Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə1/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
  1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi


Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

1. Auditorun seçməsi

2. Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr

3. Nəzаrət metоdlаrı

4. Аuditоr yохlаnmаsının sənədləşdirilməsi

5. Аuditоr rəyi

Auditorun seçməsi informasiya almaq və ya onu qiymətləndirmək məqsədilə məlumatların bir hissəsinin seçilməsi və təhlil edilməsi prosesidir. Bu standartın məqsədi audit aparılan sifarişçi təsərrüfat subyektinin təqdim etdiyi materiallardan auditor üçün məlumatların seçilməsi qaydalarının müəyyən edilməsindən və bu yolla əldə olunmuş məlumatların nəticələrinin qiymətləndirilməsindən ibarətdir. Auditor nümunəsinin seçilməsi və həyata keçirilməsi müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə olur.

Auditorun seçməsi təmsiledici və real olmalıdır. Auditorun seçməsi zamanı öyrənilən materialların bütün elementlərinin bərabər ehtimalla seçilmək imkanları olmalıdır. Auditorun seçməsinin metodları auditor sübutlarının yığılmasına etibarlı imkan yaratmalıdır. Seçmənin düzgün aparılması onun auditin qarşısında qoyulan tələblərə uyğun olmasını təmin etmək üçün məcmunun xarakteristikasını bilmək vacibdir. Bunlar aşağıdakılardır:


  • məcmunun hansı növü ayrıca maddə təşkil edir – kompüter proqramı, əllə qeydlər yazılışı və s.

  • seçmənin ayrı-ayrı maddəsi hansı qayda ilə bütün məcmunun daxilində bölüşdürülür;

  • seçmə sıfır və ya mənfi həcm ölçüsünü əks etdirməlidir və s.

MƏSƏLƏ:

DƏYƏR GÖSTƏRİCİSİ 5 500 000 MANAT TƏŞKİL EDƏN ÜMUMİ MƏCMU YOXLANILIR. MƏQBUL SƏHV 150 000 MANATDAN YUXARI, ETİBARLILIQ SƏVİYYƏSİ İSƏ 1,6 DAN AŞAĞI OLMAMALIDIR. BU HALDA MƏCMUNUN ÖLÇÜSÜNÜ HESABLA:

5 500 000 : 150 000 * 1,6 = 58 000

Deməli məqbul səhvin və etibarlı ehtimalın müəyyən olunmuş səviyyələrində həmin ümumi məcmunun yoxlanılması üçün seçim ölçüsü 58 000 manata bərabərdir, bu məbləğə bərabər sənədlərin yoxlanılması və ümumi məcmuya ekstrapolyasiya etmək kifayətdir.

Seçmənin müəyyən edilməsi hər şeydən öncə aparılan təhlilin məqsədindən, həm də hər prosedura aid edilməli olan riskdən asılıdır. Seçmənin müəyyən edilməsinin bir neçə metodu mövcuddur:


  • statistik metod

  • qeyri-statistik metod

  • seçmə metodu tətbiq etmədən aparılan metod.

Statistik seçmə metodu aşağıdakı məqsədlərə çatmaq üçün tətbiq oluna bilər:

  • Məcmu halda müəyyən miqdarda təhriflər və kənarlaşmaların aşkar olunması;

  • Aşkara çıxarılan kənarlaşmaların və ya təhriflərin yayınmasının miqyasının qiymətləndirilməsi.

Nümunəni müəyyən etmək üçün auditora onun sərancamında olan bütün informasiyaların deyil, onların yalnız auditora o hissəsi lazımdır ki, həmin hissə auditora baxılan sübutları əldə etmək və sonra qiymətləndirmək üçün kifayət etsin.


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin