Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə8/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

Mütləq göstəricilər nisbi göstəriciləri hesablamaq üçün əsas mənbə hesab olunur ki, bu da müəssisə və onun ayrı-ayrı bölmələri üzrə plan tapşırıqlarının yerinə yetirilməsi səviyyəsində, iqtisadi göstəricilərin artım dinamikasında, quruluşunun (strukturunun) dəyişməsində və başqa göstəricilərin müəyyən edilməsində istifadə edilir.

Orta kəmiyyətlər müəssisənin təsərrüfat fəaliyyətinə dair ayrı-ayrı göstəricilərini kəmiyyət etibarı ilə tam хarakterizə etməyə imkan verir. Məsələn, əsas fondların, bütövlükdə dövriyyə aktivlərinin, o cümlədən material ehtiyatlarının, debitor borclarının, hazır məhsulun orta illik dəyərini hesablayarkən bu üsuldan istifadə olunur.

Xüsusi yoxlama dar ixtisaslı mütəxəssisin yoxlamaya cəlb edilməsini nəzərdə tutur.

Göründüyü kimi, auditin metod və üsullarının tətbiqi, auditorun yox­la­ma-ekspertiza etdiyi sənədlərin məzmunun­dan, tə­yına­tından asılı­dır. Mə­sə­lən, mühasibat sənədlərinin audit yox­la­ma-ekspertızası zamanı təsərrüfat-ma­liyyə fəaliyyətinin yoxlanıl­ma­­sın­da təsərrüfat əmə­liy­ya­t­larına uyüun ola­raq müxtəlif metod və üsullar tətbiq edilir. Əgər pul əməliyyatlarının yox­­lama-eks­per­tızası zamanı bir qayda olaraq baş­dan­başa üzləşdirmə metodu tətbiq edilirsə, əmək haq­qı və əmək ödə­mələri üzrə yoxlamalarda ilk va­riant­da seçmə üsulun­dan istifadə edil­mə­si kifa­yət­dir.

Audit yoxlama-ekspertiza işlərinin bir sıra yekun təklifləri iq­tı­sadi təh­lilin nətıcələrinə əsaslanır. Belə hallar əsasən resurslardan sə­mə­rəli is­­tifa­də­nin qiy­mət­­ləndirilməsində, ehtiyatların aşkar olunub sə­fərbər edil­­məsində, iqtisadi qa­­nu­nauyüunluqların qiy­mət­lən­dıril­mə­­sində baş verir. Daha doü­ru­su, bu mə­­sə­lələrin həlli iqtisadi təh­­­lilin metod və üsulları tət­biq edilmədən qey­­ri-mümkündür.

Auditdə maliyyə təhlilinin metod və üsullarının tətbiqi təsərrüfat-ma­liy­yə fəaliyyətinin nəticələrinin qiy­mət­­lən­­­diril­mə­sin­­də istıfadə olu­nur. Bu­ra­da əsasən ayrı-ayrı bölmələr üzrə qiy­mət­ləndirmə sis­temlərinə istinad etmək lazımdır. Belə qiy­mət­lən­dir­mə sistemlə­rınə müəs­sı­sənin aktivlə­rınin mövcud vəziyyətini müəyyənləşdirən, döv­riy­­­yə kapitalının ma­nevr­etmə qabiliy­yə­tini qiy­mə­t­­ləndirən, qey­ri-mad­di ak­tiv­ləri qiy­mətləndirən, maliy­yə vəziyyətini səciy­yə­lən­dırən, isteh­salın sə­mə­­rəliliyini müəyyən­ləş­dirən, müəssisənin renta­bellik səviy­yəsini müəyyən edən və onu qiy­mət­li kaüız­lar ba­za­rında səciy­yə­lən­dirən qiy­mət­ləndirmə sis­temini aid et­mək olar.

Yoxlamaların aparılma metodları ilə yanaşı, onun təşkilatı metodları da mövcuddur:


    • başdan başa (sənədli və faktiki) yoxlama;

    • seçmə üsulla yoxlama;

    • аnalitik yoxlama;

    • kombinələşmiş yoxlama.


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin