İXTİsas- menecment iXTİsaslaşma- strateji İdarəetmə



Yüklə 115,99 Kb.
səhifə1/3
tarix03.05.2023
ölçüsü115,99 Kb.
#106925
  1   2   3
UNEC 1683106069



AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ
İXTİSAS- MENECMENT
İXTİSASLAŞMA- STRATEJİ İDARƏETMƏ
FƏNN- TƏŞKİLATİ DAVRANIŞ
MÖVZU- QURUMLARDA KORPORATİV SOSİAL MƏSULİYYƏT VƏ
TƏŞKİLATİ DAVRANIŞA TƏSİRLƏRİ
MÜƏLLİM- CƏBRAYIL VƏLİYEV
TƏLƏBƏ- ƏLİ ASLANLI
QRUP- 212
BAKI-2022


PLAN:

  1. Korporativ sosial məsuliyyətə müxtəlif ölkələrdə fərqli yanaşmalar

  2. Qurumlarda korporativ sosial məsuliyyət tədbirləri

  3. KSM-in şirkətlərdə təşkilati davranışa təsirləri



Korporativ sosial məsuliyyətə müxtəlif ölkələrdə fərqli yanaşmalar
Korporativ sosial məsuliyyət şirkətlərdə əmək münasibətlərinin, o cümlədən cəmiyyətin və ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Bu zaman iqtisadi maraqlar ön planda olmur. KSM strategiyasını uğurla tərtib edən bir şirkət, xalqdan inam və etibarı təmin etmiş sayılır. KSM-ə malik bir şirkətə nəzər saldıqda belə bir mənzərə canlanır. O, həmişə istehlakçılarını düşünür, cəmiyyətin maraqlarına diqqət yetirir. Şirkətlərdə korporativ sosial məsuliyyətin inkişafına bir çox amillər təsir edir. Burada hüquqi tənzimləmələrin olması, ictimai fikrin formalaşması və digər amillərin rolu xüsusilə qeyd edilməlidir. Yəni, KSM şirkətin cəmiyyətə qarşı nə dərəcədə maraqlı olduğunu və onların kommersiya maraqları ilə yanaşı, cəmiyyətə olan marağınında olduğunu göstərir. Bütün bu amillər ölkələrdə biznes-cəmiyyət münasibətlərinə öz təsirini göstərir.
KSM tədbirlərinə müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur. Bəzi ölkələrdə bununla bağlı qanunvericilik bazası formalaşıb, bəzilərində KSM tədbirlərinə nəzarət etmək üçün xüsusi qurumlar yaradılıb, bəzilərində isə könüllü olaraq həyata keçirilir. Daha dəqiq yanaşmaların olmasına baxmaq üçün bir neçə ölkənin KSM tədbirlərinin keçirilməsi prosesinə nəzər salaq. Korporativ sosial məsuliyyət xüsusiyyətlərinə görə ölkələr üzrə modellərə bölünür.
Korporotiv Sosial Məsuliyyətin Amerika modeli liberal model hesab edilir. Amerikan modelinin özəlliyi ondan ibarətdir ki, bu model yüksək dərəcədə öz-özünü tənzimləməyə malikdir. Sosial məsuliyyət məsələlərində korporasiyanın davranışını nəzərdə tutan hüquqi normalar çox azdır və onlar hər şeydən əvvəl vergi güzəştləri və hesabları vasitəsilə qanunverici həvəsləndirməyə aiddirlər.
Britaniya modeli üçün bu xüsusiyyətlər xarakterikdir:

  • KSM sayəsində müstəqil konsaltinq sektorunun fəal inkişafı;

  • KSM sahəsindəki lahiyələrə maliyyə sektoru tərəfindən yaxın olan diqqət;

  • KİV-ə artan maraq;

  • KSM sahəsində müxtəlif təlim kurslarının böyük sayı.

Korporotiv Sosial Məsuliyyətin Alman modeli mühafizəkar model hesab edilir. Bu zaman əsas təmas auditoriyası kimi hər şeydən əvvəl müəssisənin əməkdaşları çıxış edirlər. Almaniya müəssisələrinin işçiləri ən təhlükəsiz və rahat əmək şəraitinə malikdirlər, mümkün ola biləcək özbaşınalıqdan müdafiə olunurlar, onların ən geniş hüquq və azadlıqları təmin olunur, əməyin mühafizəsi sistemi uğurla tətbiq edilir.
Alman müəssisəsi o zaman özünü sosial məsuliyyətli müəssisə adlandıra bilir ki, onun rəhbərliyi

  • iş yerində rahat mühitin yaradılması üçün çalışırsa,

  • gənc mütəxəssislərin təlimi üçün yerlər yaradırsa,

  • heyətin hüquqlarını pozmursa,

  • tarif müqaviləsinə uyğun olaraq əmək haqqını ödəyirsə,

  • ailəli əməkdaşlarla münasibətdə dostluq siyasəti aparırsa, öz kadrlarının ixtisasının artırılmasına çalışırsa,

  • ətraf mühitə zərər vermədən ekoloji normalar çərçivəsində çalışırsa

Fransa modeli də mühafizəkar model hesab olunur. Fransada 2001-ci ildə sosial və ətraf mühitin inteqrasiyasını ümumiləşdirməyə imkan verən sosial məsuliyyət tədbirləri ilə bağlı Qanun qəbul edildi. Qanunun icrası ilə bağlı hesabatda aşağıdakı məsələlərə dair məlumatlar qeyd edilməli idi:

  • işçilərin vəziyyəti,

  • heyətin səfərbərliyi,

  • iş vaxtı,

  • sosial münasibətlər,

  • sağlamlıq və təhlükəsizlik,

  • gəlirlərin bölüşdürülməsi

  • cəlb olunan heyətin sayı

2001- ci ildə qəbul edilən Qanun daha çox tövsiyə xarakterli idi. Yəni, şirkətlər tərəfindən KSM tədbirlərinin keçirilməməsinə görə hər hansı sanksiya və cəza təbdirləri nəzərdə tutulmurdu. Ancaq 2009-cu ildən belə hesabatların təcrübəsi istisnasız olaraq bütün şirkətlər üçün məcburi olmuşdur.
Azərbaycanda şirkətlərin sosial fəaliyyətlə bağlı səviyyəsi dünya ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır. Sovet İttifaqı tərkibində olmuş digər dövlətlər kimi Azərbaycanda da kollektiv sistemin tətbiqi, dövlətin özəl bizneslərə yaratdığı maneələr və qoyduğu qadağalar bu sahənin inkişafdan qalmasına səbəb olmuşdur. Ancaq yeni dövrə nəzər salsaq, görərik ki, Azərbaycanda artıq demək olar ki, böyük şirkətlərin əksəriyyəti KSM layihələrinə diqqət ayırırlar. Lakin bu o qədər də bizim ölkə üçün aktual məsələ sayılmır. Çünki, bu anlayış dünya şirkətlərində standart hal alıbsa da, bizim ölkə üçün hələ çox təzədir. Şirkətlərimizin əksəriyyəti bunu xeyriyyəçiliklə qarışdırır. Bir çoxu isə gördükləri işləri gizli saxlayır. Lakin əgər söhbət KSM-dən gedirsə, hər görülən iş cəmiyyətə təqdim olunmalıdır. İnsanlar bilməlidir ki, sən varsan və onları düşünürsən.


Yüklə 115,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin