Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi



Yüklə 224,48 Kb.
səhifə1/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

ATMU tələbələri üçün Mülki müdafiə fənnindən
M Ü H A Z I R Ə



1-ci mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.
Müasir şəraitdə Mülki Müdafiənin rolu

Tədrisin məqsədi: Mülki Müdafiə, onun tarixi, məqsədi, təşkil edilmə prinsipləri və müasir dövrdə rolu haqqında tələbələrə məlumat vermək.


Məşğələnin kecirildiyi yer: ATMU-nun audutoriyası
Vaxt: 90 dəq

Tədris sualları və təxmini vaxt bölgüsü.


Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.
1-ci sualı: Mülki Müdafiə və onun tarixi -15 dəq.
2-ci sualı: Mülki Müdafiənin təşkil edilmə prinsipləri və məqsədi – 20 dəq.
3-cü sualı: Müasir dövrdə Mülki Müdafiənin rolu - 15 dəq.
4-cü sualı: Mülki müdafiə qüvvələri, dəstələri və xidmərləri – 20 dəq.
Məşğələyə yekun vurulması 15 dəq.


Ədəbiyyat: 1. Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» qanunu.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli
193 saylı qərarı.
3. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi. Mülki müdafiə
(mühafizə). Ali məktəblər üçün dərslik, Çaşıoğlu 2002
4. N. M. Hacıyev, S. H. Mahmudov “Aqrar sahədə mülki müdafiə” dərs
əsaiti, Gəncə-2012
5. Bəkirov B. T. Mülki müdafiədən məlumat kitabı. Azərnəşr 1977
6. H. Q. Ocaqovun “Mülki müdafiə” Maarif nəşriyyatı 1997.


1. Mülki Müdafiə və onun tarixi

Dünyadada qədim dövrlərdən müxtəlif fəlakətlər baş vermişdir. Azərbaycanda da həmçinin. Bunlardan biri 1139-cu ildə baş vermiş Gəncə zəlzələsidir. Bu zəlzələ böyük dağıntılara və insan itkilərinə səbəb olmuş, torpaq sürüşməsi zamanı Göygöl yaranmışdır. Şamaxı bölgəsində məlum olan fəlakətli zəlzələlərdən 1667-ci il zəlzələsidir. Səyyahlar yazılarında bu zəlzələnin çox güclü və davamlı olduğunu qeyd edir. Həmin mənbələrə görə Şamaxı şəhəri və ətraf kəndlərdə on minlərlə insan həlak olmuş, əksər evlər dağılmış, torpaq sürüşmələri baş vermiş, yer səthində uzun və enli çatlar yaranmışdır.


Fransız səyyahı Şarden “Parisdən İsvəhana səyahət” adlı kitabında yazır ki, Təbrizin binası qoyulandan 69 il sonra zəlzələdə şəhər tamamilə yerlə bir oldu. Onu Abbasilər sülaləsindən olan Bağdad xəlifəsi Mütəvəkkili bərpa etdirib böyütmüşdü. Bundan yüz doxsan il sonra birincidən daha şiddətli olan ikinci zəlzələ bir gecədə onu xaraba qoymuşdur. Belə məlumat verilir ki, o zaman orda bir münəccim yaşayırdı. O, əvvəlcədən demişdi ki, zəlzələ miladi təqvimilə 849-cu ilədə günəş əqrəb bürcünə daxil olan zaman baş verəcək və bütün şəhəri alt-üst edəcəkdir. Camaatın buna qətiyyən inanmaq istəmədiyini görüb, hakimin yanına gəlib təkid etdi ki, zor işlədərək hamını şəhərdən kənara çıxarsın. Hakim bütün bu əyalətdə xəlifənin canişini idi və onda bu münəccimin mühakiməsinə həmişə böyük inam vardı. Axırda onun təkidləri qarşısında yumşaldı, camaatı çölə çıxarmaq üçün əlindən gələni etdi, lakin camaat əvvəlcədən deyilmiş zəlzələyə qarşı görülən tədbirə qarşı çıxır, hakimin hərəkətində gizlənən bədxahlıqdan şübhələnirdi. Buna görə də şəhərdən ancaq adamların yarısını çıxara bildilər. Zəlzələ həqiqətən əvvəlcədən deyilmiş saatda baş verdi və bundan qırx min adam zərər çəkdi. O biri il Əmir Dineveron şəhəri əvvəl olduğundan daha gözəl və daha böyük şəkildə bərpa etdirmək əmrini aldı. Əmrdə məşhur münəccim Əbu Tahirdən hansı bürc altında işləmək lazım olduğunu öyrənmək göstərilirdi. O, əqrəb bürcü altında işləməyi lazım bildi. Yeni şəhərdə qətiyyən qorxulu zəlzələ olmayacağına onları əmin etdi, lakin əvəzində güclü sel təhlükəsi olduğunu göstərdi. Tarix əlavə edir ki, baş verən hadisələr əvvəlcədən deyilmiş fikrin doğruluğunu bütün hallarda sübut etmişdir. Təbriz o vaxtkı bərpadan sonra çox böyük, məşhur və çiçəklənən şəhər olmuşdur.
Bu gətirdiyimiz nümunələrdən hər zaman müxtəlif fəlakətlərin olduğu və buna qarşı müxtəlif tədbirlərin görüldüyü aydın olur. Amma tarixdə ilk dəfə sistemli, mütəşəkkil formada mülki müdafiə ilə bağlı işlər Avropada başlanmışdır.
1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” adlı təşkilat yaratdı. Bu təşkilatın əsasını qoyanların məqsədi ondan ibarət idi ki, bütün ölkələrdə ikitərəfli çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevrəyə köçürülmüş və generalın məsləkdaşı, Henri Corc Assosiasiyaya başçılıq etmişdir. Onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş savaşı (müharibəsi) zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda tərəfsiz zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir. Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdı. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3-cü Cenevrə Konvensiyasına baxıldı və savaş (müharibə) dövründə mülki əhalinin qorunması ilə əlaqədar 4-cü Konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı xaç” emblem ilə mühafizə olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya savaşının Dünya savaşına çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Assosiasiyası potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olundu. Savaş zamanı əhalinin mühafizəsi üçün tərəfsiz (neytiral) zonaların yaradılması ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi. İkinci Beynəlxalq konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və qərara alındı ki, “Cenevrə region” Assosiasiyası (qeyri hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrilsin. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvülüyünə qəbul etmə səlahiyyəti verildi.
BMMT-nin yeni statusuna uyğun olaraq 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, savaş zamanı əhalinin köçürülməsi və mühafizəsi, MM işçilərinin, beynəlxalq və mədəni irsin qorunması kimi məsələlər də daxil edilmişdi. O dövrün sorunlarını (problemlərini) nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkədə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. MM işçilərinə Beynəlxalq status verildi. 1966-cı il oktyabrın 17-də BMT-nin katibliyində BMMT-nin nizamnaməsi qeydə alındı. BMMT-nin məqsədi fövqəladə hallar baş verdikdə vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etməkdir.
Qeyd etmək lazımdır ki, bugün Beynəlxalq Mülki Müdafiə Təşkilatı – hökumətlərarası humanitar təşkilatdır. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur. MM – həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir. Məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın əhəmiyyətinə cəlb etmək, fəlakətlərin qarşısının alınması üçün məsuliyyət daşıyan bütün dövlət orqanlarındakı əməkdaşların işini lazımınca qiymətləndirməkdir. Bu nüfuzlu beynəlxalq təşkilat ən mürrəkəb FH-larda cəmiyyətə yardım göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısını almaq üçün BMMT Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Bu humanitar təşkilat adamların şəxsi rifahı və bütünlükdə millətin inkişafı üçün ətraf mühitin təhlukəsizliyi uğrunda mübarizə aparır.

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin