Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr


Bu standart “Analitik prosedurlar”



Yüklə 37,75 Kb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

Bu standart “Analitik prosedurlar” (ISA 520 «Analytical procedures») beynəlxalq audit standartı əsasında hazırlanmışdır.

Bu standartın məqsədi auditor yoxlaması aparılan zaman analitik prosedurların tətbiqinə dair tövsiyələrin verilməsi və standartların müəyyən edilməsindən ibarətdir. Auditor analitik prosedurları auditin planlaşdırılması və ümumi baxışın keçirilməsi zamanı tətbiq etməlidir. Analitik prosedurlar həmçinin başqa mərhələlərdə də tətbiq edilə bilər.«Analitik prosedurlar» - proqnoz əhəmiyyətliliyinə və ya sair informasiyalara uyğun olmayan dəyişmələrin və qarşılıqlı əlaqələrin yekun tədqiqi də daxil edilməklə, mühüm göstəricilərin və mülahizələrin təhlili deməkdir.Beynəlxalq Mühasiblər Federasiyasının Dövlət sektoru komitəsi tərəfindən nəşr olunmuş «Dövlət sektorunun auditinin əsasları» adlı sənəd hər bir beynəlxalq audit standartının sonunda göstərilir. «Dövlət sektorunun auditinin əsasları»nm mətni göstərilmədiyi halda, beynəlxalq audit standartları bütün əhəmiyyətli aspektlərdə dövlət sektoruna tətbiq edilə bilər.

Analitik prosedurlar təsərrüfat subyektinin maliyyə informasiyalarının aşağıdakılarla müqayisəsini özündə əks etdirir:


  • Əvvəlki dövrlərin müqayisə edilən informasiyası ilə;

  • Subyektin fəaliyyətinin gözlənilən nəticələri, habelə auditorun gözlədikləri ilə (məsələn, smeta və ya proqnozlarla, aşınmanın qiymətləndirilməsi ilə);

  • Analoji sahə informasiyası ilə, məsələn, təsərrüfat subyekti üzrə satışdan daxil olan gəlirin debitor borcunun məbləğinə olan nis bətinin orta sahə göstəriciləri və ya tutuşdurulan ölçüdə həmin sahənin başqa müəssisələrin göstəriciləri ilə müqayisə edilməsi.

Auditor tərəfindən prosedurların, metodların və tətbiq səviyyəsinin seçilməsi peşəkar mülahizələrdən asılıdır.

Analitik prosedurlardan aşağıdakı məqsədlər üçün istifadə edilir:



  • Müxtəlif audit prosedurlarının xarakterini, müddətləri və həcmini planlaşdırmaqda auditora kömək üçün;

  • Analitik prosedurların tətbiqi maliyyə hesabatında olan konkret müddəalar üzrə aşkar etməmək riskinin azaldılması məqsədilə müfəssəl testlərin keçirilməsinə nisbətən daha səmərəli və ya məhsuldar ola bildikdə mahiyyəti üzrə yoxlama proseduru kimi;

  • Auditin son mərhələsində maliyyə hesabatına ümumi baxış kimi.

Auditor analitik prosedurları auditin planlaşdırılması mərhələsində biznes haqqında təsəvvür əldə etmək və mümkün risk zonalarını aşkara çıxarmaq məqsədilə tətbiq etməlidir. Analitik prosedurlardan istifadə olunması biznesin auditora əvvəllər məlum olmayan aspektlərini aşkara çıxara bilər və digər audit prosedurlarının xarakterini, müddətlərini və həcmini müəyyənləşdirməkdə ona kömək edə bilər.

Auditin planlaşdırılması zamanı analitik prosedurlarda həm maliyyə, həm də qeyri-maliyyə informasiyasından (məsələn, satışdan daxil olan gəlirin həcmi ilə ticarət binalarının ümumi sahəsi və satılan məhsulun həcmi arasındakı qarşılıqlı əlaqədən) istifadə edilir.

Maliyyə hesabatında müəyyən müddəalar barəsində aşkar etməmək riskinin azaldılması məqsədilə mahiyyəti üzrə yoxlama posedurla- rma auditorun etibar etməsinin dərəcəsi müfəssəl testlərə, analitik prosedurlara və ya onların birləşməsinə əsaslana bilər. Auditin müəyyən məqsədlərinin əldə edilməsi üçün hansı prosedurlardan istifadə etmək haqqında qərar maliyyə hesabatında müəyyən müddəalar üzrə aşkar etməmək riskinin azaldılması üçün auditorun ixtiyarmdakı prosedurların səmərəliyi və təsirliyi barəsində olan mülahizəsinə əsaslanır.

Bir qayda olaraq, auditor analitik prosedurların tətbiqi üçün tələb olunan informasiyaların mövcudluğu və mötəbərliyi haqqında və subyektin keçirdiyi belə prosedurlardan hər hansı birinin nəticələri haqqında sorğu ilə rəhbərliyə müraciət edir. Subyektin hazırladığı analitik məlumatlardan istifadə edilməsi o şərtlə səmərəli ola bilər ki, auditor onların lazımi səviyyədə hazırlanmasına əmin olsun.

Əgər auditor analitik prosedurları mahiyyəti üzrə yoxlama proseduru kimi yerinə yetirməyi nəzərdə tutursa, onda aşağıdakı amillərə baxmalıdır:


  • Analitik prosedurların məqsədləri və onların nəticələrinə etibar edilməsi dərəcəsinə

  • Müəssisənin növü və infomıasiyanm paylanmasının mümkün dərəcəsinə. Məsələn, analitik prosedurlar təsərrüfat subyektinin bütövlükdə maliyyə hesabatına nisbətən fəaliyyətin ayrı-ayrı sahələri üzrə maliyyə informasiyasına və ya çoxsahəli müəssisənin komponentlərinin maliyyə hesabatına tətbiq edildikdə, daha səmərəli ola bilər;

  • Həm maliyyə xarakterli (smetalar və ya proqnozlar), həm də qeyri-maliyyə xarakterli (istehsal edilmiş və ya satılmış məhsul vahidlərinin miqdarı) informasiyaların olmasına;

  • Mövcud olan informasiyanın mötəbərliyinə. Məsələn, büdcələrin lazımi səviyyədə tərtib edilib-edilməməsini yoxlamaq lazımdır;

  • Mövcud olan informasiyanın əhəmiyyətinə. Məsələn, bilmək lazımdır ki, büdcələr qoyulan məqsədlər nəzərə almaqla deyil, gözlənilən nəticələr əsasında tərtib edilib, yoxsa yox;

  • Mövcud olan informasiyanın mənbəyinə. Məsələn, təsərrüfat subyektindən asılı olmayan mənbələr, adətən daxili mənbələrə nisbətən daha etibarlıdır:

Auditor auditin yekun mərhələsində və ya bilavasitə sonunda maliyyə hesabatının bütövlükdə biznes haqqında onda yaranmış təsəvvürə uyğun olması barədə ümumi nəticənin formalaşmasında analitik prosedurları tətbiq etməlidir. Belə prosedurların yekunları üzrə əldə edilən nəticələr maliyyə hesabatının ayrı-ayrı komponentlərinin və ya ünsürlərinin auditi zamanı çıxarılan nəticələri təsdiq etməli, habelə maliyyə hesabatının əsaslandırılması barədə ümumi nəticənin fonnalaşmasmda auditora kömək etməlidir. Bununla yanaşı, onlar həmçinin sonrakı prosedurların keçirilməsini tələb edən sahələri aşkara çıxara bilər.

Əgər analitik prosedurlar başqa informasiyaya zidd olan və ya proqnozlaşdırılmış məbləğlərdən fərqlənən əhəmiyyətli dəyişiklikləri, yaxud qarşılıqlı əlaqələri aşkara çıxarmışdırsa, auditor belə uyğunsuzluqları tədqiq etməli, onlar barəsində adekvat izahat almalı və müvafiq təsdiqedici sübutlar əldə etməlidir.

Qeyri-adi dəyişikliklərin və qarşılıqlı əlaqələrin öyrənilməsi adətən rəhbərliyə sorğu verilməsi ilə başlanır və bundan sonra aşağıdakılar yerinə yetirilməlidir: Rəhbərliyin cavablarının təsdiq edilməsi, məsələn, onların biznes haqqında auditorun bilikləri ilə və auditin gedişində əldə olunmuş digər sübutlarla müqayisə edilməsi;Rəhbərliyin izah edə bilmədiyi və ya izahın qeyri-qənaətbəxş sayılacağı halda sorğuların nəticələrinə əsaslanan digər audit prosedurlarının tətbiqinin zəruriliyinə baxılması.


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin