Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


Ən mühum təsəruffat obyektlərinə MM üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli (XƏ), I dərəcəli və II dərəcəli obyektlər



Yüklə 224,48 Kb.
səhifə4/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

Ən mühum təsəruffat obyektlərinə MM üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli (XƏ), I dərəcəli və II dərəcəli obyektlər. Təsəruffat obyektlərinə MM üzrə dərəcələrin verilməsi bu qaydalara 4 nomrəli əlavəyə uyğun olaraq muəyyən edilir.
MM üzrə dərəcələr belə obyektlərə verilə bilər:
- fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisəsinə;
- xüsusi konstruktor bürolarına:
- neft-qaz mədənləri idarələrinə;
- dovlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası);
- material və ərzaq bazalarına;
- su kəməri təsərrufatına və digər dovlət əhəmiyyətli obyektlərə.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərufat obyektəlrinə MM uzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
Özlərinin iqtisadi və digər göstəricilərinə görə MM üzrə dərəcələrə aid edilməsi mümkun olmayan bütun digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara,
sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə MM uzrə dərəcələr verilmir.
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri MM üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq ücün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək ücün Nazirlər Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə MM üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.
Şəhərlərin MM üzrə qruplara aid edilməsi və təsərrüfat obyektəlrinə dərəcələr verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi ücün sənədlər təqdim edilərkən bu qaydalar rəhbər tutulmalıdır. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması MM-nin əsas vəzifələrindən biridir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır. Bu zaman 6-17 yaşlı şəxslərə fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq uzrə fəaliyyət qaydaları da öyrədilir.
Fövqəladə hadisələrdən müdafiə qaydalarının və MM-nin əhaliyə oyrədilməsi respublikanın bütun ərazisindəki nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri tərəfindən təşkil edilir. Kadrların hazırlanması sistemində işcilərin əsas vəzifələri ilə yanaşı MM üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin
MM hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələr, baş idarələr, təhsil müəssisələri tərfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır.
Mülki Müdafiə – həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir. Mülki müdafiə və tibbi biliklərin əsasları fənni uzun illərdir ki, respublikamızın müxtəlif ali məktəblərində tədris olunur. Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikasının “MM haqqında” qanununa, AR Nazirlər Kabinetinin 20.12.1992-ci il tarixli, 700 və 703 saylı qərarlarına, AR Təhsil və Səhiyyə Nazirliklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsasən hazırlanmışdır.
Mülki müdafiə fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək fövqəladə halların növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər qeyd olunan fövqəladə halların durmadan artması fənnin əhəmiyətini və aktuallığını bir daha sübut edir. Dünya statistikası göstərir ki, son iyirmi ildə qəzaların sayı iki dəfə artmışdır. İrimiqyaslı fövqəladə halların təsirini bütün bəşəriyyət öz üzərində onilliklər boyu hiss edir (misal üçün Çernobıl qəzası). Dünyanın bütün qitələrində minlərlə potensial təhlükəli obyektlərdən istifadə olunur. Bu cür obyektlərdə fövqəladə hal baş verəcəyi halda ətraf mühitə fəlakətli ziyan dəyə bilər, hətta planetimizdə həyat məhv olar.

Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin