Q. Soltanov “ ” 2020-ci IL. Karbamid zavodu Karbamid və Ammonyak istehsalı sahəsi üzrə


Ammonyak bərpası bölməsinin istismarı



Yüklə 25,38 Kb.
səhifə9/17
tarix02.01.2022
ölçüsü25,38 Kb.
#37425
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Ammonia and Urea START UP

14. Ammonyak bərpası bölməsinin istismarı:

-AC601/602 Absorberlərində və AC603 distillə kalonunda nasoslar və kalonun öz təzyiqi vasitəsilə mineralsızlaşdırılmış su sirkulyasiyası yaradılır. Sintez bölməsindən üfürülən qazlar və inert qazlar kalonlara verilir aparatlarda təzyiq istismar təzyiqinə çatdırılır. AC603 distillə kalonunun riboylerinə buxar açılır. Kalonlarda ammonyakdan ayrılan qazlarda ammonyakın konsentrasiyası analiz olunur və normal olduqdan sonra həmin qazlar birinci reformerə ikinci dərəcəli yanacaq kimi verilir.




II. Karbamid bölməsi
Karbamid qurğusu ilk öncə 0 (sıfır) mərhələdən ilkin işə qoşulan zaman daxilində olan bölmələrin qoşulma ardıcıllığı:
I. Ərinti karbamidi bölməsinin qoşulması
II. Ərinti karbamidi bölməsinin "buxarlandırma" hissəsinin qoşulması.
III. Dənəvərləşdirmə bölməsinin qoşulması.
Ərinti bölməsi ilkin olaraq işə qoşulub dayandıqdan sonra müəyyən miqdar ərinti karbamidi, karbamid saxlanma çənində (U-T-302) yığılıb qalır. Bu zaman ərinti bölməsi qoşulmazdan əvvəl, ərinti saxlanma çənində (U-T-302) səviyyənin olması və ərintinin çəndə qalma müddətinin artması biuretin formalaşmasına başlıca səbəbdir. Bu səbəbdən ərinti bölməsinin buxarlandırma hissəsi ilkin işə qoşularaq, Dənəvərləşdirmə bölməsinə ərintinin verilməsi başlanıla bilər.
Ərinti bölməsinin qoşulub dayanmadan sonrakı ilkin işə qoşulma ardıcıllığı:
I. Ərinti karbamidi bölməsinin "buxarlandırma" hissəsinin qoşulması.
II. Dənəvərləşdirmə bölməsinin qoşulması.
III. Ərinti karbamidi bölməsinin qoşulması.
Ərinti karbamidi bölməsinin İlkin işə qoşulmasına hazırlıq:
1. İlk öncə qurğuya orta təzyiqli (MP) buxarın qəbulu başladılır.
Orta aşağı təzyiqli (MLP) buxar doydurucu U-V-905, orta aşağı aşağı təzyiqli (MLLP) buxar barabanı U-V-909 və doymuş aşağı təzyiqli (SLP) buxar barabanına U-V-904 buxar qəbul edilməzdən əvvəl, buxar kondensat çəninə U-T-901 köməkçi sahədən demin suyu qəbul edilir.
-U-T-901 çənində istismar zamanı və qurğular dayandırılan zaman LİC-9005=90% saxlanılır.
-Daha sonra prosedura uyğun ilk öncə U-P-901A/B nasosu qoşularaq
U-V-904 -ə (doymuş aşağı təzyiqli buxar barabanına) buxar kondensatı qəbul edilir.
- U-P-903 orta təzyiqli kondensat nasosu qoşularaq U-V-905-ə(orta aşağı təzyiqli buxar doydurucusu) və U-V-909-a(orta aşağ aşağı təzyiqli buxar barabanına) buxar kondensatı qəbul edilir.
U-V-904(SLP) = min səviyyə 20% saxlanılır.
U-V-905(MLP)= min səviyyə 10% saxlanılır
U-V-909(MLLP)= min səviyyə 10% saxlanılır.
-Daha sonra ammonyak sahəsində orta təzyiqli (MP) buxar qəbulu başladılır və buxar təzyiqinə nəzarət edilir.
U-V-904(SLP) təzyiq 3,5 kg/sm2.
U-V-905(MLP)= təzyiq 12 kg/sm2.
U-V-909(MLLP)= təzyiq 9 kg/sm2.

Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin