Perspektiv Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İpma) İCB4 standartları üzrə “perspektiv” sahəsi beş kompetensiya elementini müəyyənləşdirir: Strategiya; Rəhbərlik, struktur və proseslər; Uyğunluq



Yüklə 40,13 Kb.
səhifə1/4
tarix07.01.2024
ölçüsü40,13 Kb.
#201621
növüQaydalar
  1   2   3   4
Perspektiv kompetensiyalar


Perspektiv

Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İPMA) İCB4 standartları üzrə “perspektiv” sahəsi beş kompetensiya elementini müəyyənləşdirir:




  • Strategiya;

  • Rəhbərlik, struktur və proseslər;

  • Uyğunluq, standartlar və qaydalar;

  • Hakimiyyət və maraqlar;

  • Mədəniyyət və dəyərlər.

Strategiya” kompetensiya elementi

Strategiya layihə məqsədlərinin rəsmi açıqlanmasını və əsaslandırılmasını, həmçinin təşkilatın uzunmüddətli məqsədləri üçün planların həyata keçirilməsini təsvir edir. Strategiya layihələri, proqramları və layihə portfellərini idarə etmək üçün idarəetmə prosesinin perspektivini görməyə imkan verən prosedur ilə bağlıdır. Strategiya idarəetmə sisteminin effektivliyini müəyyənləşdirir, strateji idarəetmə intizamı yaradır və təşkilatın missiyası və dayanıqlığı ilə yüksək korrelyasiyanı təmin edir. Strateji idarəetmə intizamı aşağıdakı strateji məqsədlərə bölünür:


  • təşkilati mədəniyyət, biznes proseslərdə müsbət dəyişikliklərə nail olmaq;

  • razılaşdırılmış strateji məqsədlər yaratmaq;

  • resursları ayırmaq və təsnifatlaşdırmaq;

  • rəhbərliyi strateji məqsədlər üçün dəyişikliklərin zəruriliyi barədə məlumatlandırmaq;

  • daim təkmilləşdirməni stimullaşdırmaq.

Rəhbərlik, struktur və proseslər” kompetensiya elementi

“Rəhbərlik, struktur və proseslər” kompetensiya elementi olaraq təşkilatın layihəyə münasibətini müəyyənləşdirir. Başqa sözlə, burada layihələrə dəstək ideologiyası və onların təşkil olunması, yerinə yetirilməsi və idarə edilməsi, həmçinin təşkilatın müvafiq struktur bölmələri və biznes prosesləri ilə qarşılıqlı fəaliyyətin təşkil olunması kimi prosedurlar müəyyənləşdirilir. Bu kompetensiya elementinin məqsədi təşkilatın rəhbərlik, struktur və proseslər amillərinin layihəyə təsirinin müəyyənləşdirilməsi və onun effektiv idarə edilməsi üçün məsul şəx- sə əlavə idarəetmə alətinin təqdim edilməsidir. “Rəhbərlik, struktur və proseslər” kompetensiyası həm təşkilatın müvəqqəti sistemlərini (məsələn, layihələr), həm də onun daimi sistemlərini (məsələn, layihələr portfelinin idarə edilməsi sistemləri, maliyyə və inzibati sistemləri, köməkçi sistemləri, hesabatlıq və qərarların qəbul edilməsi sistemləri, auditor sistemləri) əhatə edir.

Burada əsas kompetensiya indikatorları aşağıdakılardır:




  1. Layihələrin idarə edilməsi üzrə biliklər və onların həyata keçirilməsi: Məsul şəxs layihənin konsepsiyasını və onun idarəetmə metodologiyasını açıqlayır, eyni zamanda funksional, layihə və matrisa idarəetmə strukturları arasında müqayisəli təhlil aparır və layihəni optimal idarəetmə sistemi əsasında idarə edir. Cavabdeh şəxs layihələrin köməyi ilə idarəetmə sistemini xarakterizə edərək müəyyən prinsiplərə aydınlıq gətirir və eyni zamanda təşkilatda layihəyə dəstək və maraq mühiti yaradır. Digər tərəfdən, məsul şəxs layihə yönümlü təşkilatların yetkinlik dərəcəsinə çatmaq üçün müvafiq konsepsiyanın işlənməsini təmin edir.



  1. Proqramların idarə edilməsi üzrə biliklər və onların həyata keçirilməsi: Əgər layihə proqramın bir hissəsidirsə, məsul şəxs proqram və layihəni əlaqələndirməli və konkret təşkilatda layihələrin idarə edilməsi metodologiyasını müəyyən etməlidir. Layihə və proqram arasında asılılıq, məlumatlar, məqsədlər, nəticələr və s. digər parametrlər təhlil edilməlidir.



  1. Layihə portfellərinin idarə edilməsi üzrə biliklər və onların həyata keçirilməsi: Layihə meneceri xüsusi kompetensiyaya malik olduqda layihə portfellərini idarə etməklə uğur qazana bilər. Digər tərəfdən, fərd layihə portfelləri üzrə meyarları müəyyən etməli, vacib giriş və çıxış məlumatlarını bilməli, eyni zamanda layihələr portfelinə təsir dərəcələrini müəyyənləşdirməlidir. Menecer layihə portfelində müxtəlif məhdudiyyətləri aşkar et- məli və layihənin resurslarından istifadə edərkən bu məhdudiyyətləri nə- zərə almalıdır. Menecer layihənin inkişafını təmin etmək məqsədilə müvafiq layihə portfeli ilə əlaqələri yoxlamalı və istiqamətləndirməlidir. Eyni zamanda menecer proqram və layihə portfelinin ümumi koordinasiya prosesində şaquli və üfüqi kommunikasiya əlaqələrindən istifadə etməyi bacarmalıdır.



  1. Dəstəklənməsi: Layihəyə lazımi dəstəyi təmin etmək üçün lahə təşkilatında kommunikasiya sistemini mükəmməl qurmaq tələb olunur. Layihəyə dəstək, eyni zamanda görüşlərin təşkili, sənədləşmə, hesabat, planlama və təşkilati işlərdə köməklik kimi funksiyalar daxildir.



  1. Layihə təşkilatlarında qərar qəbuletmə prosesi, hesabatlar və keyfiyyət tələbləri: Layihə portfelinin uğuru təşkilatın vaxtında və düzgün qəbul edilmiş qərarlardan asılıdır. Hər bir qərar hazırlanmalı, təqdim və qəbul edilməli, müzakirə olunmalı və reallaşdırılmalıdır. Hər bir təşkilatda qərarların qəbulu üçün formal və qeyri-formal prosedur və xüsusi qaydalar mövcuddur

  2. İnsan resurslarının idarə edilməsinin funksiya və proseslərlə əlaqəsi: İnsan resurslarının idarə edilməsi komanda üzvlərinin, daimi və kontrakt əsasında işləyən əməkdaşların sosial, təhsil, əməkhaqqı, etika və s. bu kimi kadr potensialının gücləndirilməsi məsələlərində layihəyə dəstək verir..



  1. Layihənin maliyyə və nəzarət funksiyası: Maliyyə və nəzarət funksiyası məcburi qaydalar və prosedurların tətbiqi olaraq layihə meneceri üçün uğurlu maliyyələşdirmə prosedurlarının həyata keçirilməsi və maliyyə hesabatlarının nəzarəti üçün böyük əhəmiyyətə malikdir.


Yüklə 40,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin