Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır



Yüklə 224,48 Kb.
səhifə8/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
- fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
- fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
- fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında müəyyən olunmuş qaydada iştirak etmək;
- mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
- fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
- fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə qurulur. Bu, o deməkdir ki, mül­ki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mül­ki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti hə­ya­­ta keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Na­zi­ri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri hə­ya­ta keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, ha­belə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Föv­qəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mü­hafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yeni Əsas­na­mə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə döv­lət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də mə­sul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edil­­­­mişdir.



Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin