Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

Qeyri-statistik seçmə metodu: -Auditdə bu keyfiyyət əlamətləri üzrə təhlil kimi qəbul edilir.

Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama. Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metodun tətbiq edilə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aşağıdakılar aiddir:

  • analitik prosedurlar;

  • audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr;

  • balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması.

Seçmənin növləri. Adətən seçmə səviyyəli (mötəbər) olmasıdır. Buna nail olmaq üçün auditor təşkilatı aşağıdakı metodların birindən istifadə etməlidir:

1. Təsadüfi seçim;

2. Mütəmadi (daimi) seçim;

3. Kombinə edilmiş seçim.

a)Təsadüfi seçmə. Bu seçmə təsadüfi rəqəmlər cədvəli üzrə aparılır (təsadüfi rəqəmlər cədvəli bu standarta 1 saylı əlavədə verilmişdir);

b)Mütəmadi (daimi) seçim. Elementlərin, təsadüfi seçilmiş rəqəmlərdən başlayaraq, daimi intervalla seçilməsidir. İntervallar müəyyənləşdirilmiş elementlərin sayma, ya da onların məbləğinin əhəmiyyətliliyinə görə qurulur;

c)Birləşdirilmiş (kombinə edilmiş) seçmə. Təsadüfi və ardıcıl seçmələr birləşdirilərək tətbiq edilir.

Bu seçmə növlərinə məqsədli proqram tətbiq edilə bilər. Auditor mühasibat hesabatlarında hesablar üzrə əməliyyatların və qalığın düzgün əks etdirilməsini və ya nəzarət sistemi vasitələrini o zaman başdan-başa (tam) yoxlaya bilər ki, audit materiallarının elementlərinin sayı və ya auditor seçməsindən istifadə olunmasının səmərəliyi az olsun. Bu standart həm statistik metodla qurulmuş seçmələrdə, həm də digər seçmələrdə tətbiq edilir. Auditorun seçməsinin metodları auditor sübutlarının yığılmasına etibarlı imkan yaratmalıdır.




Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin