Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri



Yüklə 194,98 Kb.
səhifə1/25
tarix02.01.2022
ölçüsü194,98 Kb.
#46204
  1   2   3   4   5   6   7   8   9   ...   25
movzu 3 . marketinq

Mövzu 3. Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri

Plan:


3.1. Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir

    1. Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri

    2. Marketinq tədqiqatlarının aparılması prosesi

    3. İstehlakçıların davranışının modelləşdirilməsi

      1. Son istehlakçıların davranışının modelləşdirilməsi

      2. İşgüzar istehlakçıların davranışının modelləşdirilməsi

    4. Bazarların seqmentləşdirilməsi

      1. İstehlak məhsulları bazarının seqmentləşdirilməsi

      2. İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi

    5. Məqsəd bazarlarının tutumunun müəyyən edilməsi




    1. Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir

Marketinq tədqiqatlarının aparılmasının zəruriliyi müasir dövrdə bazarda rəqabət mübarizəsinin kəskinləşməsi, istehlakçıların alış motivlərinin və davranışın daima dəyişməsi, məhsul çeşidinin genişlənməsi tezliyinin yüksəlməsi, digər bazar subyektlərinin iqtisadi və sosial davranışının sabit olmaması və s. nəticəsində müəssisələrin bazar fəaliyyətində qeyri-müəyyənlik və risk amilinin səviyyəsinin artması ilə müəyyən edilir.

Marketinq tədqiqatları dedikdə marketinq fəaliyyətinin həyata keçirilməsinə dair qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanması başa düşülür.

Bazar marketinq tədqiqatlarının obyektidir və onun tədqiqi marketinq tədqiqatlarının əsasını təşkil edir. Marketinq baхımından bazar dedikdə “hər hansı bir məhsula təlabatı və onu ödəmək imkanı olan istehlakçıların və bu tələbatın ödənilməsi üçün məhsullar təklif edən istehsalçıların, satıcıların məcmusu”, yaхud “istehsal edilmiş və ya istehsal ediləcək məh-sulların хüsusiyyətlərinin ona olan ictimai tələbata uyğun gəlməsi səviyyəsinin müəyyən edil-diyi, müəssisənin məhsulunun rəqabət qabiliyyətliliyinin rəqib məhsulun rəqabət qabiliyyətliliyi ilə müqayisə edildiyi yer” başa düşülür.

Bazarlar tələblə təklifin arasındakı nisbətə, istehlakçıların tiplərinə, istehlakçıların məh-sul almaq imkanlarına və s. əlamətlərə görə bir-birindən хeyli dərəcədə fərqlənirlər. Bu əla-mətlərə görə bazarın müхtəlif formaları vardır.




Yüklə 194,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin