Mədəniyyət və dəyərlər” kompetensiya elementi
“Mədəniyyət və dəyərlər” kompetensiya elementi məsul şəxsin layihə təşkilatının və ümumilikdə cəmiyyətin mədəniyyətinə və dəyərlərinə olan münasibəti təsvir edir. Burada, eyni zamanda layihədə iştirak və ya ona rəhbərlik edən şəxsin ümumi kompetensiya bilikləri ilə yanaşı, layihə mühitinin mədəni dəyərləri üzrə bilikləri də təsvir olunur. Mədəniyyət cəmiyyətdə qarşılıqlı əlaqəli hərəkətlər toplusu, dəyərlər isə şəxslərin cəmiyyətdə hərəkətlərini müəyyən edən konseptlər toplusu kimi təsvir olunur. Mədəniyyət və dəyərlər korporativ etika məcəlləsində və ya inkişaf strategiyalarında təsvir edilir.
Bu kompetensiya elementinin məqsədi layihə iştirakçılarına və digər şəxslərə layihənin daxili və xarici mədəni aspektlərə, proseslərə və nəticələrə təsir göstərmək və adaptasiya etmək imkanının verilməsidir. Təşkilat – şəxslərin davranışının ümumi dəyərləri, baxışları, qaydaları, vərdişləri, məqsədləri və s. digər sosial kontekstinə, ümumilikdə təşkilatın mədəniyyətinə daxil edildiyi sosial sistemlərdir.
Kompetensiyanın əsas indikatorları:
Cəmiyyətin mədəniyyət və dəyərləri, onların layihəyə təsirinin qiymətləndirilməsi: Bütün layihələr cəmiyyətdə tətbiq edilib (bəzən bir neçə cəmiyyətdə). Cəmiyyətin dəyərləri və yazılmayan qaydaları təşkilat daxilində əlaqələrə və qərarların qəbuluna güclü təsir göstərə bilər. Bu, həmçinin formalaşmış və təsdiq edilmiş ümumi normaların pozulması, plan-qrafikə, informasiya axınına və başqa digər kommunikasiya alətlərinə təsir göstərə bilər.
Layihə təşkilatının mədəniyyət və korporativ dəyərlərlə uyğunlaşdırılması: Bütün layihələr növündən və prioritetlik dərəcələrindən asılı olmayaraq təşkilatın mədəni tələblərinə riayət etməklə onun dəyərləri çərçivəsində həyata keçirilməlidir. Bəzi hallarda təşkilatın dəyərləri müxtəlif sənədlərdə öz əksini tapdığı üçün (məsələn, layihənin missiyası, keyfiyyət siyasəti, korporativ dəyərləri və s.) layihə meneceri bu mədəni aspektləri ayrı-ayrılıqda nəticələrə müvafiq olaraq uyğunlaşdırmalı və qərar qəbuletmə zamanı onları nəzərə almalıdır..
Təşkilatın qeyri-rəsmi mədəniyyət və dəyərləri, onların qiymətləndirilməsi: Bütün layihələr qeyri-rəsmi mədəniyyətə əsasən bir və bir neçə təşkilat ilə əlaqəli olur. Təşkilati mədəniyyətin rəsmi aspektləri əhəmiyyətli dərəcədə çox təsirə malik olduğu üçün bəzi süni, əsaslandırılmamış və güman edilən artefaktların köməyi ilə də təşkilatın mədəniyyət və submədəniyyətinə təsir göstərilə bilər. Bu artefaktlara memarlıq, dizayn, mebel, dress-kod, ofis avadanlıqları və s. daxildir.
Dostları ilə paylaş: |