-İlkin olaraq stripperdə səviyyə yaradılır və buxarın stripperə verilməsi ilə qarışma nöqtəsindəki 2 inclik atmosfer xətti açılaraq qızdırılır.Stripperə normal buxar və kondensat sərfiyyatı yaradılır.Stripperdən çıxan buxar birinci refomerə verilir və Proses kondensatından analiz götürülür CO2/metanol/Ammonyak ˂20/10/10 ppm və elektrikkeçiricilik ˂10-20µs/cm saxlanılır.
12. Ammonyak soyutma sistemi:-Bütün çilerlərdə ammonyak saxlama çənindən daxil olan 2 inclik xətt vasitəsilə maye ammonykla səviyyə yaradılır.AV504 akkumluyatorunda əvvəlcədən N2 ilə 4-5 bar təzyiq yaradılır ki, doldurma zamanı buxarlanma çox olmasın. N2 AV504 akkumliyatorundan üfürülməklə çıxarılır.Bundan sonra Ammonyak soyutma kompressoru (AK441) aşağı məhsuldarlıqla istismara verilir.