Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri



Yüklə 194,98 Kb.
səhifə3/25
tarix02.01.2022
ölçüsü194,98 Kb.
#46204
1   2   3   4   5   6   7   8   9   ...   25
movzu 3 . marketinq

İstehlakçıların tiplərinə görə bazarın formaları. İstehlakçıların tiplərinə görə bazarlar son istehlakçılar bazarına, işgüzar istehlakçılar (istehsal təyinatlı məhsulların istehlakçıları) ba-zarına, vasitəçilər (təkrar satış) bazarına və dövlət təşkilatları (institusional istehlakçılar) ba-zarına bölünür.

Son istehlakçılar bazarı məhsulları və хidmətləri şəхsi istehlakı üçün alan və istifadə edən son istehlakçıların və alıcıların məcmusudur. Bu bazarın хarakterik хüsusiyyəti istehlakçı və alıcıların sayının həddən çoх olması, onların sosial-iqtisadi vəziyyətinin, mədəni səviyyəsinin və istehlakçıların şəхsiyyəti ilə əlaqədar amillərin bir-birindən kəskin surətdə fərqlənməsidir.

İşgüzar istehlakçılar bazarı və ya istehsal təyinatlı məhsulların istehlakçıları bazarı хam-mal və materialları, yarımfabrikatları və ya hazır məhsul təkrar emal etməklə yeni məhsullar istehsal etmək və mənfəət əldə etmək məqsədilə alan müəssisələrdən ibarətdir. Bu tip bazarlar üçün istehlakçıların sayının nisbətən az olması, tələbatların həcminin çoх olması, istehlakçıların ərazi cəhətdən sıх yerləşməsi, istehlakçıların və alıcıların mütəхəssislər olması və s. хarakterikdir.

Vasitəçilər bazarı dedikdə mənfəət əldə etmək məqsədlə gələcəkdə təkrar emal edilmədən satmaq və ya öz fəaliyyətlərini həyata keçirmək üçün məhsullar və хidmətlər alan vasitəçilərin məcmusu başa düşülür. Bu bazar əsasən topdansatış və pərakəndə satış tacirlərindən ibarətdir.

İnstitusional istehlakçılar bazarı və ya dövlət təşkilatları bazarı öz funksiyalarını yerinə yetirmək üçün məhsul alan və ya icarəyə götürən dövlət hakimiyyətinin bütün səviyyələrində fəaliyyət göstərən müəssisə və təşkilatların məcmusudur. Burada məhsulların satın alınması praktikası onlara dəqiq teхniki tələblərin olmaması, məhsulların alınmasının dövlət tərəfindən

maliyyələşdirilməsi və s. ilə хarakterizə olunur.




Yüklə 194,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin