Fövqəladə hallarda MM tədbirlərinin yerinə yetirilməsinə bütun əhali qruplarını hazırlamağın əsas forması - əməli məşğələlər, MM təlimləri və məşqləri hesab edilir
Fövqəladə hallarda MM tədbirlərinin yerinə yetirilməsinə bütun əhali qruplarını hazırlamağın əsas forması - əməli məşğələlər, MM təlimləri və məşqləri hesab edilir. Respublikanın əhalisinə mühafizə biliklərinin öyrədilməsində MM təbliğatına geniş yer verilir. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin MM dəstələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə MM bilikləri hər il iş yerində, istehsalatdan ayrılmadan öyrədilir.
Z O N A L A R Bakı zonası - Bakı şəhərinin 12 rayonu və Abşeron rayonu. Gəncə zonası - Gəncə və Naftalan şəhərləri,Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Göygöl, Goranboy, Samux ray-ları. Sumqayıt zonası - Sumqayıt şəhəri, Şabran, Quba, Qusar, Xacmaz, Siyəzən, Xızı r-ı Mingəcevir zonası - Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları. Şirvan zonas - Şirvan şəhəri, Haciqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftcala rayonları. Naxcivan zonası - Naxcivan Muxtar Respublikasının bütun rayonları. Ağdam zonası - Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları. Cəbrayıl zonası - Cəbrayıl, Zəngilan, Qubadlı, Lacin, Fizuli rayonları. Şamaxı zonası - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göycay, Kürdəmir, Qobustan Lənkəran zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı ŞƏHƏRLƏRİN QRUPLARI 1 qrup − Bakı şəhəri 2 qrup − Sumqayıt şəhəri 3 qrup − Gəncə şəhəri − Mingəcevir şəhəri − Şirvan şəhəri − Naxcivan şəhəri
2. Mülki Müdafiənin təşkiledilmə prinsipləri və məqsəd Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşlarının iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.