Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi



Yüklə 224,48 Kb.
səhifə9/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

Fövqəladə hallar Nazirliyi
Təbii və texnogen səciyyəli fövqəladə halların baş verməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin tələf olmaması və maddi itkilərin azaldılması məqsədilə istər dünya miqyasında (BMT), istərsə də dövlətlər səviyyəsində fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün xüsusi strukturlar yaradılır. Azərbaycan Respublikası da bu baxımdan istisna deyil. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il 1182 №-li sərəncamına əsasən əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Nazirliyin əsasnaməsinə uyğun olaraq FHN
- mülki müdafiəni,
- əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasını,
- fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını,
- yanğın təhlükəsizliyini,
- su hövzələrində insanların təhlükəsizliyini və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyini,
- sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyi,
- tikintidə təhlükəsizliyin təmin olunmasını,
- dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən,
- fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin