BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakcı ölkələrin nümayəndələrindən secilir. Məclis 2 ildən bir toplanır. Təşkilatın icraçı orqanı isə ildə bir dəfədən az olmayaraq toplanır və texniki komissiyalar yaradaraq təşkilatın mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir. Bu təşkilat BMT, milli MM xidmətləri və digər təşkilatlarla beynəlxalq müqavilələr üzrə bağlıdır. BMMT 1990-cı ildən elan olunmuş dekada əsasında BMT ilə əməkdaşlıq edir. Bu
əməkdaşlığın məqsədi Beynəlxalq miqyasda təbii fəlakətlərin təsirinin azaldılması probleminə həsr edilir. Respublikamız həmin hərəkata baş nazirin 8 oktyabr 1993-cü il tarixli sərəncamı əsasında qoşulmuşdur.
BMMT – MM kadrları hazırlamaq üçun kurslar təşkil edir və bilavasitə MM
xidmətlərinə texniki yardım göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan
dilləridir. Təşkilatın jurnallı bu dillərdə nəşr olunur.
BMMT adamların həyatını və əmlakını mühafizə, yerli və hökumətlərarası səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar tərəfindən törədilən hər cur bədbəxt halların qarşısının alınması sahəsində geniş fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1993-cü ildən bu təşkilatın üzvülüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Mülki müdafiə ölkəmizdə 1961-ci ildə təşkil edilmişdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra isə Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il iyulun 31-də “Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanunu”nun ( qanun 21 müddəadan ibarətdir və 1997-ci il dekabrın 30-da qəbul olunub) tətbiq edilməsi barədə 700 saylı fərmanında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193-saylı qərarında, Azərbaycan Respublikası FHN haqqında 19. 04. 2006-cı il tarixli 394-saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin MM Qoşunları Haqqında 29. 12. 2006-cı il tarixli 511 saylı Əsasnamədə MM-nin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların MM sahəsində vəzifələri müəyyən edilmişdir.
MM haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.