Məsələnin qoyuluşu və məqsədin müəy- yənləşdirilməsi. Problemin, məsələnin mahiy- yətinin düzgün müəyyən edilməsi və düzgün qoyuluşu onun həllinin yarısı demək olduğun-dan marketinq tədqiqatlarının bu mərhələsi onun ən vacib və məsuliyyətli mərhələsidir. Bununla əla- qədar olaraq marketinq təd-qiqatlarının bu mərhələsində həll ediləcək problemlər, onların məzmunu və idarəetmə qə-rarı qəbul edən şəхsin (şəхslərin) informasiya tələbatı və tədqiqatın məqsədi (məqsədləri) müəyyənləşdirilir. Bir sıra hallarda sifarişçi problemin mahiyyətini, onun nədən ibarət ol-duğunu ya düzgün başa düşmədiyindən və ya düzgün izah edə bilmədi- yindən və digər obyek-tiv və subyektiv səbəblərdən həll edilməli olan problemin mahiyyəti və tədqiqatın məqsədi düzgün müəyyən edilmir. Bunun nəticəsində mövcud problemi həll etmək mümkün olmur. Buna görə də, problemin mahiyyətini və məq-sədini (məq- sədlərini) düzgün müəyyənləşdir-mək üçün tədqiqatçı sifarişçiyə müəyyən sual-lar verməklə və müəyyən üsullardan istifadə et-məklə onun problemi düzgün müəyyən edib-etməməsini
aydınlaşdırmalı və problemin qoyuluşunu dəqiqləşdirməlidir. Problemin ma-hiyyətinin və qoyuluşunun düzgün başa düşül-məsi və dəqiqləşdirilməsi tədqiqatçıya həll edilməsi tələb olunan problemi tədqiqat tələb edən problemə çevirməyə imkan verir [10, s. 87]. Bundan sonra tədqiqatçı tədqiqatın məqsədini mü-əyyənləşdirir və onu sifarişçi ilə razılaşdıqdan sonra tədqiqatın aparılması planını tərtib edir.