlərə bağlanmağa kömək edir. İnsanın tənbəlliyini aradan qaldırır, həmçinin insanı təkəbbürlükdən uzaqlaşdırır. Quran, Sünnə və müsəlmanların həyatı göstərir ki, müsəlmanlar öz dinlərinə çox bağlandıqda qədərə bəslədikləri iman onları ciddi işlər görməyə həvəsləndirir, tənbəllik və acizlikdən uzaqlaşdırır. Şər işləri görərək, yaxud yaxşını tərk edərək qədəri bəhanə gətirmək müşriklərin adətlərindəndir. Allah taala müşriklərin bu əməlləri haqda buyurur:
.(الأنعام: 148)
"Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər..." (əl-Ənam: 148).
Mömin isə özünə fayda verən işə həris olar və acizlik göstərməz. İstədiyinə nail olmaq üçün səbəblərdən istifadə etməklə Allah taalaya ümid bəsləyər. Amma qədəri bəhanə gətirməklə işi tərk etməz.
Gücünü sərf etdikdən sonra istədiyinə nail olmasa onda Allaha və Onun qədərinə ümid bağlayar. Allahın ona yazdığı istəyi ilə razılaşaraq belə deyər: Allahın qədəridir və Allah istədiyini etdi (Qədərallahu və mə şaə fəələ).
Möminin bu hərəkəti Peyğəmbərin buyurduğuna uyğundur:
قول النبي r: «المؤمن القوي خير وأحب الله من المؤمن الضعيف وفي كل خير، احرص على ما ينفعك، واستعن بالله، ولا تعجز، وإن أصابك شيء فلا تقل: لو أني فعلت كذا لكان كذا، ولكن قل: قدّر الله وما شاء فعل، فإن لو تفتح عمل الشيطان» رواه مسلم.
"Allah yanında, güclü mömin zəif mömindən daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində də xeyir vardır. Sənə fayda verən işə həris ol. Allahdan kömək dilə və acizlik etmə. Başına bir iş gəldikdə: əgər belə etsəydim belə olardı - demə. "Allahın qədəridir və Allah istədiyini etdi" de. Çünki, "Əgər" demək şeytanın qapısını açır"1.
-
Mömin Allaha və Onun qəza-qədərinə iman gətirməklə qürur duyur. O, Allahdan başqa heç kəsin qarşısında əyilməz. Çünki ona fayda və ya zərər verə biləcək yalnız Allahdır. Bütün mülk onun əlindədir və Onun əmri olmadan heç nə baş verməz. Allah taala buyurur:
(الأعراف:54)
"Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur..." (əl-Əraf: 54).
Yaradılanlar və əmrlər Onundur. Ondan başqa heç kəsin bunlarda bir payı yoxdur.
-
Müttəqiləri xoş aqibətin gözlədiyinə əmin olmaq. Allaha və Onun qədərinə iman gətirən möminin qəlbi buna tam inanır. O, qələbənin səbirlə olduğuna və çətinlikdən sonra rahatlığın mütləq gələcəyinə inanır. Həmişə çətinliyin olması qeyri mümkündür. Olan müsibətlər parça-parça olub dağılan buludlara, qaranlığı itən gecəyə bənzəyir. Haqq bir gün mütləq zühur edəcəkdir. Mömin bütün bunlara inanır. Ona görə də ümidsizlik qadağan edilmişdir. Allah taala buyurur:
(يوسف:87)
"Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzərlər!”" (Yusuf: 87).
(الطلاق:1)
"Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin" (ət-Talaq: 1).
(المجادلة:21)
"Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!" (əl-Mucadələ: 21).
-
Bəndə qədərə iman bəsləməklə, ona verilən ağılla xeyri şərdən ayırd etdiyini, xeyirli və ziyanlı işləri: doğrunu, yalanı, ədaləti, zülmü və s. - dərk edir. Həmçinin özünün istədiyi işi seçməkdə və onu icra etməkdə ixtiyar sahibi olduğunu da anlayır. Bununla yanaşı Allah taala bəndənin etdiyi əməllərinə görə onu məsuliyyətə cəlb etmiş, Öz mərhəmətindən peyğəmbərlərini göndərmiş, kitablarını nazil etmiş, ona xeyir və zərər verən hər bir şeyi açıqlamışdır. Sonra ona əmrlər buyurmuş və qadağalar qoymuşdur. Ondan kömək istəyənə kömək edəcəyini vəd etmişdir. Sonra insana istədiyini etmək üçün səbəblərdən götürməyi əmr etmişdir. Ona görə səbəbləri tərk edərək qədərə arxalanmaq olmaz.
-
Allah taala möminin qədərinə yazdığı və insanın ixtiyarında olmayan müsibətlərlə razılaşmasını ona buyurmuşdur. Lakin Allah taalaya olan ibadəti tərk etmək və günah işlətməklə razılaşmaq olmaz. Əksinə bəndə var gücü ilə ibadət etməli və günahlardan çəkinməlidir. Vacib ibadəti tərk etdikdə, yaxud günah işlətdikdə mütləq Allaha tövbə etməlidir. Tövbənin şərtlərindən biri isə etdiyi əmələ razı deyil, peşman olmaqdır.
-
Qəlblərdə olan xəstəliklərin: həsəd, paxıllıq, nifrət və s. – təmizlənməsi. Həqiqətən qədərə iman gətirən mömin, Allahın yeganə qüvvət sahibi və ruzi verən olduğunu bilir. Ona görə filankəsə ruzi verən, başqasını isə məhrum edən Odur. Əgər insan buna etiraz etsə, bilavasitə Allaha qəza və qədər məsələlərində etiraz etmiş olur.
-
Haqqı açıq-aşkar söyləmək və bu zaman cəsarətli olmaq. Heç bir kafir və ya müşrikdən qorxmamaq. Buna səbəb isə, Allaha və Onun qəza-qədərinə imanın qəlbə hakim edilməsi, Allaha tam arxayın olmaq, təvəkkül etmək və Onun yolunda başına gələn müsibətlərə səbr etməkdir. Çünki o, əcəlin və ruzinin Allahın əlində olmasına, bəndələrin isə Onun qarşısında acizliyinə inanır.
-
Qədərə iman insanı şücaətli olmağa təşviq edir. Çünki o, əcəlinin əvvəlcədən yazıldığına inanır. Ömür isə Allahın əlindədir və yalnız Onun yazdığı baş verəcəkdir. Beləliklə, insan hərtərəfli mühafizə edilir və Allahın onun qədərinə yazmadığı bir şey ona nə zərər, nə də xeyir verə bilməz. Belə olduqda, insan tam cəsarət və həvəslə Allah yoluna dəvət edir başlayır və ən yüksək işlərə asanlıqla nail olur. Çünki o, yalnız qədərdə olanların başına gələcəyinə inanır.
Ikinci fəsil:
İbadətlər: namaz, zəkat, oruc
və
həcc baxımından
İslamın gözəllikləri:
İbadətlər və onların böyük təsiri:
Əziz oxucu! ötən fəsildə İslamın əqidə baxımından olan gözəllikləri ilə tanış olduqdan sonra səni, İslamın ümumi məzmununa daxil olan ibadətlərlə tanış etmək istərdim. Bu fəsildə, İslam ibadətləri olan namaz, zəkat, oruc, həcc və cihad baxımından onun bir çox gözəlliklərini sənə təqdim edəcəyəm. Bu beş ibadət, imandan sonra İslam şəriətinin əsasını təşkil edir.
Allah taala bütün ibadətləri əzəmətli və hikmətli sirlər üzərində buyurmuşdur. İnsanlar bu sirlərin bəzilərini öyrənib bilir, digərlərini isə bilmirlər.
Allahın köməyi ilə deyilən ibadətlərin hər biri ilə qısa tanışlıqdan sonra, bir qədər onlarda olan İslam gözəlliklərini bir-bir nəzərdən keçirək.
Birinci bölüm: Namaz qılmaq;
Namaz İslamın, şəhadət kəlməsindən sonra gələn ikinci əsasıdır. O, şəhadətdən sonra əqidənin sağlam və doğru olmasını, imanın qəlbə hakimliyini bildirən və onu təsdiq edən əməldir.
Şəriət terminalogiyasında namaz sözünün mənası: Təkbir ilə başlanıb salam ilə bitən xüsusi söz və hərəkətlərin toplusudur.
Namazın fərz (vacib) edilməsinin dəlilləri Quran, hədislər və alimlərin yekdil rəyləridir.
Bu haqda Quranda ayələr çoxdur. Məsələn, Allah taala buyurur:
{ }، (الحج: 78)
"Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!" (əl-Həcc: 78).
Hədislərdən dəlil: Peyğəmbər buyurmuşdur:
«بني الإسلام على خمس؛ شهادة أن لا إله إلا اللّه وأنّ محمداً رسول اللّه، وإقام الصّلاة، وإيتاء الزّكاة، وصوم رمضان، والحج إلى بيت اللّه الحرام لمن استطاع إليه سبيلاً». رواه البخاري في صحيحه ومسلم.
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülhərəmə (Kəbəyə) həcc etmək"1.
İslam alimləri namazın İslamın beş əsasından biri olaraq fərz olmasını yekdilliklə qeyd edirlər.
Namazın çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Namazın ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:
-
Namaz insanın qəlbini təmizləyir və nəfsinə rahatlıq verir, onu, günahlardan və asilikdən qoruyur. Allahın qəzəbinə səbəb olan hər bir əmələ qarşı nifrət oyadır. Bu haqda Allah taala buyurur:
(العنكبوت:45)
"(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (əl-Ənkəbut: 45).
-
Namaz, bəndə ilə Rəbbi arasında bağlılıq yaradır. Çünki bəndə hər zaman Rəbbinə möhtacdır. O, namaz vaxtı Allaha həmd səna (əlhəmdulilləh), təkbir (Allahu əkbər), təsbih (Sübhənallah) edir və ayələrini oxuyur. Onun qarşısında baş əyir, qiyamda, rükuda və səcdədə onu xatırlayır və Ona dua edib istədiyini diləyir, günahlarının bağışlanmasını istəyir. Beləliklə o, gün ərzində beş dəfə Rəbbi ilə bağlanır. Namazda onun nəfsi rahatlanır, Allaha daha yaxın olur və Allah yanında dərəcəsi artır. Bütün bunlara yalnız namaz qılmaqla nail olmaq mümkündür.
-
Namaz, Allaha tam itaətkarlığı (ubudiyyəti) dəqiq və açıq nümayiş etdirməkdir. Bəndənin qiyamı, rükusu, səcdəsi, Quran oxuması, zikr etməsi və Allaha həmd səna deməsi bəndənin nəfsində tam və doğru itaətkarlıq (ubudiyyət) yaradır. Namazın ən əzəmətli gözəlliyi, bəndəni böyük şərəfə - Allaha, Onun sevdiyi tərzdə tam itaətə (ubudiyyətə) - nail etməsidir.
-
O, göz işığı və nəfs rahatlığı, İslamın rəmzi və imanın əlamətidir. Namaz, müsəlman ilə kafir arasında fərqdir. Bu haqda hədislərin birində belə buyurulur:
«العهد الذي بيننا وبينهم الصّلاة فمن تركها فقد كفر». رواه النسائي في سننه والترمذي في سننه وابن ماجة، وقال الترمذي: هذا حديث حسن صحيح غريب.
"Bizimlə onlar (kafirlər) arasında olan fərq, namazdır. Kim onu tərk etsə artıq küfr etmiş olar"1.
وكان رسول اللّه r إذا حزبه أمر قام إلى الصّلاة. رواه أبو داود في سننه، وإسناده حسن. صحيح الجامع للألباني.
Peyğəmbər bir işdən kədərləndikdə və ürəyi sıxıldıqda namaz qılardı2.
Həmçinin Bilala :
ويقول لبلال t: «أقم الصّلاة أرحنا بها»، رواه أبو داود في سننه، وإسناده حسن. صحيح الجامع للألباني.
"Namaz üçün iqamə ver və bizi onunla rahat et!"2.
Peyğəmbərin böyük səbrə, gücə və iradəyə malik olmasına baxmayaraq rahatlığı yalnız namazda tapaır və hətta belə buyurardı:
كان يقول : «وجعل قرة عيني في الصّلاة». رواه النسائي في سننه وقال ابن حجر في تلخيص الحبير: وإسناده حسن.
"Mənim gözümün işığı namazdadır"3.
-
Namaz, Allahın bəndəyə bəxş etdiyi saysız-hesabsız nemətlərə görə, Ona şükür etməyin açıq-aşkar nişanəsidir. Ona görə də Peyğəmbər dabanları çatlayana qədər namazda dayanardı. Ondan belə etməsinin səbəbini soruşduqda buyurmuşdur:
كان النبي r يقوم حتى تتفطر قدماه، فلما روجع في ذلك قال: «أفلا أكون عبدا شكورا» رواه البخاري في صحيحه ومسلم.
"Bəs şükür edən bəndələrdən olmayım?"4. Buna əsasən demək olar ki, kim namaz qılırsa Allaha şükür etdiyini göstərir. Namaz qılmayan bəndə isə ona bəxş edilən nemətlərə görə Allaha naşükürlük edir. Gecə-gündüz nemət verilən bəndə Allaha şükür etmək, Onun qarşısında baş əymək və verilən nemətləri etiraf etmək əvəzinə Ona küfr edirsə, o necə də pis və əxlaqsız bəndədir.
-
Namaz, öz sahibi üçün nurdur və o, bəndənin qəlbini işıqlandırır. Beləliklə, onun əlamətləri üzdə görünür və əzalara təsir edir. Peyğəmbər buyurmuşdur:
قال رسول اللّه r «الطّهور شطر الإيمان، والحمد لله تملأ الميزان، وسبحان الله والحمد لله تملآن ما بين السماوات والأرض، والصّلاة نور، والصّدقة برهان، والصّبر ضياء، والقرآن حجة لك أو عليك، كل النّاس يغدو، فبائع نفسه فمعتقها أو موبقها». رواه مسلم.
"Təmizlik imanın yarısıdır, əlhəmdulilləh (demək) tərəzini doldurur, sübhənallah və əlhəmdulillah göylər və yerin arasını doldurur. Namaz nurdur, sədəqə dəlildir, səbir işıqdır, Quran isə sənin lehinə və ya əleyhinə olan dəlildir. Bütün insanlar evindən çıxır. Onların bəziləri öz nəfsini satın alır və azad olur, digərləri isə öz nəfsini həlak edir"1.
-
Namaz, günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Allah taala buyurur:
{ }، (هود: 114)
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)." (Hud: 114).
Peyğəmbər isə buyurmuşdur:
وقال الرسول اللّه r «الصلوات الخمس، والجمعة إلى الجمعة، كفارة لما بينهن، ما لم تغش الكبائر». رواه مسلم.
"Beş vaxt namaz və bir cümə digər cüməyə qədər olan (kiçik) günahlara kəffarədir (bağışlanmadır). Böyük günahlar istisnadır"2.
-
Namaz, Allahın bəndələrinə olan böyük və geniş mərhəmətini bildirir. Çünki O, namazı gün ərzində beş vaxt vacib etmiş və onu günün vaxtlarına bölmüşdür. Namazların həmin vaxtlara bölünməsi özü bir gözəllikdir. Bəndə gün ərzində müxtəlif vaxtlarda Rəbbi ilə bağlaşır. Beləliklə, insan namaz vasitəsi ilə günün hər hissəsində özündən şəri dəf edir, günahlarının bağışlanmasına və dərəcəsinin yüksəlməsinə nail olur.
-
Bəndə namazla Allah yanında çox əzəmətli savablar qazanır. Əgər bir insan əlli il yaşasa və hər gün beş vaxt namaz qılsa onun qıldığı namazların sayı doxsan min (90000) namaz edər. Qiyamət günü bu qədər böyük sayda namaz ilə Allah hüzuruna gələn bəndə etdiyi hər savab əməlin on qatdan yeddi yüz qata qədər savabını alacaqdır. Belə insan qiyamət günü necə də sevincək və xoşbəxtdir. Elə bu baxımdan da müsəlman insan namazın ən böyük gözəllik, Allah taalanın mərhəməti olduğunu dərk edir və həmçinin onu bu namazlarla Öz mərhəməti və cənnətinə qovuşduracağına inanır.
-
Namaz, İslamın beş əsasını özündə cəm edir. Çünki, namazın sonunda təşəhhüd deyilir. Həmçinin namaz gündəlik zəkatdır. Namaz qılan adam vaxtının bir hissəsini namaz qılmağa sərf edir. Zəkat mal-dövləti təmizlədiyi kimi, namaz da vaxtı, insanın etdiyi günahları təmizləyir. Hədislərin birində Peyğəmbər buyurur:
قال r «أرأيتم لو أن نهراً بباب أحدكم يغتسل فيه كل يوم خمساً، ما تقول ذلك يبقى من درنه؟» قالوا: «لا يبقى من درنه شيئاً، قال: فكذلك مثل الصّلوات الخمس يمحو الله به الخطايا». رواه البخاري في صحيحه ومسلم.
"Əgər birinizin evi qarşısından çay axarsa və o həmin çayda gündə beş dəfə çimərsə, heç onda çirkdən əsər-əlamət qalarmı?! Orada olanlar dedilər: xeyr, onda çirkdən əsər-əlamət qalmaz. Peyğəmbər buyurdu: "Beş vaxt namaz da belədir. Allah taala bu namazlarla insanın günahlarını bağışlayar"1.
Bu baxımdan, çox ayələrdə namazın zəkat ilə birlikdə qeyd edilməsinin hikməti bəlli olur. Namaz əmr edildikdən sonra zəkat əmr olunur. Belə ayələr çoxdur misal olaraq bu ayəni demək olar. Allah taala buyurur:
{ }، (الحج: 78)
Dostları ilə paylaş: |