4.Auditor yoxlamasının sənədləşdirilməsi
Bu standartın məqsədi - auditin rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədlərinin mahiyyətini, məzmununu və formasını, onların tərtib və tətbiq olunması, saxlanması qaydalarını müəyyən etməkdir. Auditor öz rəyinin əsaslandırılması üçün zəruri sübutların əldə olunmasınа, həmçinin auditin standartlara uyğun aparılmasının təsdiq edilməsinə xidmət edən məlumat və faktları sənədlərlə rəsmiyyətə salmalıdır (BАS 230 «Sənədləşdirmə»).
Sənədləşmə - auditor tərəfindən sərbəst əldə olunan və ya tərtib olunan və qorunub saxlanılan işçi sənədləridir. Onların tərkibi və miqdarı hər bir konkret hal üçün auditor tərəfindən müəyyən edilir. Auditorun, audit yoxlaması başlanana qədər və yoxlama dövründə topladıüı və yoxlamanın nəticəsi üzrə hazırladıüı bütün bu məlumatlar audit üçün informasiya mənbəyidir. Işçi sənədləri auditin planlaşdırılması və aparılması, eləcə də auditor işinin səmərəliliyinə nəzarət və onun təhlil edilməsi zamanı istifadə olunur. Buna auditor işləri nəticəsində əldə edilən auditor sübutları daxildir ki, onların nəticəsində auditor rəyi tərtib olunur, auditorun iş vaxtına nəzarət və onun əməyinin ödənilməsinin əsaslı olmasına nəzarəti təmin edir, auditorun professionallıüı, peşəkarlıüı, kompetentliyi haqda fikir formalaşdırır.
Qeyd etmək lazımdır ki, mühasibat sənədləşməsi ilə auditorun işçi sənədləşməsini bir-birilə qarışdırmaq olmaz.
Mühasibat uçоtunun sənədləşməsi özlüyündə aşağıdakıları birləşdirir:
ilkin uçоt sənədlərini;
icmal uçоt sənədlərini;
mühasibat uçоt registrlərini;
daxili mühasibat hesabatı məlumatlarını.
Auditorun işçi sənədləri iqtisadi subyekti yoxlayan auditor tərəfindən tərtib edilir və ona aşağıdakəlar daxildir:
auditin keçirilməsi planı və proqramı;
auditor təşkilatı tərəfindən istifadə olunan prosedurların və onların nəticələrinin təsviri;
iqtisadi subyektin ərizəsi, izahatı və əlavələri;
iqtisadi subyektin sənədlərinin surəti, o cümlədən foto surəti;
auditor təşkilatının analitik sənədləri.
digər sənədlər.
Auditorun işçi sənədlərinin tərkibinə daxil olan sənədlərin nümunəvi siyahısı aşağıda verilir:
iqtisadi subyektin təşkilati-hüquqi formasına və təşkilat quruluşuna aid edilən informasiyalar;
iqtisadi subyektin təsis sənədlərinin surəti, müqavilə və protokollardan si¬tat¬lar və ya onların surətləri;
аuditin planlaşdırılmasını sübut edən materiallar;
mühasibat uçоtu və daxili nəzarət sisteminin öyrənilməsi və qiymətləndirilməsi haqda qeydlər;
təsərrüfat əməliyyatlarının və mühasibat uçоtu üzrə hesabların qalıqlarının təhlili;
iqtisadi subyektin fəalyyətinin əhəmiyyətli göstəricilərinin və meyllərinin təhlili;
keçirilən auditor prosedurunun xarakteri, keçirilmə vaxtı və həcmi haqda qeydlər;
аuditor prosedurlarının nə vaxt və kim tərəfindən yerinə yetirilməsi haqda məlumat;
auditin hər bir aspekti üzrə auditorun nəticələri;
digər auditor təşkilatları ilə yazışmaların surəti;
iqtisadi subyektdən alınan təsdiqedici məktub;
iqtisadi subyektin mühasibat və digər maliyyə sənədlərinin surəti
Auditorun işçi vərəqələri isə müştərinin dosyesi adlanan qovluqda mühafizə olunur. Dosyelər (fayllar) üç yerə bölünür:
1. Cari; yoxlanılan ilə aid olan işçi sənədləri- auditin proqramı və ümumi informasiyaları, işçi nümunə balansı (yoxlamanın əvvəlinə müştəri tərəfindən hazirlanr) və köməkçi qeydlər;
2. Daimi (müştəri haqda tarixi və yaxud əsas təzələnən məlumatlar- müştərinin təsis sənədlərindən çıxarış və yaxud onun surəti; müqavilə və kontraktların surəti; istiqrazların və digər qiymətli kaüızların siyahısı; əvvəlki təhlillərin və auditor yoxlamalrının materialları; müştərinin vergiyə cəlb olunmasının xüsusiyyətləri)
3. Xüsusi (müxabirləşmələrin işə tikilməsi, xüsusi qərarları və fərmanlar, vergi sənədləri, qanunvericiliyə əməl olunması üzrə məlumatlar).
Işçi sənədlərində onların adı, tarixi, hazırlayan auditorun soyadı göstərilməlidir. Auditor işçi sənədlərində yerinə yetirilən auditor prosedurlarının planlaşdırılması mərhələlərini, xarakterini, müddətini və həcmini və onun nəticələrini göstərməlidir. Burada eyni zamanda öz fikirlərini yürütmək və auditor rəyini formalaşdırmaq üçün zəruri olan bütün əsas məsələlərə cavab öz əksini tapmalıdır.
Mürəkkəb prinsipial məsələlər və ya fikirlər nəzərdən keçirilərkən işçi sənədlərində auditin nəticələrinin formalaşması üçün əsas olan faktlar göstəril-məlidir. Işçi sənədlərinin forma və məzmunu işin xarakterindən, auditor rəyinin (hesabatının) formalarından, sifarişçinin biznesinin (fəaliyyətinin) xarakteri və mürəkkəblliyindən, təsərrüfat subyektinin mühasibat uçotu və daxili nəza-rət sisteminin xarakteri və vəziyyətindən, digər auditorlar tərəfindən yerinə yetirilən işlərin idarə olunmasının, ona nəzarətin və təhlilinin aparılmasının zəruriliyindən, audit prosesində istifadə olunan spesefik auditor metodikasından və texnologiya-sından asılıdır.
Onu da qeyd edək ki, auditlərin rəsmiyyətə salınması üçün lazım olan iş sənədlərinin forması, məzmunu və mahiyyəti, tərtib olunma və saxlanma qaydaları BАS 230 «Sənədləşdirmə» ilə tənzimlənir.
Dostları ilə paylaş: |