Azərbaycan diLİ “Bu gün əsl mən istədiyim bir gündür!”



Yüklə 38,37 Kb.
səhifə1/3
tarix16.12.2023
ölçüsü38,37 Kb.
#183102
  1   2   3
VI sinif 26.11


VI SİNİF MSİ-2


AZƏRBAYCAN DİLİ
Bu gün əsl mən istədiyim bir gündür!”
Bir müxbir müsahibə almaq üçün 102 yaşlı qocanın yanına getdi və ondan ilk sual kimi bu qədər uzun yaşamasının səbəbini soruşdu . 1. Müxbir yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisidir . 2. “Süd-qatıq içirəm”, “Meyvə-tərəvəz yeyirəm” və s. kimi cavablar gözləyirdi . 3. Ancaq qocanın müxbirə cavabı bu idi: “ Hər gün səhər tezdən yatağımdan qalxıram. Pəncərənin qarşısına keçirəm. 4. Hava istər günəşli olsun, istər yağışlı, istər soyuq olsun, istərsə də isti . Öz-özümə deyirəm ki, Allahım, sənə şükürlər olsun! Bu gün əsl mən istədiyim gündür!”

1.Mətndə tünd-qara hərflərlə verilmiş sözün kontekstə uyğun mənasını müəyyən edin.


A)Bir sinfi (kursu) bitirərək sonrakına daxil olmaq
B)Bir şeyin yerinə başqasını tətbiq etməyə başlamaq
C)Olduğu yeri dəyişib başqa yerə çəkilmək
D)İrəlidə olmaq, ötmək

2. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?


A)Müxbir hansı məqsədlə qocanın yanına getmişdi?
B)Qoca müxbirin sualına hansı cavabı verdi?
C)Müxbir hansı qəzetdə işləyirdi?
D)Müxbir qocadan hansı cavabları gözləyirdi?

3.Hal-hazırdakı yaşadığınız ili nəzərə alaraq, qocanın neçənci ildə anadan olduğunu müəyyən edin.


A)1922-ci ildə B)1918-ci ildə
C)1900-cu ildə D)1920-ci ildə

4. Qarşısında rəqəm yazılmış hansı cümlə mətnin məzmunu ilə səsləşmir?


A)1 B)2 C)3 D)4

5. Mətndə altından xətt çəkilmiş sözü hansı ifadə ilə əvəz etmək olar?


A)uzanmaq B)durmaq
C)tullanmaq D)sürünmək

6. Uyğunluğu müəyyən edin.


1.Konkret isimlər
2.Mücərrəd isimlər
3.Həm konkret, həm də mücərrəd isimlər
a.bacılıq b.daşlıq c.qorxu
d.hava e.yuxu
A)1-a,c; 2-b,d; 3-e B)1-a,b; 2-c; 3-d,e
C)1-e; 2-c,d; 3-a,b D)1-b; 2-c,e; 3-a,e

7. Hansı cümlədə “dumanlı” sözü məcazi mənada işlənmişdir?


A)Onun dumanlı fikirləri bizi xeyli düşünürdü.
B)Bu dumanlı havada maşın sürmək çox çətindir.

C)Başı dumanlı bu dağlarda uşaqlıq xatirələrimiz var


D)Hər tərəf dumanlı idi, çoban sürünü gözdən itirmişdi.

8. Eyler-Venn diaqramına əsasən “?” işarəsi qoyulmuş hissəyə hansı fikir yazıla bilər?

aşıq biz

?

A)Omonimlik xüsusiyyəti daşıyır.


B)Yalnız leksik mənaya malikdir.
C)Məna tayları fərqli nitq hissələrinə aiddir.
D)Çoxmənalı söz kimi işlənə bilir.

9. “Xəsislik” sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin.


A)Ahəng qanuna tabedir.
B)Yalnız kar samitlər işlənmişdir.
C) Yazılışı və tələffüzü arasında iki fərqli məqam var.
D) Vurğusu son hecanın üzərinə düşür.

10. Hansı cümlədə köhnəlmiş söz işlənmişdir?


A)Ayna qarının qolundan tutaraq yanına çəkdi.
B)Şəhərin yeni pristavı bu gün gəlməli idi.
C)Alabaş ot tayasının dibində yatmışdı.

D) Taxıl zəmiləri uzaqdan insanın gözünü oxşayırdı.

11. Vurğuya görə məntiqi ardıcıllığı tamamlayın.
şaxta, burma, alın,......
A)qovurma B)nərə C)atlas D)məkan

12. Omonimliyi olan frazeoloji birləşməni müəyyən edin.


A)dilotu yemək B)cin atına minmək
C)qulaq asmaq D) ürəyi yanmaq

13. Hansı cümlədə fərqləndirilmiş sözün tələffüzü yanlışdır?


A)[Əriy] ağaclarını dərmanlamaq üçün səhər tezdən bağa getdik.
B) Nəbi [polat] dirəklərin hamısını tikintiyə
aparmaq üçün yük maşınına yığdırdı.
C) Xədicə qardakı [ayax] izlərinin hansı heyvana aid olduğunu atasından soruşdu.
D) Parkdakı ağacların gövdəsinə [əhənk] çəkirdilər.

14. Verilmiş nümunənin hansı elm sahəsinə aid olduğunu müəyyən edin.


Ağlamaq-ağı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tarixi baxımdan ağlamaq - “cığlamaq”, ağı demək-”cağu demək”, yağış -”cağış” kimi işlədilib. “Su” anlamı ilə bağlı olan belə sözlər 20-fən çoxdur: curdək, cuvar, çala, çay, çarı və s.

A) leksikologiya B) etimologiya


C) fonetika D) leksikoqrafiya

15.Sinonim cütlüyü müəyyən edin.


A) duyğu-hiss B) gözəllik-yaraşıqlı
C) dağ-qaya D) köhnə-təzə

16. Yalnız qrammatik mənası olan sözlerdir.


Və, lakin,....
A)xeyir, ucuz B)şər, kimi
C)fəqət, fayda D) üçün, amma

17. Hansı cümlədə düzəltmə isim işlənmişdir?


A) Günəş kainatda mövcud olan saysız-hesabsız ulduzlardan biridir.
B) Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir.
C) Mehdizadə çox vaxt dostunun zarafatlarına davam gətirməyib təmkinliliyini itirir.
D) Seyidin atası neçə illərdir ki, misgərliklə məşğuldur.

18. Verilmiş sözlər üçün ortaq cəhəti müəyyən edin.


qan, çirkin, şkaf
A)Omonim kimi işlənə bilirlər.
B)Çoxmənalı söz kimi işlənə bilirlər.
C)Qrammatik mənaya malikdirlər.
D)Antonimləri var.

19. Hansı sözlər həm termin, həm də ümumişlək söz kimi işlənə bilir?


1.leksika 2.isim 3.morfologiya 4.zərf
A)1,4 B)2,4 C)1,3 E)2,3

20. Hansı nümunədə antonim cütlük işlənmişdir?


A) Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.
B)Təmiz hava girməyən evə həkim girər.
C)Qocaya hörmət elə, sən də qocalacaqsan.
D)Zərgər dükanının tozu da qızıl olar.

21. Tələffüz şəkli yanlış verilmiş sözləri müəyyən edin.


1.[ürkək] 2.[pəhləvan]
3.[tələbat] 4.[soyuğ]
A)1,2 B)2,3 C)1,4 D)3,4

22. Çoxmənalı sözlər cərgəsini müəyyən edin.


A)vərəq, tərbiyə B) çanta, kamera
C)armudu, tüfəng D) ağır, kök

23. Cədvələ əsasən yanlış cavabı müəyyən edin.


Söz Antonimi
1.əyrilik. doğru
2.sağ. diri
3.gecə. gündüz
4.eniş. yoxuş
A)2,3 B)1,4 C)3,4 D)1,2

24. Verilmiş frazeoloji birləşmələrdən hansı “bərk yorulmaq, zəifləmək” mənasını ifadə edir?


A) gücü çatmaq
B)gücdən düşmək
C) gümanı gəlmək
D)gecəni gündüzə qatmaq

25. Hansı sözdə tələffüz zamanı “n-m” əvəzlənməsi baş verməmişdir?


A)[sümbül] B)[təmbəl]
C)[k’ambayn] D)[zəmbil]


Yüklə 38,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin