Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


MM qüvvələri, dəstələri və xidmətləri



Yüklə 224,48 Kb.
səhifə12/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

4. MM qüvvələri, dəstələri və xidmətləri MM qüvvələri MM-nin qoşun hissələrindən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla MM-nin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir. MM qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən X və DTİ ye­ri­nə yetirmək, bu işləri təmin etmək, eləcə də MM üzrə başqa və­zi­fə­lə­ri icra etmək üçün yaradılır. MM qüvvələrinin əsasını hərbiləşməmiş dəs­tə­lər təşkil edir. Hərbiləşdirilməmiş dəstələr – xüsusi texnika və avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz tədbirləri yerinə yetirmək üçün təlim keçirilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır (dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
MM-nin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və va­si­tə­lər hazırlamaq, xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün obyektlərdə də, yerlərdə də MM xidmətləri ya­radılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mü­təxəs­sis­ləri, istehsalat rəhbərlərindən təyin edilir.
MM-nin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xü­susiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və va­si­tə­lə­rin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və ob­yekt rəhbərlərinin əmrləri ilə yaradılır.
MM-nin əsas xidmətləri bun­lar­dır:
- rabitə və xəbərdarlıq;
- tibbi;
- yanğından mühafizə;
- ictimai asayişi mühafizə;
- sı­ğı­nacaq və daldalanacaqlar;

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin