Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr


Seçmənin nəticəsinin qiymətləndirilməsi



Yüklə 37,75 Kb.
səhifə4/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

Seçmənin nəticəsinin qiymətləndirilməsi. Auditor hər bir seçmə üçün aşağıdakıları etməlidir:

Auditor təşkilatı seçimə düşən hər hansı bir səhvi hökmən təhlil etməli və seçim riskini qiymətləndirməlidir. Seçimə düşən səhvlər təhlil edilərkən auditor təşkilatı ilk növbədə həmin səhvin xarakterini müəyyənləşdirməlidir. Seçmənin riski ondan ibarətdir ki, seçilmiş məlumatlar əsasında müəyyənləşdirilmiş məsələ üzrə auditorun mülahizəsi həmin məsələ üzrə bütün audit materiallarının öyrənilməsi əsasında qurulmuş mülahizədən fərqlənə bilər. Seçmənin riski həm nəzarət sistemi vasitələrinin testləşdirilməsində, həm də hesablar üzrə qalıqların və dövriyyələrin mühasibat uçotunda düzgün əks etdirilməsinin hərtərəfli yoxlanılmasında mövcuddur. Audit təcrübəsində nəzarət sistemi vasitələrinin testləşdirilməsi və hesablar üzrə qalıqların və dövriyyələrin düzgünlüyünün yoxlanılması üçün birinci və ikinci növ risklər ayırd edilir.

Auditor audit materiallarında aşkar edilən səhvin ehtimal edilən miqdardan böyük olmamasına əmin olmalıdır. Bundan ötrü auditor şamil etmə vasitəsilə aşkar edilən səhvi ehtimal edilən səhvlə müqayisə edir. Əgər aşkar edilən səhv ehtimal olunan səhvdən böyükdürsə, o zaman auditor seçmə riskini təkrarən qiymətləndirməli və onlar qəbuledilməz olarsa, onda audit prosedurlarının əhatəsini genişləndirməli və ya aparılmış audit prosedurlarına alternativ audit prosedurları tətbiq etməlidir. Auditor seçmənin bütün mərhələlərini və onun nəticələrinin təhlilini məcburi qaydada öz iş sənədlərində əks etdirməlidir.

Auditor təşkilatı səhvləri kəmiyyət cəhətdən qiymətləndirməlidir, daha doğrusu onların mahiyyəti və səbəbini, ona təsir edən amilləri, habelə onların ardıcıl digər sahələrinə təsir imkanlarını da müəyyən etməlidir.

Auditor təşkilatı hökmən auditorun işçi sənədləşdirilmələrinin bütün mərhələlərində aparılan auditor suçiminin aparılmasını və onun təhlilinin bütün mərhələlərində nəticəsini əks etdirməlidir.




Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin