Surət Azərbaycan Respublikası adından



Yüklə 228,8 Kb.
Pdf görüntüsü
tarix28.12.2021
ölçüsü228,8 Kb.
#17011


İş №

 2(107)-1634/2016                                                                                            

     

surət

    

 

                                 



Azərbaycan Respublikası adından

 

 

                                                             Q 

Ə R A R D A D

 

 

23 noyabr 2016-



cı il

                                 

                                                

Şəki şəhəri

 

 

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası



 

 

 



Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Kamil İsmayıl

 

oğlu 



və Rəfiyev Rövşən Rafiq

 

oğlundan ibаrət tərkibdə



 

 

Hünmətov Zaur Adil



 

оğlunun katibliyi ilə, 

 

Şəki Rayon Məhkəməsi



nin 11 oktyabr 2016-

cı il tarixli 2(075)

-6836/2016 

nömrəli qərardadından 

iddiaçı

 

“Unibank” KB ASC tərəfindən verilmiş şikayətə



 a

çıq məhkəmə iclasında

 baxaraq 

 

M ü ə y y ə n   e t d i :

 

 

Şəki Rayon  Məhkəməsi



nin  11  oktyabr  2016-

  il  tarixli  2(075)-6836/2016 



nömrəli qərardadı

 

ilə 



iddiaçı “Unibank” KB Açıq Səhmdar Cəmiyyətinin

 

(“Unibank” KB ASC)



 

cavabdehlər Hüseynov Mirzəli 

Abbas  oğlu,  Hüseynova 

L

imon  Rəfael  qızı  və  Hüseynova  Dilarə  Yusif  qızına  qarşı  kreditin,  kredit 



faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutumanın yönəldilməsi

 

tələbinə dair iddia 



ərizəsi baxılmamış saxlanılmışdır.

  

İddiaçı



 

“Unibank”  KB  ASC

 

Şəki  Rayon  Məhkəməsi



nin  11  oktyabr  2016-

cı  il  tarixli  2(075)

-

6836/2016 



nömrəli  qərardadından  apellyasiya  şikayəti  verərək  qərardadın

 

ləğv  edilməsi



ni 

xahiş 


etmişdir.

          

Şikayət belə əsaslandırılmışdır ki

Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2016



-

cı il tarixli 2(075)

-

6836/


2016 nömrəli qərardadı aşağıda qeyd olunan səbəblərə görə qanunsuz və əsassız olduğundan 

ləğv  edilməlidir.

 

Həmin  mülki  iş  üzrə  “Unibank”  KB  ASC  məhkəməyə  göndərdiyi  iddia  ərizəsində 



ipoteka  qoyan  şəxs  Hüseynov  Abbas  Zülfəli  oğlunun  vəfat  etməsi  (10.06.2016

-

cı  il  tarixli  AR  DİN 



MAPS Şöbəsinin arayışına əsasən 26.11.2015

-

ci il tarixdə ölü



səbə


b

i ilə qeydiyyatdan çıxıb) barədə 

məlumat  əldə  etdikdən  sonra  həmin  şəxsin  cavabdeh  siyahısında  adını  qeyd  etməmişdir.  Çünki 

Hüseynov  Abbas  Zülfəli  oğlunun  vəfat  etdiyinin  bəlli  olduğu  26.11.2015

-

ci  il  tarixindən  hazırkı



 

vaxtadək təxminən 11 (on bir) aya yaxın bir müddət keçməsinə baxmayaraq onun qanun üzrə hüquqi 

varisləri olan oğlu Hüseynov Mirzəli Abbas oğlu və həyat yoldaşı Hüseynova Dilarə Yusif qızı 

ipoteka 


predmet

i  olan  miras  qalmış  əmlakla  bağlı  vərəsəlik  şəhadətnaməsi  almamışlar.  Bu  səbəbdən  vəfat 

edən  şəxsin  hüquqi  varisi  qismində  tanınmasına  dair  qərardad  qəbul  edilməsi  ilə  bağlı  nəhkəmə 

iclasında təqdim  olunmuş  ərizə isə əsassız  olaraq  bankın nümayəndəsinə geri qaytarılmış  və mülki 

işin  baxılmamış  saxlanıldığı  bildirilmişdir.  Vəfat  etmiş  şəxsin  vərəsələri  tərəfindən  vəfat  etmiş  şəxsə 

məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin 

alınması  üçün  notariat  kontoruna  müraciət  olunmaması  o  demək  deyil  ki,  həmin  əmlak  miras  kimi 

vərəsələr  tərəfindən  qəbul  edilməmişdir.  Bundan  əlavə  mülki  qanunvericiliyə  əsasən  mülkiyyətçinin 

dəyişməsindən asılı

 olmayaraq ipotekaya xitam verilmir 

və ipoteka ilə yüklü edilmiş əmlak ilk növbədə 

ipoteka  saxlayanın  maraqlarına  cavab  verməlidir  (yəni  vərəsələr  miras  qoyanın  kreditorlarının 

mənafelərini  alınmış  aktivdə  özlərinin  hər  birinin  payına  mütənasib  surətdə  birgə  borclu  kimi  tam 

ödəməyə borcludurlar). İş üzrə ərizənin baxılmamış saxlanılması isə iddiaçı bankın öz hüquqlarından 

istifadə  etməsini  məhdudlaşdırır.  Ona  görə  də  iş  üzrə  iddia  tələbinə  baxılması  üçün  kifayət  qədər 

əsaslar  mövcuddur  və  mülkiyyətçinin  kimliyindən  asılı  olmayaraq  qanunvericiliyin  tələblərinə  uyğun 

olaraq borclu şəxsdən kredit borcu tutulmalı, borcun tutulması isə ipoteka ilə yüklü edilmiş əmlaklara 

yönəldilməlidir.

  

Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2016



-

cı il tarixli 

2(075)-6836/2016 

nömrəli


  

qərardadı ilə 

iddiaçı  “Unibank”  KB  ASC

-in 


Şəki  Rayon  Məhkəməsinin  11  ok

tyabr  2016-

cı  il  tarixli  qərardadından

 

verdiyi 



şikayə

təmin  edilməmiş  və  şikayət  baxılması  üçün



 

mülki  işlə  birgə

 

Şəki  Apellyasiya 



Məhkəməsinə göndərilmişdir.

 

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hüseynov Mirzəli Abbas oğlu



 

şikayətin 

təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2016

-

cı il tarixli 2(075)



-6836/2016 

nömrəli 


qərardadının

 

dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.



  


 

Məhkəmə  kollegiyasının  iclasının  vaxtı  və



 

yeri  barədə  lazımi  qaydada  xəbərdar  edilmələrinə

 

baxmayaraq 



iddiaçı  “Unibank”  KB  ASC  və

 

digər



  cavabdeh

lər


 

s



eynova  Limon  Rəfael  qızı  və 

Hüseynova Dilarə Yusif qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri 

barədə  məhkəmə  kollegiyasına  məlumat  verməmişlər

Məhkəmə  kollegiyası  Azərbаycаn



 

Respublikаsının

  M

ülki 


Prosessual  M

əcəlləsinin 

376.2-

ci  mаddəsinə  əsаsən  işə  onların



 

iştirakı 

olmadan baxılmasını mümkün hesab etmişdir.

 

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir 



ki, 

iddiaçı  “Unibank”  KB  ASC

 

tərəfindən  verilmiş  şikayət  təmin  edilməməli  və  Şəki  Rayon 



Məhkəməsi

nin  11  oktyabr  2016-

cı  il  tarixli  2(075)

-6836/2016   

nömrəli

 

qərardadı



 

və  həmin 

qərardaddan  verilmiş  şikayətin  təmin  edilməməsi  barədə 

27  oktyabr  2016-

cı  il  tarixli

 

qərardadı 



dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

    


İş  materiallarında  olan,  iddiaçı  “

Unibank


 

KB  ASC  tərəfindən  məhkəməyə  təqdim  edilmiş  22 



aprel  2016-

cı  il  tarixli  PKKİED/9168  saylı  ipoteka  predmetinə  məhkəmə  qaydasında  tutmanın 

yönəldilməsi  haqqında  bildirişin  ipoteka  qoyan  Hüseynov  Abbas  Zülfəli  oğluna  çatmasına  dair  poçt 

qəbzində


görünür ki, həmin bildiriş 26 aprel 2016

-

cı il tarixdə Hüseynov Abbas Zülfəli oğluna təqdim 



edilmişdir.

 

İş  materiallarında



 

olan  məhkəmə  sorğusu  əsasında  Şəki 

R

ayon  Qeydiyyat  Şöbəsi  tərəfindən 



göndərilmiş 06 oktyabr 2016

-

cı il tarixli arayışdan görünür ki, Hüseynov Abbas Zülfəli oğlu



 22 oktyabr 

2015-


ci il tarixdə vəfat etmişdir.

 

Göründüyü kimi, ipoteka qoyan



 

Hüseynov Abbas Zülfəli oğlu 22 oktyabr 2015

-

ci il tarixdə vəfat 



etdiyi halda, bun

dan 6 ay sonra, yəni 26 aprel 2016

-

cı il tarixdə iddiaçı “Unibank” KB ASC tərəfindən 



göndərilən  ipoteka predmetinə məhkəmə qaydasında  tutmanın  yönəldilməsi  haqqında bildirişi

 

qəbul 



edə bilməzdi.

 

Azərbaycan  Respublikasının



  MPM-in  259-

cu  maddəsinə  əsasən

məhkəməyə  müraciət  etmiş 



iddiaçı  mübahisənin  qabaqcadan  məhkəmədən  kənar  (pretenziya  qaydasında)  həll  edilməsi 

barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında 

müqavilə  ilə  nəzərdə  tutulmuş  qaydaya  əməl  etməmişsə  və  bu  qaydanı  tətbiq  etmək  imkanı 

itirilməmişsə;  ərizə  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  tərəfindən  verilmişsə;  ərizə  imzalanmadıqda, 

yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; eyni 

tərəflər  arasında,

 

eyni  predmet  barəsində  və  eyni  əsaslarla  mübahisə  üzrə  iş  həmin  və  ya  digər 



məhkəmənin icraatında varsa; qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər 

məhkəməsində  baxılması  üçün  müqavilə  bağlanmışsa  və  işə  mahiyyəti  üzrə  baxılmasından  əvvəl 

mübahisənin  məhkəmədə  həll  edilməsinə  dair  cavabdeh  tərəfindən  etiraz  daxil  olarsa;  işə  onların 

iştirakı olmadan baxmağı  xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan 

baxmağı  xahiş  etməmiş  iddiaçı  məhkəmənin  birinci  çağırışına  gəlmədikdə,  cavabdeh  isə  işin 

mahiyyəti  üzrə  baxılmasını  tələb  etmədikdə;  qanuna,  digər  normativ  hüquqi  akta  və  müqaviləyə 

əsasən  bank  və  kredit  müəssisəsi  vasitəsi  ilə  almalı  olduğu  halda  iddiaçı  cavabdehdən  borcun 

alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; dövlət qeydiyyatından 

imtina  edilməsi,  yaxud  boyun  qaçırılması  barəsində  ərizələrə  baxıldıqda  hüquq  haqqında  mübahisə 

yarandığı  aşkar  edilərsə;  hüquqi  əhəmiyyətli  faktların  müəyyən  edilməsi  barəsindəki  ərizələrə 

baxıldıqda  hüquq  haqqında  mübahisə  yarandığı  aşkar  edilərsə;  iddia  ərizəsinin  qaytarılması 

barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

 

ərizə bu 



Məcəllənin  149

-

cu  maddəsində  nəzərdə  tutulmuş  tələblər  göstərilmədən,



 

eləcə  də  bu  Məcəllənin 

150.0.1-150.0.3-

cü  maddələrində  göstərilən  sənədlər  əlavə  edilmədən  verildikdə  iddiaçı  hakim 

tərəfindən  müəyyən  edilmiş  müddətdə  işin mahiyyəti  üzrə  baxılmasına  və  həll  edilməsinə  maneçilik 

törədən həmin

 

nöqsanları aradan qaldırmadıqda



 

ərizə baxılmamış saxlanılır.

 

İş

 



materiallarından

 

görünür ki, “Unibank” KB ASC ilə Hüseynov Mirzəli Abbas oğlu



nun 

arasında


 

bağlanmış

 15.09.2011-ci il tarixli 

23EM/11 nömrəli əsas kredit müqaviləsinə əsasən bank

 

tərəfindən



 

borcalana  15.09.2016-

cı  il  tarixədək  qaytarmaq  şərti  ilə  21700  (iyirmi  bir  min  yeddi  yüz)  manat 

məbləğində  kredit  ver

il

mişdir.


 

“Unibank”  KB  ASC  ilə  Hüseynov  Abbas  Zülfəli  oğlu  və  üçüncü  şəxs 

qismində Hüseynov  Mirzəli Abbas oğlu arasında bağlanmış 15.09.2011

-ci  il  tarixli  23EM

i/11 nömrəli

 

ipoteka müqaviləsinə əsasən



 

Hüseynov Abbas Zülfəli oğluna məxsus olan və ipoteka

  predmeti  kimi 

çıxış  edən  Şəki  şəhəri

 

Bəxtiyar  Məmmədov  küçəsi  dalan  1



-

də  mülkiyyətində  olan  0,04  ha  torpaq 

sahəsi və həmin sahədə yerləşən 3 nömrəli

 

1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur.



 11 

dekabr  2014-

cü  il  tarixli,  19EMk/14  nömrəli  əlavə  kredit  müqaviləsinə  əsasən  bank  tərəfindən 

borcalana 

verilmiş  kreditin  məbləği

 

25000  (iyirmi  beş  min)  ABŞ  dolları  təşkil  edir.  Kredit  21  ay 



müddətinə, 11.09.2016

-

cı il tarixədək illik 23 % faiz ödəmək şərtilə verilmişdir.



  

“İpoteka  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  33

-

cü  maddəsinə  əsasən 



borclu 

əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi 

üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

 



 

Həmin  Qanunun 



36.2.3-

cü  maddəsinə  əsasən

ipoteka  predmetinə  tutmanın  yönəldilməsi 



haqqında  bildirişdə 

 

məhkəməyə  müraciət  edilmədən  ipoteka  predmetinə  tutmanın  yönəldilməsinin 



ipoteka  müqaviləsində  nəzərdə  tutulduğu  və  ya  ipoteka  kağızının  verildiyi  hallar  istisna  olmaqla, 

məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında 

razılaşmanın  təsdiq  edilməsi  barədə  təklif  və  ya  ipoteka  predmetinə  notariusun  icra  qeydi  və  ya 

məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq öz əksini tapmalıdır. 

 

Məhkəmə  kollegiyası  qeyd  edir  ki,  Hüseynov  Abbas  Zülfəli  oğlu  22  oktyabr  2015



-

ci  il  tarixdə 

vəfat  etdiyindən  ipoteka  qoyanın  varisləri  müəyyən  edilməli

 

olduğu  halda



iddiaçı  yuxarıda 

qeyd 

olunan 


qanunvericilik  normasında

 

nəzərdə  tutulmuş  işin  məhkəməyə  qədər  həlli  proseduruna  əməl 



etməmiş,  bu  barədə  ipoteka  qoyanın  varislərini  məlumatlandırmamışdır.

 

Bu  iş  materiallarına  əlavə 



edilmiş 22.04.2016

-

cı il tarixli PKKİED/9169 nömrəli ipoteka predmetinə məhkəmə qaydasında tutma 



yönəldilməsi barədə bildirişdən də görünür.

 

MPM-in 149.2.4-



cü maddəsinə əsasən

müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla 



bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama 

salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir.

 

Həmin Məcəllənin 150.0.7



-

ci maddəsinə görə,

 

müqavilə ilə və ya həmin kateqoriya mübahisələr 



üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə

 

qədər və ya pretenziya 



qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir.

 

Göründüyü  kimi  tərəflər  arasıda  bağlanmış  ipoteka  müqavilsinə  əsasən  cavabdeh  Hüseynov 



Abbas Zülfəli oğlunun mülkiyyətində olan Şəki şəhəri Bəxtiyar Məmmədov küçəsi dalan 1 ünvanında 

yerləşən 3 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi iddiaçı “Unibank” KB ASC

-

in  xeyrinə  ipoteka  ilə  yüklü  edilmişdir.  İddiaçı  “Unibank”  KB  ASC  cavabdehlə  arasında  bağlanmış 



kredit 

müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini, cavabdehlərin isə öz üzərlərinə düşən 

öhdəlikləri icra etməmələrini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 

Lakin  iddiaçı  “Unibank”  KB  ASC  məhkəməyə  müraciət  etməmişdən  əvvəl,  İpoteka  Haqqında 

Azərbaycan  Respublikası  Qanununun  36.2.3

-

cü  maddəsində  nəzərdə  tutulmuş  mübahisənin 



məhkəməyə  qədər  həlli  proseduruna  əməl  etməmiş,  ipoteka  qoyanın  varisini  (varislərini)  müəyyən 

etməmiş,  ipoteka  predmetinə  tutmanın  məhkəmə  qaydasında  yönələcəyini  əks  etdirən  xəbərdarlığı 

ipoteka  qoyanın  varisinə  (varislərinə)  göndərməmişdir.  İddiaçı  işin  qabaqcadan  mə

hk

ə



m

ə

d



ə

n  k


ə

nar 


(pretenziya) h

ə

ll edilm



ə

si proseduruna 

ə

m

ə



l etm

ə

s



ə

 d

ə



bu qaydanı tə

tbiq etm

ək imkanı itirilməmişdir. 

 

Məhkəmə  kollegiyasına  görə,  birinci  instansiya  məhkəməsi  iddia  ərizəsini  baxılmamış 



saxlamaqla  düzgün  nəticəyə  gəlmişdir.  İddiaçının  şikayəti  əsassız  olduğuna  görə,  təmin 

edilməməlidir.

 

MPM-in  398.0.1-ci 



maddəsinə  əsasən,  apellyasiya  instansiyası  məhkəməsinin  şikayətə  baxıb 

qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin

Ona  görə  də  məhkəmə  kollegiyаsı  hesаb  edir  ki,  şikayətin  dəlilləri  əsassız



 

olduğundаn  təmin 

edilməməli

Şəki  Rayon  Məhkəməsi



nin  11  oktyabr  2016-

cı  il  ta

rixli  2(075)-6836/2016 

nömrəli


 

qərardadı  və  həmin  qərardaddan  verilmiş  şikayətin  təmin  edilməməsi  barədə 

27  oktyabr  2016-

cı  il 


tarixli 

qərardadı

 

dəyişdirilmədən saxlanılmalıdır



Göstərilənlərə  əsasən  və 

MPM-in  263-264,  397-398,  400,  402-406-c

ı

 



maddələrini  rəhbər 

tutaraq, 

məhkəmə kollegiyası

 

 



Q ə r a r a  a l d ı

 : 

 

İddiaçı



  

“Unibank” KB ASC

 

tərəfindən verilmiş şikayət təmin edilməsin



Şəki Rayon Məhkəməsi

nin  11  oktyabr  2016-

cı il tarixli 2(075)

-6836/2016 

nömrəli qərardadı

 

və 


həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi barədə 

27 oktyabr 2016-

cı il tarixli

 

qərardadı



 

dəyişdirilmədən saxlanılsın

.  

Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir.



 

Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyas

i

ya Məhkəməsi 



vasitəsi ilə Аzərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

 

Qərardad  ondan  şikayət  vermək  hüququna  malik  olan  şəxslərin  yanında  elan  edilmişdirsə, 



şikayət vermə müddəti qərardadın e

lan o


lunduğu vaxtdan hesablanır.

 

 



 

 

Sədrlik edən: imza var



 

 

Hakiml



ər: imzalar var

              

                       

   


Düzdür

 

  



Hakim                                                              

Gündüz Abbasov



 

Yüklə 228,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin