Fənn: Menecment İxtisas: İqtisadiyyat



Yüklə 76,42 Kb.
səhifə1/2
tarix21.01.2023
ölçüsü76,42 Kb.
#80025
  1   2

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Ad:Aytən
Soyad:Musayeva
Universitet:Mingəçevir Dövlət Universiteti
Fakültə:İqtisadiyyat ve idarətmə
Kafedra:İqtisadiyyat
Qrup: i20.2(Q)
Müəllim: Nuran Cəfərov
Fənn:Menecment
İxtisas: İqtisadiyyat
Mövzü:Menecer kadrlarının hazırlanması
Menecer kadrlarının hazırlanması
Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur. Həmin işlər əsas menecment funksiyaları olaraq 4 cür qruplaşdırılır:
1. Planlaşdırma və qərar qəbuletmə – şirkət üçün hədəflərin eləcə də hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.
2. Təşkiletmə – şirkətin resurslarının düzgün yönəldilməsi və prosedurların formalaşdırılmasıdır.
3. Liderlik – şirkətin ümumi məqsədinə çatmaq üçün işçi heyətinin motivasiya edilməsidir.
4. Nəzarət – şirkətin ümumi məqsədinin doğru olub olmamasının yoxlanılması, lazım gəldikdə isə müdaxilə edilməsidir.
Menecment prosesini həyata keçirən şəxs menecer adlanır. Sahibkar (vaxtını və pulunu biznesi üçün riskə qoyan şəxs) biznesi özü idarə etmədikdə menecerə ehtiyyac yaranır. Menecerin vəzifəsi mövcud resursları effektiv və səmərəli şəkildə istifadə etməklə şirkətin məqsədlərinə çatmaqdır. Bunun üçün menecerin istifadəsində 4 cür resurs olur:
1. Maliyyə – pul ekvavalentləri, qiymətli kağızlar
2. Fiziki – avadanlıqlar, maşınlar
3. İnformasiya – hesabatlar, uçot sənədləri, əmrlər
4. İnsan – işçilər
Menecerlər vəzifələrindən asılı olaraq menecment funksiyalarını müxtəlif dərəcədə həyata keçirirlər. Yəni, yüksək vəzifəli (top) menecerlərin işinin əsas hissəsini planlaşdırma və nəzarət funksiyaları təşkil etdiyi halda, aşağı vəzifəli menecerlərin işinin əsas hissəsini isə təşkiletmə və liderlik funksiyaları təşkil edir.
Ümumi menecer xüsusiyyətləri: özünə inamambisiya (lovğalıq), vizyon (görmə qabiliyyəti), risk edə bilməkçeviklikrəqabətcil olmaqözünü tənqidi bacarmaqliderlik;

Yüklə 76,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin