Q. Soltanov “ ” 2020-ci IL. Karbamid zavodu Karbamid və Ammonyak istehsalı sahəsi üzrə


III. Dənəvərləşdirmə bölməsinin İlkin işə qoşulması



Yüklə 25,38 Kb.
səhifə17/17
tarix02.01.2022
ölçüsü25,38 Kb.
#37425
1   ...   9   10   11   12   13   14   15   16   17
Ammonia and Urea START UP

III. Dənəvərləşdirmə bölməsinin İlkin işə qoşulması.
1. Dənəvərləşdiricinin (U-GR-661) qapıları açıq vəziyyətdə, drenaj klapanları bağlanır, həmçinin 3 üfürücünün damperləri açıq vəziyyətdə olması yoxlanılır.
2. Skrubberin üfürücüsü (U-K-662) damperi bağlı vəziyyətdə qoşularaq, damper əl mexaniki rejimində yavaş yavaş açılır.
3. Prosesə verilən hava üfürücüsünün (U-K-661) damperi bağlı vəziyyətdə qoşularaq, damper əl mexaniki rejimində yavaş yavaş açılır. (-5;-10mm H2O).
4. Dənəvərləşdiricinin (U-GR-661) qapıları vakuuma nəzarət etməklə bağlanır.
5. Prosesə verilən hava üfürücüsünün (U-K-661) damperi yavaş yavaş açılaraq tənzimlənir. (Dənəvərləşdiricinin içərisində vakuum tənizmlənir)
6. U-K-661 və U-K-662 üfürücüləri stabilləşəndə vakuum nəzarəti yavaş yavaş müsbətə keçirilir. (təxminən 0;+5 mm H2O qəza olmasın deyənə)
7. II pillə hava üfürücüsü (U-K-663) damperi bağlı vəziyyətdə işə salınır. (atmosferə açılan havalandırma klapanı HV-6651 açıq olmalı). (0.30 kg/sm2 və 125°C)
8. Dənəvərləşdiricinin (U-GR-661) döşəməsi qızdırılır, qurudulma prosesi davam etdirilir.
9. Start-up binin (U-T-661) çıxışı, dənəvərləşdiriciyə (U-GR-661) qismən açılır.
Bucket elevatorun (U-BU-661) yüklənməsinin 3 amperdən aşağı olmasına nəzarət edilir.
10. Dənəvərləşdiricidə (U-GR-661) səviyyə yığılanda LI-6006 çıxış klapanı açılır.
11. 1 saat müddətində ümumi sirkulyasiya davam etdirilir.
12. Proses göstəriciləri normallaşdırılır. (Temperatur və təzyiq, SLP buxardan istifadə edilir)
13. Ərinti HV-6030 klapanından keçməzdən əvvəl doymuş aşağı təzyiqli (SLP) buxarı ilə qızdırılır.
Ərinti HV-6030dan 139°C, 3.72 kg/sm2 təzyiqlə ərinti kollektoruna ötürülür. Ərinti verilməzdən əvvəl 3 gedişli klapanlar buxarla qızdırılır. (təxminən 5 san)
14.Ərinti xəttində 3.72 kg/sm2 təzyiq saxlanmaqla nozzle başlıqları açılır və bir başlıq daimi ehtiyatda saxlanılır. (normal rejimdə 12 nozzle başlığı işlək olur).
15. Normal rejimdə Dənəvərləşdiricidə (U-GR-661) səviyyə 28% (600-700mm) saxlanılmalıdır.

Karbamid zavodu İTŞ-nin rəisi-Baş texnoloq N. Bağırov



Karbamid və Ammonyak istehsalı sahəsinin rəisi N.Əliyev

Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin