Konsolidə olunmuş maliyyə hesabatlarının auditinə dair hesabat
Mənfi rəy
Biz “Atabank” və onun törəmə filallarının (Qrup) 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə olunmuş hesabatından, konsolidə olunmuş məcmu gəlirlər hesabatından, konsolidə olunmuş kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətinə dair konsolidə olunmuş hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, konsolidə olunmuş maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə olunmuş maliyyə hesabatlarının auditini aparmışıq.
Hesab edirik ki, hesabatımızın “Mənfi rəy üçün əsaslar” bölməsində müzakirə edilən məsələnin vacibliyini nəzərə alaraq, əlavə edilmiş konsolidə olunmuş maliyyə 705 saylı BAS (YENİDƏN BAXILMIŞ), “MÜSTƏQİL AUDİTORUN HESABATINDAKI RƏYƏ EDİLƏN DƏYİŞİKLİKLƏR” hesabatları Qrupun 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə konsolidə olunmuş maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün konsoldiə olunmuş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirmir (və ya düzgün və ədalətli təsəvvür yaratmır).
Mənfi rəy üçün əsaslar
Qeyddə də izah edildiyi kimi, Qrup 2017-ci ildə əldə edilmiş törəmə müəssisə olan “Atabank” konsolidə etməmişdir, çünki onun hələ alınma tarixinə törəmə müəssisənin müəyyən material aktivlərinin və öhdəliklərinin ədalətli dəyərini müəyyən etmək imkanı olmamışdır. Buna görə həmin investisiyalara dəyər üzrə uçot metodu tətbiq olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən, Şirkət törəmə müəssisəni konsolidə etməli (birləşdirilməli) və həmin investisiyaları əldə edilməyə görə ilkin dəyər əsasında uçota götürülməli idi. “Atabank” konsolidə edilməməsi konsolidə olunmuş maliyyə hesabatlarının bir çox elementinə əhəmiyyətli təsir göstərəcəkdi. Konsolidə edilmiş maliyyə hesabatlarına konsolidə olunmamasının təsiri müəyyən edilməmişdir. Biz auditimizi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Konsolidə olunmuş maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz [yurisdiksiyadakı] konsolidə olunmuş maliyyə hesabatlarının auditinə aid olan etik normalara uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etika məsuliyyətlərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları mənfi rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
“Mənfi rəy üçün əsaslar” bölməsində əks etdirilən məsələlərdən əlavə, biz hesabatımızda məlumat veriləcək başqa əsas audit məsələlərinin mövcud olmadığını müəyyən etdik.
Hazırkı müstəqil auditorlar hesabatının hazırlanması ilə nəticələnmiş audit tapşırığının rəhbəri:
İmza :
İbrahimli Anar
“PwC” Azərbaycan
Bakı , Azərbaycan Respublikası
24 Fevral 2018-ci il
Dostları ilə paylaş: |