10. N/C meter işə qoşulur.
- Normal rejimdə Hovuz reaktoruna verilən NH3və stripperə daxil olan CO2 qazının giriş sərfiyyatı N/C=ACT=2 nisbətində olmalıdır.
-Hovuz reaktorunun çıxışında isə N/C=PV=2,98~3.01 aralığında olmalıdır.
11. Yüklənməyə nəzarət. Yüklənmə yavaş yavaş 10% artırılır.(Köməkçi və NH3 sahəsi bu barədə mətumatlandırılır) -Ərinti bölməsində nəzarəti vacib olan hissələr: a) Yüksək təzyiqli stripperdə (U-E-201) səviyyə 30-40%-dən az saxlanılmalıdır.
(səviyyə çox olarsa biuret formalaşır, səviyyə 30-40%-dən az olarsa rektifikasiya bölməsinin təzyiqi artır)
b) Əgər sintezin təzyiqi yüksəkdirsə (təxminən 148kg/sm2) CO2 sərfiyyatı aşağı düşəcək, bu zaman da sintezin təzyiqi asılı olaraq düşəcək. Bu səbəbdən təzyiq idarə edilə bilmirsə CO2 sərfiyyatına uyğun olaraq NH3-də azaldılır.
CO2 kompressorunun antipompaj klapanlarına nəzarət edilir.
c) ammonyak saxlanma çəninin (U-V-101) səviyyəsi nəzarətdə saxlanılır.
(təxminən 50-70% arası)
d) Rektifikasiya kalonunun (U-C-303) temperaturu 135°C-dən aşağı saxlanılmalıdır, səviyyəni isə 30%-dən yüksək saxlamaq olmaz.(136°C-dən çox olsa biuret yarana bilər)