İXTİsas- menecment iXTİsaslaşma- strateji İdarəetmə


Qurumlarda korporativ sosial məsuliyyət tədbirləri



Yüklə 115,99 Kb.
səhifə2/3
tarix03.05.2023
ölçüsü115,99 Kb.
#106925
1   2   3
UNEC 1683106069

Qurumlarda korporativ sosial məsuliyyət tədbirləri

Dünyanın aparıcı şirkətləri və Azərbaycan şirkətləri tərəfindən keçirilən korporativ sosial məsuliyyət tədbirlərinə nəzər salaq.


Bir brend olaraq, “Coca Cola” üçün davamlılıq (sustainability) böyük əhəmiyyət kəsb edir. İqlim, kənd təsərrüfatı, qablaşdırma, məhsul keyfiyyəti onun üçün önəmli sahələrdir. Bu şirkət “tullantısız dünya” şüarı ilə hərəkət edir. Məqsədləri isə hər butulkanı toplamaq və yenidən emal edərək qablaşdırmalarını 100% təkrar emal edilə bilər hala gətirməkdir. Onlar həmçinin su ehtiyatlarını nəzərə alaraq, içkilərini hazırlayarkən istifadə etdikləri suyu da əvəzləməyi hədəfləyirlər. Coca Cola şirkətinin digər hədəfi isə 2030-cu ilədək “karbon ayaq izi”ni 25% azaltmaqdır.
“Mothercare” Qlobal Brend beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına hörmət etməyi və aşağıdakıları təmin edən təchizatçılarla tərəfdaşlıq etməyi öz öhdəsinə götürüb:

  • işçiləri üçün layiqli, təhlükəsiz və ədalətli iş şəraiti təmin etmək;

  • işçilərə ləyaqət və hörmətlə yanaşmaq;

  • onların fəaliyyətlərinin ətraf mühitə təsirini azaltmaq;

  • biznes etikasına güclü bağlılıq nümayiş etdirmək.

“Mothercare” həmçinin, su və torpağın çirkləndirilməsini azaldan əməliyyat proseslərinin layihələndirilməsi üzərində işləyir.
“Adidas” həm özünün həm də tədarükçülərinin istixana qazı tullantılarını 2017-ci ilə nisbətən 2030-cu ilə qədər yüzdə 30 azaltmağa və 2050-ci ilə qədər iqlim bir-tərəfliyinə çatmağı öhdəsinə götürdü. Eyni zamanda,adidas su səmərəliliyinin və key-fiyyətinin idarə edilməsi ilə bağlı tədbirlər həyata keçirmişdir.Daim böyüyən su çatış-mazlığı problemini həll etmək üçün bir yanaşma hazırlamışlar. 2020-ci ilədək hər bir işçi başına su istifadəsini 35% azaltmağı və strateji tədarükçülərində su intensiv-liyini 20% azaltmağı hədəfləmişdir.
“Chanel” brendi tullantıları azaltmaq və bərpa olunan mənbələrdən istifadə etmək üçün uzunmüddətli öhdəlik götürmüşdür. İddialı proqram Chanel biznesinin bütün sahələrini, o cümlədən pərakəndə satış, təchizat zənciri və podium nümayişləri kimi tədbirləri əhatə edir. O, dörd əsas məqsəd ətrafında cəmlənir:
1) bütün əməliyyatlar üzrə karbon emissiyalarını azaltmaq;
2) 2025-ci ilə qədər 100 faiz bərpa olunan elektrik enerjisinə keçid;
3) qalıq karbon emissiyalarını kompensasiya etmək;
4) iqlim dəyişikliyindən ən çox təsirlənən icmalarla işləmək yolu ilə iqlim
dəyişikliyinə uyğunlaşmanı maliyyələşdirmək
Fransanın RATP, Régie Autonome des Transports Parisiens (Paris nəqliyyatının özünüidarəetməsi) nəqliyyat şirkəti 2018-ci ildə "Let's stay human on public transport", yəni "ictimai nəqliyyatdə insan kimi hərəkət edək" adı ilə KSM layihəsi keçirib. Aşağıda qeyd olunan şuarlarla nəqliyyatda, metrolarda olan insan davranışları məsələlərinə diqqət yetirilmişdir.

  • Böyük çantalarla səyahət etmək digər insanları narahat etməyə əsas vermir.

  • Qapıların qarşısında dayanmaq digər insanların minik qatarlarını tərk etməsinə mane olur

  • Eskalator cütlüklər üçün yer deyil.

  • Nəqliyyat vasitəsini çirləndirməyin, növbəti gün yenə oturmalı olacaqsınız

  • Qapıların bağlanmasına mane olmaqla siz digər sərnişinlərin də gecikməsinə şərait yaradırsınız.

Azərbaycan nümunəsinə baxıldıqda 19-cu əsrin sonunda H.Z.Tağıyev, M. Nağıyev kimi neft maqnatları tərəfindən görülən xeyriyyəçilik tədbirlərini qeyd etmək lazımdır. Bu xeyriyyəçilik tədbirləri sosial məsələlərin həllinə yönəlmişdi:Təhsil sahəsinə, xüsusilə məktəblərin tikintisinə, o cümlədən azərbaycanlı gənclərinin təhsil almaq üçün Avropa universitetlərinə göndərilməsinə diqqət ayrılmışdır. Yeni dövrün şirkətləri tərəfindən də bu ənənə davam etdirilməkdədir.
"Gilan Holdinq" KSM öhdəliyinin bir hissəsi kimi müəyyən edilən ətraf mühitə maksimum ziyan vurmadan fəaliyyət göstərmək elementinə xüsusi diqqət yetirir.
"Gilan Holdinq" öz istehsal fəaliyyətini təbii resursların istifadəsini minimuma endirən şəraitdə qurur. Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir.
“Bakcell” şirkəti bir sıra yerli və beynəlxalq qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir. Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin, aztəminatlı ailələrdən olan gənclərin və digər həssas əhali qrupların nümayəndələrinin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Həmçinin, qadınların liderlik bacarığının artırılması da Bakcell şirkətinin KSM strategiyasının mühüm hissəsidir.
Ölkəmizdə korporativ sosial məsuliyyət tədbirlərinin keçirilməsinə töhvə verən sektorlardan biri də bank sektorudur. Xüsusilə burada “Paşa Bank”, “Kapital Bank”, “Beynəlxalq Bank” adını qeyd etmək olar. Çünki, bank sektorunda aparıcı banklardan olan bu qurumlar istər sosial sahədə, istərsə də tələbələrin təhsil almaları üzrə çoxsaylı KSM tədbirləri keçiriblər. Hətta PAŞA Bank “Avropada ən yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı” nominasiyasında Avropa mükafatına sahib olub.
Ölkədə keçirilən KSM tədbirlərinə nəzər salsaq görərik ki, banklarımızın KSM layihələrinin böyük bir qismi demək olar ki, uşaqlara yönümlüdür. Əlbəttə, bu sahəyə diqqət yetirilməsi çox sevindirici haldır. Lakin, korporativ sosial məsuliyyət sadəcə uşaqlara yönümlü bir siyasət deyil. Buraya cəmiyyətin bütün problemləri, ekosistemin qorunması kimi layihələrin toplusu daxildir.
Bankların KSM fəaliyyətlərində diqqətimi çəkən bir digər nüans isə, bu yöndə hazırlanan işlərin demək olar ki, əksəriyyəti xüsusi günlər və ya bayramlar ərəfəsində hazırlanıb. Təbii ki, KSM üçün sırf bayram və ya xüsusi günləri gözləmək lazım deyil.
Hər halda ümid etmək olar ki, bir neçə il sonra bu siyahı yetəri qədər uzun olacaq. Hər halda KSM missiyasını anlayıb, həyata keçirmək iqtisadi bazarda xüsusi bir canlanma yaradacaqdır. 



Yüklə 115,99 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin