Mühazirə 5 Şəbəkə informasiya sistemlərinin arxitekturaları



Yüklə 41,67 Kb.
səhifə1/5
tarix26.01.2023
ölçüsü41,67 Kb.
#81003
növüMühazirə
  1   2   3   4   5
VER-BAZ 5


Mühazirə 5
Şəbəkə informasiya sistemlərinin arxitekturaları
Qrup və korporativ informasiya sistemləri kompüter şəbəkələrində reallaşdırıldıqlarından, onlara şəbəkə informasiya sistemləri deyilir. Şəbəkə informasiya sistemlərinin qurulması üçün 4 tip arxitekturadan istifadə oluna bilər:
-fayl-server arxitekturası,
-kliyent-server arxitekturası,
-coxsəviyyəli arxitektura,
-İnternet/İntranet texnologiyası.
Hər bir informasiya sistemində müxtəlif arxitekturaların məhdudluqlarını müəyyən edən lazımi funksional komponentleri ayırmaq olar. Cədvəl 1
İnformasiya sistemlərinin tipik fuksional komponentləri

Şərti işarəsi
Adı
Məzmunu

PS

Təsvir xidmətləri
(Presentation Services)

Uyğun proqram dəstəyi ilə istifadəçinin məlumatını sistemə daxil edən və təsvir məntiqinin (PL) məlumatını əks etdirən qurğular vasitəsilə yerinə yetirilir.

PL

Təsvir məntiqi
(Presentation logic)

İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqələrin idarə edilməsi. İstifadəçinin menyudan əmri seçməsi, müəyyən düyməni basması və ya siyahıdan elementi seçməsi zamanı əməliyyatların emal edilməsi.

BL

Tətbiqi məntiq (Business of Application Logic)

Tətbiqi proqramın yerinə yetirdiyi hesablamalar, əməliyyatlar və qərarların qəbulu üçün qaydalar.

DL

Verilənlərin idarə edilməsi məntiqi (Data
Logic)

Verilənlərin idarə edilməsində tətbi-qi məntiqi reallaşdırmaq üçün verilənlər bazası ilə əməliyyatlar (SQL operatorları)

DS

Verilənlər bazası ilə
əməliyyatlar (Data
Services)

Verilənlərin idarə edilməsi məntiqini (verilənlərlə əməliyyatlar, verilən-lərin təyin edilməsi, tranzaksiyaların qəbulu və ya kənarlaşdırılması və s.) yerinə yetirən VBİS-in əməliyyatları. VBİS adətən SQL operatorlarını kompilyasiya edir.

FS


Fayl əməliyyatları (File
Services)

VBİS və digər komponentlər üçün verilənlərin diskdən oxunması və yazılması əməliyyatları. Adətən əməliyyat sistemi tərəfindən yerinə yetirilir.


Yüklə 41,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin