Hakimiyyət və maraqlar” kompetensiya elementi
“Hakimiyyət və maraqlar” kompetensiya elementi olaraq özündə qeyri-rəsmi şəxsi maraqları, ətraf mühitin siyasi vəziyyəti və hakimiyyətin münasibəti kimi faktorları birləşdirir. Bu kompetensiya elementi layihənin bütün iştirakçılarının qeyri-rəsmi layihəyə təsirini və layihənin konsepsiyasına münasibətini müəyyənləşdirir. İştirakçıların qeyri-rəsmi təsirləri təşkilatın strategiyası, qəbul edilmiş standartlar, qaydalar və s. digər rəsmi sənədlər əsasında qəbul olunan qərarlardan fərqlənir. Bu kompetensiya elementinin əsas məqsədi layihə menecerinin layihədə marağı olan tərəflərin məmnunluğunu təmin etmək və məhdud vaxt və büdcə çərçivəsində layihənin həyata keçirilməsi üçün hakimiyyətin imkanlarından və maraqlarından istifadə etməkdir.
Kompetensiyanın əsas indikatorları:
Şəxslərin ambisiya və maraqlarının qiymətləndirilməsi və onların layihəyə potensial təsiri: Hər bir insanın şəxsi məqsəd və ambisiyaları var, məsələn, karyera məqsədləri və ya cəmiyyəti, yaxud özünü inkişaf etdirmək istəyi və s. Bundan əlavə, onların layihə daxilində şəxsi ambisiyalarla bağlı olan və layihənin uğuruna təsir göstərə biləcək maraqları da mövcuddur. Bu ambisiyalar və maraqların bir hissəsi onların hazırkı rəsmi mövqeləri ilə üst-üstə düşür, rəsmi zəruri olan vəzifələrin yerinə yetirilməsi isə onlara öz ambisiya və maraqlarını həyata keçirməyə kömək edə bilər.
Fərdlərin və qrupların qeyri-rəsmi nüfuzu və onların layihəyə potensial təsirinin qiymətləndirilməsi: Qeyri-rəsmi nüfuzu rəsmi sənədlər və proseslərdə göstərilmiş rəsmi nüfuzdan fərqləndirmək lazımdır. İnsanlar bir çox səbəbdən və bir çox vasitələrin köməyi ilə layihəyə təsir göstərə bilərlər.
Bütün sahələrdə və məsələlərdə şəxslərarası münasibətlər istənilən problemin həllində böyük rol oynayır. Nüfuzlu şəxslərin məsələlərin həllində iştirak etmələri onlara olan inam və etimaddan irəli gəlir və cəmiyyətdə ədalətli şəxslər və ədalətli qərar sahibləri olduqları üçün onlar nüfuz sahibi olmuşlar. Bu səbəbdən şəxsi əlaqələrdən istifadə etməklə qərarların qəbuluna təsir geniş yayılmış və tez-tez öz effektivliyini göstərən üsullardan biridir.
Digər şəxsiyyətlər və onların qiymətləndirilməsi və layihə naminə istifadə etmək: Hər bir insanın davranışı onun özünə məxsusdur və unikaldır. İnsanın davranışı “Mədəniyyət və dəyərlər” kompetensiya elementində təsvir olunmuş müxtəlif mədəni dəyərlərə və adət-ənənələrə təsir göstərən amillərdən biri kimi qiymətləndirilmişdir.
“
Dostları ilə paylaş: |