İstehlakçıların məhsulu almaq imkanına görə bazarın formaları. Bazarın bu əlamətə görə təsnifləşdirməsi zamanı məhsulun alınmasında istehlakçıların maraqlı olması, bunun üçün onun gəlirlərinin və imkanlarının olması əsas götürülür. Qeyd edilən nişanələrə görə bazarlar potensial bazara, imkanlılar bazarına, səriştəli imkanlılar bazarına, məqsəd bazarına və mə-nimsənilmiş bazara bölünür.
Potensial bazar müəyyən bir məhsulun və хidmətin alınmasına maraq göstərən is- tehlakçıların və alıcıların məcmusudur.
İmkanlılar bazarı dedikdə bir məhsulun və хidmətin alınmasına maraq göstərən, bunun üçün gəlirləri və imkanı olan istehlakçıların və alıcıların məcmusu başa düşülür. Başqa sözlə desək, imkanlılar bazarı potensial bazarın alıcılıq qabiliyyəti olan hissəsidir.
Səriştəli imkanlılar bazarı dedikdə bir məhsulun və хidmətin alınmasına maraq göstərən, bunun üçün gəlirləri, imkanı və səriştəsi (hüquqi) olan istehlakçıların və alıcıların məcmusu başa düşülür.
Məqsəd bazarı müəssisənin səriştəli imkanlılar bazarının ələ keçirməyə çalışdığı və ya ar-tıq fəaliyyət göstərdiyi hissəsi, seqmentidir.
Mənimsənilmiş bazar dedikdə müəyyən bir məhsul almış istehlakçıların və alıcıların məc- musu başa düşülür.