Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


- zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; -



Yüklə 224,48 Kb.
səhifə19/19
tarix07.01.2024
ölçüsü224,48 Kb.
#208421
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
663999132-I-MUHAZİRƏ-Mulki-Mudafiənin-Yaranması-Təşkil-Edilmə-Prinsipləri-Və-Məqsədi-muasir-Şəraitdə-Mulki-Mudafiənin-Rolu

- zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
- zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçul­muş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq;
- qismən dağılmış xən­dək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;
- 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xü­su­si məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri - zə­də­lənmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın sə­viyyələrini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən et­məkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini mü­əy­yən­ləş­di­rir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı olan marşrutlar tapır, harada ya­ra­lılar olduğu barədə məlumat toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu adam­ların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun zəhərlənməsinə nəzarət et­mək işinə də cəlb oluna bilər.
Zərərsizləşdirici komanda - 2-4 qrupdan ibarət olub ərazini, tikintiləri və tex­nikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni və ya 80-120 min m2 tikilini deqazasiya edə bilər.
Sanitar drujinaları dəstəsi - 4-5 sanitar drujinasından ibarətdir və kütləvi zə­dələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nə­zər­də tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yar­dım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici böl­mə­lə­ri ilə birgə işləyir.
Sanitar drujinaları - beş manqandan ibarətdir; kənd təsərrüfatı və orta təhsil mü­əssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zə­də­lən­mə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları - müəssisə və ob­yekt­lərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zə­hərlənmə başladığını vaxtında aşkar çıxarmaq və bu barədə obyektin mülki mü­da­fiə qərargahına məlumat vermək üçündür.
Bünyamin Qəmbərli
ATMU-nun baş müəllimi





Yüklə 224,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin