“Təsdiq edirəm”
SOCAR-ın Karbamid zavodunun
Direktor müavini
Q.Soltanov
“____” ______________2020-ci il.
Karbamid zavodu Karbamid və Ammonyak istehsalı sahəsi üzrə
İşə buraxma (Start-Up) ardıcıllığı
I.Ammonyak bölməsi
QEYD: Bu ardıcılıq qurğuların işə buraxılması zamanı yerinə yetiriləcək əməliyyatların əsas hissəsini təşkil edir
Texnoloji əməliyyatlar tam detallı formada göstərilməyib.
1.Ümumi
- Bütün təmir və sınaq sazlama işləri tamamlanmalıdır.
- Köməkçi qurğular sahəsi tam istismar halında olmalıdır.
2. Birinci riformerin qızdırılması və N2 sirkulyasiyası:
-Qazanxananın qəbul suyu nasosu(A-P-701A\B) işə buraxılır və buxar qazanında (A-V-201) səviyyə yaradılır. Birinci reformer,ikinci reformer və yüksək temperaturlu CO konvertoru birgə N2 ilə təzyiqləndirilir və AK203 üfürücüsü işə buraxılması ilə 30000kg/saat sərfiyyatla N2 sirkulyasiyası başladılır.
-AK201,AK202 üfürücüləri işə salınması ilə birinci reformer sobasında -5mm s.s təzyiqlə 100000 kg/saat yanma havası sərfiyyatı yaradılır. Bütün odluqlar kiplik sınağından keçirilir. Odluqların cədvəl üzrə yandırılmasına başlanılır.Birinci reformerdə temperature saatda 30®C olmaqla birinci reformerin çıxışında 400-450® C-ə çatdırılır.Bu müddət ərzində təbii qaz kompressoru start olunur.Kükürdsüzləşdirmə bölməsi saatda 50®C olmaqla 300®C-ə kimi qızıdırılır.
Dostları ilə paylaş: |